Dünyanın ən böyük hərbi təyyarəsi İran sərhədinə GƏTİRİLDİ FOTO
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ İran sərhədinə nəhəng nəqliyyat və döyüş təyyarələri yerləşdirməklə bölgədəki hərbi varlığını gücləndirir.
Turkustan.az Türkiyə mətbuatına istinadən bildirir ki, dünyanın ən böyük hərbi nəqliyyat təyyarələrindən biri olan C-5M Super Galaxy-ni İran sərhədi yaxınlığında yerləşən Səudiyyə Ərəbistanına göndərib.
Təyyarənin İtaliyadakı Aviano aviabazasından havaya qalxdığı bildirilir. Nəhəng yük təyyarəsi zirehli texnika, ağır silah sistemləri və digər iri hərbi texnika daşımaq qabiliyyətinə malikdir.
Bu addım Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək üçün atdığı addımların bir hissəsi kimi qiymətləndirilir. Eyni zamanda, bölgədə hava üstünlüyü və sürətli cavab imkanlarının artırılması da hədəflənir.
ABŞ Müdafiə Nazirliyi bölgədə artan İran-İsrail gərginliyinə qarşı müdafiə tədbirlərini artırarkən, bölgəyə təkcə C-5M deyil, F-16, F-22, F-35 döyüş təyyarələri və tanker təyyarələri də yerləşdirib. Reuters-in məlumatına görə, bu yerləşdirmələr “sırf müdafiə” xarakteri daşıyır və ABŞ qoşunlarını və regiondakı müttəfiqlərini qorumaq məqsədi daşıyır. /Bizim.Media/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 İyun 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















