Icma.az
close
up
RU
Dünyanın ən gənc taxta çıxan hökmdarı vəfat etdi

Dünyanın ən gənc taxta çıxan hökmdarı vəfat etdi

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Uqandada 3 yaşında taxta çıxaraq Ginnesin Rekordlar Kitabına düşən Toro Krallığının hökmdarı IV Oyo Nyimba Kabamba İquru Rukidi 34 yaşında vəfat edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Uqandanın qərbində yerləşən ənənəvi Toro Krallığının lideri Kral Oyonun ölümünü krallığın Baş naziri Kalvin Armstronq Rvomiire Akiiki açıqlayıb.

Kral Oyo 1995-ci ildə, atası vəfat etdikdən sonra cəmi 3 yaşında taxta çıxıb. Bununla o, dünyanın ən gənc hökmranlıq edən ənənəvi lideri titulunu qazanıb.

Krallıq rəsmiləri onun ölümünün dəqiq səbəbini açıqlamayıb. Yerli mətbuat isə gənc kralın ağır xəstəlik səbəbindən ABŞ-da müalicə aldığını bildirib.

3 yaşında başlayan 31 illik hakimiyyət

XIX əsrin əvvəllərində yaradılan Toro Krallığının 13-cü hökmdarı olan Kral Oyo 2 milyondan çox insanın mədəni lideri hesab olunurdu.

Yaşının az olması səbəbilə Oyo 18 yaşına çatana qədər krallıq kraliça ananın da daxil olduğu qəyyumlar şurası tərəfindən idarə edilib. Yetkinlik yaşına çatdıqdan sonra isə rəsmi tacqoyma mərasimi keçirilib və o, krallığın idarəçiliyində tam səlahiyyət əldə edib.

Kral Oyo gənclərin inkişafı, təhsil, ətraf mühitin qorunması və HİV-lə bağlı maarifləndirmə layihələrinə dəstək verib.

Uqandada ənənəvi krallıqlar siyasi hakimiyyətə malik olmasa da, ölkə əhalisi arasında mühüm mədəni və sosial nüfuza sahibdir.

Kral Oyonun rəsmi nikahı olmasa da, krallığın Baş naziri taxtın davamlılığının təmin edildiyini açıqlayıb. Bildirilib ki, Kral Oyonun bir vəliəhd şahzadəsi var və yeni hökmdarın kimliyi krallığın ənənələrinə uyğun olaraq yaxın günlərdə açıqlanacaq.

Gülay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Avqust 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri