Icma.az
close
up
RU
Dünyanın ən maraqlı Yeni il adətləri Bolluğu və sevgini artırmaq üçün neyləmək lazımdır?

Dünyanın ən maraqlı Yeni il adətləri Bolluğu və sevgini artırmaq üçün neyləmək lazımdır?

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az dünyanın ən maraqlı Yeni İl adətləri haqqında materialı təqdim edir.

Yeni il gecəsi evə bərəkət, şans, pul, bolluq və sevgi gətirdiyinə inanılan maraqlı ritüallar dünyanın bir çox ölkəsində geniş yayılıb.

Yeni il ümumilikdə hər kəs üçün yeni başlanğıclar deməkdir.

İnsanlar yeni ilə girərkən qarşılarına məqsədlər qoyur, görüləcək işlər siyahısı hazırlayır, arzularını yazıya alır və yeni ilin daha ümidli və gözəl keçməsi üçün müxtəlif ayinlər icra edirlər.

Yeni il ritüalları ölkədən ölkəyə fərqlənsə də, hamısının əsas məqsədi eynidir: bolluq, bərəkət və xoşbəxtlik cəlb etmək.

Nar qırmaq

Nar qırmaq bir çox ölkələrdə geniş yayılmış bir ritualdır. Türk mədəniyyətində nar hər zaman bolluq və bərəkətin rəmzi sayılır.

Yeni ilə girərkən narın yerə vurularaq qırılması, bərəkətin bütün ilə yayılacağına işarədir. Nar nə qədər çox hissəyə parçalansa və ətrafa yayılsa, ilin bir o qədər bərəkətli olacağına inanılır.

Duz səpmək

Yeni il gecəsi evin qapısının önünə və çiyin arxasına duz səpməyin bərəkət və uğur gətirdiyinə inanılır.

Bu ayin pis enerjini uzaqlaşdırmaq və xoşbəxtliyi cəlb etmək məqsədi daşıyır.

Pəncərədən su atmaq

Puerto Rikoda pəncərədən bir vedrə su atmağın pis ruhları uzaqlaşdırdığına inanılır.

Yaxşı şansı dəvət etmək üçün bəzi ölkələrdə evlərindən çölə şəkər səpirlər.

Balıq yeməyi bişirmək

Balıq yeməyinin yeni ildə uğur gətirdiyi düşünülür.

Balıqlar yalnız irəli doğru üzdükləri üçün, balıq yeməyin insanı yeni ildə irəli aparacağına inanılır.

12 üzüm yemək

Bu ritual İspaniyaya məxsus oolsa da, hazırda dünyanın bir sıra ölkələrində də həyata keçirilir.

Yeni ilə keçid zamanı geri sayımda tam 12 ədəd üzüm yeməyin yeni ilin daha sakit və xoş keçməsinə səbəb olacağı düşünülür.

Hər üzüm dənəsi ilin 12 ayını təmsil edir.

Qapıdan soğan asmaq

Yeni il qapı bəzəmək bir çox ölkədə yayılıb. Lakin Yunanıstanda qapıya soğan asmaq xüsusi məna daşıyır.

Soğan diqqət yetirilməsə belə cücərdiyi üçün bolluq və məhsuldarlığın simvolu sayılır.

Yeni il gecəsi yunan ailələri qapılarına soğan dəstələri asaraq rifahı evlərinə dəvət etdiklərinə inanırlar.

Hətta bəzi ailələrdə valideynlərin səhər uşaqları çöldəki soğanla yüngülcə başlarına vuraraq oyatdıqları deyilir.

Çörək asmaq

İrlandiyada Yeni il günü fərqli bir adət mövcuddur.

Burada insanlar çörəyi divara asaraq yeni ilə yeni bir səhifə açdıqlarına inanırlar.

Sürpriz gizlətmək

Yeni il axşamı süfrəyə verilən son şirniyyatın içinə pul gizlədilir.

Bu pulu tapan şəxsin ili şanslı keçəcək deyə inanılır.

Skandinaviya ölkələrində isə südlü düyü desertinin bir qabında qabığı soyulmuş badam olur.

Badamı tapan insanın həmin il uğurlu olacağı düşünülür.

Paxlalılar yemək

Cənubi Amerikada Yeni il günündə yeyilən yeməklərin böyük əhəmiyyəti var.

Bu bölgədə paxlalı bitkilər yeməyin rifah və bərəkət gətirdiyinə inanılır.

