Icma.az
close
up
RU
Dünyanın ən təhlükəli ölkəsi Burada hər saatda 1 nəfər öldürülür

Dünyanın ən təhlükəli ölkəsi Burada hər saatda 1 nəfər öldürülür

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son 10 il ərzində kokain Cənubi Amerikanın ən sabit ölkələrindən biri - daha təhlükəsiz küçələri və bir çox qonşularına nisbətən daha yüksək həyat səviyyəsinə malik olan Ekvadoru qitənin ən təhlükəli ölkəsinə çevirib.

Lent.az cinayətkarlığın və narkotik ticarətinin tuğyan etdiyi Ekvadordakı durumla bağlı yazısını təqdim edir.

Ekvador iki böyük kokain istehsalçısı - Kolumbiya və Peru arasında yerləşməsinə baxmayaraq, uzun illər nisbətən sakit ölkə hesab olunurdu. Amma son illərdə bu ölkədə də narkomafiya qrupları güclənib. Bura həm yerli cinayətkar dəstələr,  həm də kolumbiyalı, perulu və alban mənşəli qruplaşmalar daxildir.

Təkcə ötən il burada 8 mindən çox qətl hadisəsi qeydə alınıb. Öldürülənlərin siyahısı və sosial statusu da fərqlidir. 2023-cü ildən bəri güllələnən və ya öldürülənlər arasında 10 voleybolçu, 9 balıqçı, 6 mer, 5 əcnəbi turist, 2 prokuror, prezidentliyə namizədlər və bir siyasi partiya lideri var.

Narkokartellər Ekvadoru kokain ticarətinin əsas qlobal mərkəzi olan “narko-dövlətə” çeviriblər.  Bütün dünya bu iddianın doğruluğunu 2024-cü il yanvarın 8-də şahidlik etdi. Həmin gün maskalı silahlı şəxslər Ekvadorun TC Televisión televiziya şirkətinin binasına daxil olaraq teleaparıcıları və jurnalistləri canlı efirdə girov götürdü. İki ay əvvəl vəzifələrinin icrasına başlayan 36 yaşlı ölkə başçısı Daniel Noboa elə həmin gün ölkədə 60 gün müddətinə komendant saatı tətbiq edir və narkokartellərlə müharibəyə başlayır. Qanqster qrupları buna cavab olaraq dövlətə qiyam qaldıraraq ölkənin müxtəlif həbsxanalarında bir neçə dəfə iğtişaşlar törədir, ictimai yerlərdə partlayışlar təşkil edir, həbsxana mühafizəçiləri və həbsxana administrasiyalarının nümayəndələrini girov götürürdülər. Yerli mətbuatın məlumatına görə, hücum edənlərdən bəzilərinin yaşı 16-dan aşağı olub.

Vəziyyət o qədər kritik həddə çatıb ki, sənaye şəhəri Duranda orta hesabla hər 19 saatda 1 nəfər öldürülür. Dünyada yetişən bananların 10%-ni təmin edən El Oroda vilayətinin limanları, meyvələrinin daşınması üçün istifadə edilən infrastruktur nəhəng qaçaqmalçılıq cəbhəsinə çevrilib.

Mokaçe şəhərində isə din xadimlərinə qanqsterləri axirətdə qorunmağı təmin etmək üçün pulemyot və digər silahlarla basdırmaq tapşırılıb. Dəhşətli cinayətlərdən biri isə Ekvadorun əsas limanı olan Quayakilin kasıb bölgəsi sayılan San-Fransisko səmtində baş verib. Qanqsterlər tərəfindən uşaqların polisə məlumat vermələrinin qarşısını almaq üçün onların dillərinin kəsilməsi ilə bağlı xəbər təsdiqini tapıb.

Bütün bunlarından fonunda 2022-ci ilə qədər peyk şəkilləri göstərib ki, Kolumbiyanın kokain plantasiyalarının yarısı cənuba - Ekvadorla sərhəd bölgələrə köçürülüb.

Təsadüfi deyil ki, əsas beynəlxalq resurslarda Ekvadorun paytaxtı Kito şəhəri dünyanın ən təhlükəli şəhərləri sırasında yer alıb.

Dövlət mütəşəkkil cinayətkar dəstələrlə müharibə elan etsə də, Ekvadorun bu mübarizədən qalib ayrılması perspektivi dumanlı görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri