Dünyanın ən böyük neft ehtiyatları hansı regionlarda cəmləşib?
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
2026-cı il üçün Dünya Enerji İcmalının məlumatlarına əsasən, 2025-ci il dekabrın 31-ə dünyada təxminən 1,8 trilyon barel təsdiqlənmiş neft ehtiyatı mövcud olub.
Yeniavaz.com xəbər verir ki, neft ehtiyatlarının həcminə görə regionlar arasında ilk yeri Yaxın Şərq tutur. Burada 870,9 milyard barel neft ehtiyatı var ki, bu da dünya üzrə ümumi ehtiyatların 48,3 faizini təşkil edir.
İkinci yerdə 354,8 milyard barel ehtiyatla Mərkəzi və Cənubi Amerika, üçüncü yerdə isə 246 milyard barel ehtiyatla Şimali Amerika qərarlaşıb.
Digər regionlar üzrə göstəricilər belədir:
Rusiya və Orta Asiya – 145,8 milyard barel;
Afrika – 119,8 milyard barel;
Asiya-Sakit okean regionu – 52,6 milyard barel;
Avropa – 12,6 milyard barel.
Yaxın Şərqdə ən böyük neft ehtiyatları Səudiyyə Ərəbistanı, İran və İraqda yerləşir. Səudiyyə Ərəbistanının 267,2 milyard barel, İranın 208,6 milyard barel, İraqın isə 145 milyard barel neft ehtiyatına malik olduğu bildirilir. Birləşmiş Ərəb Əmirliklərinin ehtiyatları 113 milyard barel təşkil edir.
Mərkəzi və Cənubi Amerikanın neft ehtiyatlarının böyük hissəsi isə Venesuelanın payına düşür. Ölkənin 303,4 milyard barel neft ehtiyatı var. Bu, regionun ümumi ehtiyatlarının təxminən 86 faizidir.
Şimali Amerikada isə ehtiyatların böyük hissəsi Kanadada cəmləşib. Ölkənin təxminən 201,3 milyard barel neft ehtiyatının əsas hissəsi neft qumları yataqlarında yerləşir.
Məlumatlar göstərir ki, neft ehtiyatlarının həcmi ilə hasilat səviyyəsi arasında fərq var. Yaxın Şərq dünya neft ehtiyatlarının təxminən yarısına sahib olsa da, 2025-ci ildə hasilat həcminə görə Şimali Amerika birinci yerdə olub.
Şimali Amerikada gündə 31 milyon bareldən çox, Yaxın Şərqdə isə təxminən 31 milyon barel neft hasil edildiyi qeyd olunur.
Rusiya və Orta Asiya regionunun ehtiyatları əsasən Rusiya və Qazaxıstanda cəmləşib. Afrikada isə Liviya və Nigeriya mühüm neft ehtiyatlarına malik ölkələr sırasındadır.
Asiya-Sakit okean regionunun dünya neft ehtiyatlarındakı payı cəmi 2,9 faizdir.
Avropa isə dünya neft ehtiyatlarının yalnız 0,7 faizinə sahibdir. Regionda hasilatın mühüm hissəsi Şimal dənizindəki yataqlardan əldə olunur.
Ümumilikdə, Yaxın Şərq və Mərkəzi-Cənubi Amerika birlikdə dünya neft ehtiyatlarının təxminən 68 faizini təşkil edir.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Ən böyük qızıl ehtiyatları hansı ölkələrdə cəmləşib?
22 Noyabr 2025 23:13
Dünyanın ən böyük mineral ehtiyatları hansı ölkələrin nəzarətindədir? Siyahı
01 İyul 2026 18:25
Dünyanın ən böyük neft ixracatçıları
24 Sentyabr 2026 16:37
Dünyanın ən böyük neft limanları TƏHLÜKƏDƏ
04 Yanvar 2025 21:18
Dünyanın ən böyük neft emalı zavodu
04 Avqust 2026 20:53
Baxış sayı:103
Bu xəbər 27 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