Alış-veriş etmək

Yeni ilə boş soyuducu ilə girməyin pis əlamət olduğu düşünülür.

Buna görə də Yeni il günü ərzaq alış-verişi edib dolabı doldurmaq ilin bolluq içində keçəcəyinə işarə sayılır.

Gecə yarısı piroq yemək

Xüsusilə ABŞ-ın Nyu-Orlean şəhəri ilə əlaqələndirilən “kral piroqu”nun yeyilməsinin Yeni ildə ailəyə zənginlik və rifah gətirdiyinə inanılır.

Alt paltarı seçmək

Bəzi ölkələrdə, xüsusilə Latın Amerikasında, Yeni il gecəsi geyilən alt paltarının rəngi önümüzdəki 12 ayı təsir edir.

Sarı şans, qırmızı sevgi, ağ isə sülh gətirir.

Dəyirmi qidalar yemək

Bəzi mədəniyyətlərdə Yeni il ərəfəsində dairəvi qidalar yemək bolluq rəmzi sayılır.

Filippinlərdə ilin hər ayı üçün 12 dairəvi meyvə yeyilir.

İtaliyada isə sikkəyə bənzədiyi üçün mərcimək yemək adəti mövcuddur.

Saat 00:00-da su krantlarını açmaq

Bəzi inanclara görə, Yeni il gecəsi saat 00:00-da evdəki bütün su kranlarını qısa müddət açmaq bolluq və bərəkət gətirir.

Yeni il ağacına bəzəklər taxmaq

Bəzi mədəniyyətlərdə hər il Yeni il ağacına yeni bir bəzək əlavə edilir və bəzək asılarkən arzu tutulur.

Dənizə girmək

Braziliyada Yeni il gecəsi dənizə girmək və yeddi dalğanın üzərindən tullanaraq hər dalğa üçün arzu tutmaq adəti var.

Boşqab qırmaq

Danimarkada boşqab qırmaq yaxşı əlamət sayılır.

İnsanlar dostlarının və ailələrinin evinin qarşısında köhnə boşqabları qırırlar.

Səhər evin qarşısında nə qədər çox qırıq varsa, bir o qədər şanslı sayılırsınız.

Sevilən insanı öpmək

Bəzi mədəniyyətlərdə gecə yarısı sevdiyiniz bir insanı öpmək vacib sayılır.

Alman folkloruna görə, ilin ilk təmasda olduğunuz insan ilin taleyini müəyyən edir.

Stuldan tullanmaq

Danimarkada insanlar gecə yarısı stulun üzərinə çıxıb yeni ilə “tullanırlar”.

Bunun yaxşı şans gətirdiyi düşünülür.

Qapı və pəncərələri açıq saxlamaq

Qapı və pəncərələri açıq saxlamaq köhnə ilin çıxmasına və yeni ilin maneəsiz daxil olmasına imkan verdiyinə inanılan qədim bir inancdır.

Zeytun budağı yandırmaq

Bəzi mədəniyyətlərdə Yeni il gecəsi evdə zeytun budağı yandırılıb tütsü kimi gəzdirilir.

Bununla evin yeni il öncəsi mənfi enerjidən təmizləndiyinə inanılır.

***

Yeni il hər birimiz üçün yeni ümidlər, təzə başlanğıclar və gözəl imkanlar deməkdir. Arxada qoyduğumuz ilin bütün çətinliklərini geridə buraxaraq, qarşıdan gələn ili sevinc, sağlamlıq və uğurla qarşılamaq arzusu ilə yaşayırıq.

Yeni il həyatınıza bolluq və bərəkət, evinizə huzur və istilik, qəlbinizə isə sevgi və inam gətirsin. Arzularınızın gerçəkləşdiyi, zəhmətinizin qarşılığını aldığınız, xoş sürprizlərlə dolu bir il olsun.

Hər yeni gün sizə ümid versin, hər addımınız sizi daha gözəl sabaha aparsın.

Yeni ildə ailənizlə birlikdə sağlam, xoşbəxt və dinc günlər keçirməyinizi, sevdiklərinizlə paylaşacağınız çoxlu unudulmaz anlar yaşamağınızı arzulayırıq.

Yeni iliniz mübarək olsun!

Azərbaycanlı fotoqraf intihar etdi 6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı? Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see214

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see190

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see142

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri