Icma.az
close
up
RU
“Dünyanın fabriki”nin qlobal liderlik yolu və Azərbaycan üçün vacib ölkə ANALİZ

“Dünyanın fabriki”nin qlobal liderlik yolu və Azərbaycan üçün vacib ölkə ANALİZ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə Çinin dünyanın 1 nömrəli iqtisadiyyatına çevrilməsi qlobal iqtisadi güc mərkəzini dəyişdirdi. ABŞ prezidenti Donald Trampın ölkəsinin əsas rəqibi və düşməni olaraq Çini görməsi və onun dünya iqtisadiyyatındakı liderliyinə mane olmaq üçün çalışması qlobal bazarda müəyyən təlatümlərə səbəb olub.

Çinə qarşı müəyyən sanksiyalar tətbiq edən ABŞ-a cavab olaraq Pekin də bəzi sahələrdə əks aadımlar atır. Amma Çin hakimiyyəti ABŞ-la münasibətlərdə sabitliyə nail olmağı planlaşdırır və yeni ticarət müharibəsi istəmir.

2015-ci ildə ABŞ-ın o zamankı demokratlardan olan prezidenti Barak Obama Çinə maliyyə sanksiyaları tətbiq etdi. Donald Tramp hakimiyyətə gəldikdən sonra məhdudiyyətlər siyahısını genişləndirdi. Sonrakı prezident Co Bayden də kənarda qalmadı və bir sıra məhdudiyyətlər tətbiq etdi, bunlardan ən məşhuru Çin elektrik avtomobillərinə tariflərin artırılmasıdır. ÜTT-nin bir sıra məhdudiyyətləri təşkilatın qaydalara uyğun gəlməməsi kimi tanımasına, digərləri isə açıq şəkildə qərarı gecikdirməsinə baxmayaraq, bu niyə baş verir?

Növbəti vasitə Çinə qarşı ticarət blokadasının yaradılmasıdır. Bu Çin üçün həyati əhəmiyyətli təhlükədir. Çin dünyada ən çox məhsul ixrac edən ölkədir. Dünya ticarətinin 20%-i Çinin payına düşür. Yalnız məhsul ticarətini götürsək, bu faiz daha da böyük olar. Çini haqlı olaraq “dünyanın fabriki” adlandırırlar.

Çin sürətlə inkişaf edərək, ABŞ-ın dünya hegemonluğuna ən real təhlükəyə çevrilib. 5 il də belə davam edərsə, ABŞ hegemonluğunu tam itirəcək. Buna görə də ABŞ təcili Çinin “dərsini” verməlidir.

ABŞ özünə rəqib bildiyi Çinin iqtisadi cəhətdən qüvvətlənməsini heç zaman həzm edə bilməyib və buna mane olmaq üçün müəyyən addımlar atıb. Trampın çağırışının məhz bu məqsədlə gündəmə gəldiyi deyilir.

Biz “Bretton Woods” müqavilələrinin mahiyyətini dərk etməliyik. Hər bir ölkə qazandığı kapitalı Amerika-Britaniya kapitalının nəzarətində olan transmilli şirkətlərlə bölüşməlidir. Nə qədər ki, ölkənin gəlirləri onlarla bölünəcək, Səudiyyə Ərəbistanında olduğu kimi hər şey yaxşı olacaq.

Çinin isə öz gəlirlərindən kimisə xərac vermək fikri yoxdur və Çin şirkətlərinin qazandığı pulları öz ehtiyacları üçün istifadə edir.

ABŞ və Aİ ölkələri Çindən gətirilən pambığın istifadəsini qadağan edib. Çini bu bazardan çıxarmaq istəyirlər. Dünyanın ən böyük 5 pambıq istehsalçısı Çin, Hindistan, ABŞ, Braziliya və Pakistandır. Onlar dünya pambığının təxminən 75%-ni istehsal edirlər. Bununla belə, pambıq bazarına Amerika-Britaniya mənşəli transmilli şirkətlər nəzarət edir. Məsələ burasındadır ki, pambıq təkcə geyim istehsalı üçün deyil, həm də barıt (patronlardan tutmuş raket və yaxın mənzilli raketlər üçün), kağız pul çapı üçün xammaldır. Çinin bu bazardan kənarda qalması pambığın qiymətinin artmasına səbəb olacaq. Söhbət onlarla, yüz milyonlarla ABŞ dollarından gedir. Onlardan hansı belə bir “tort payından” imtina etməyə hazırdır? Sual ritorikdir. Lakin bu, Donald Tramp və komandasının Çinlə bağlı gələcək fəaliyyətlərinin əsas motividir - Çin kapitalından pay almaq.

Bütün bunlara baxmayaraq, Çin iqtisadi artımına davam edir, dünya ticarət sistemində ən böyük payını saxlayır. Bu gün Çin dünyada ən rəqabətqabiliyyətli ölkələrdən biridi. Son illərdə yuan iri investorları ən çox cəlbedən valyutaya çevrilib. Proqnozlara görə, 2030-ci ildə dünyadakı ümumi valyuta ehtiyatlarının 20 faizi yuanda saxlanacaq. Təbii olaraq, bu valyutaya təlabat artdıqca o bahalaşacaq.

Çin iqtisadiyyatında baş verən proseslər dünyaya birbaşa təsir göstərir. Pekin məqsədli şəkildə öz valyutasını ucuzlaşdırır ki, bu da dollara qarşı yuanın üstünlüyünü və Çin mallarının dünya bazarında rəqabət qabiliyyətini artırır. ABŞ-la iqtisadi münaqişənin kökündə də bu dayanır.

Çin son dövrlərdə bir çox Afrika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub. Bu ölkənin inkişafını dayandırmaq Amerikaya müyəssər olmadı. Trampın bəyanatları ucuz populizmdən başqa bir şey deyil. Amerika tərəfindən idarə olunan beynəlxalq təşkilatların yeganə məqsədi Amerika və Avropanın maraqlarını, mənafelərini təmin etməkdir.

Lakin artıq köhnə dünya bitir, yeni dünya sistemi yaranır. Dünyanı siyasi, hərbi yolla ələ keçirmək mümkün deyil, amma iqtisadi yolla mümükndür. Çin də bu yolu seçib və bu yolda qələbə də qazanıb. Azərbaycanla Çinin iqtisadi əməkdaşlığı arzuolunan səviyyədə deyil, düzdür son illərdə Çindən idxal artır, lakin məsələ təkcə ticarətdə deyil, Çinlə bütün sahələrdə əməkdaşlığı artırmaq vacibdir. Neft-qaz ixracını kənara qoysaq, bizim ən böyük xarici ticarət tərəfdaşlarımız Rusiya, Çin və Türkiyədir. Bizdə Çindən müxtəlif ucuz məhsullar- tekstil məmulatları, elektrotexnika, oyuncaqlar, xirdavat məmulatları, avtomobillər və s gətirilir. Bu məhsullar digər ölkələrdən idxal edilən məhsullardan xeyli ucuzdur və bazarda sürətlə mövqeləri ələ keçirir.

Bu səbəbdən Çin məhsulları nəinki xarici məhsullarla, hətta ölkə daxilində istehsal olunan məhsullara qarşı da rəqabətədavamlıdır. Bizdə satılanlar əksərən çox aşağı keyfiyyətli məhsullardır. Çünki bizim idxalçılar daha çox qazanmaq üçün ordan son dərəcə ucuz və keyfiyyətsiz məhsul gətirirlər.

Qərb ölkələrində satılan Çin məhsulları ilə Azərbaycanda satılan məhsulların keyfiyyəti arasında xeyli fərq var. Çin məhsulları bütün dünyanı, o cümlədən ABŞ və Avropanı bürüyüb. Əksər Çin məhsulları dünya və Avropa standartlarına cavab verir. Avropada keyfiyyətə qarşı sərt tələblər var, əgər Çin məhsulları ketfiyyətsiz olsaydı, o bazarda çəkisi sürətlə artmazdı.

Yaxın illərdə Çinin Azərbaycanla iqtisadi və ticari əməkdaşlığının perspektivinə gəldikdə isə hesab edirik ki, getdikcə Çinlə əməkdaşlıq və ticarət artacaq. Sadəcə, bizdə keyfiyyət standartları tətbiq olunmalıdır ki, ölkəyə keyfiyyətsiz məhsullar yol tapmasın. Bununla yanaşı, əhalinin həyat şəraiti yaxşılaşmalıdır ki, bizim bazar ucuz və keyfiyyətsiz məhsullara möhtac olmasın. Çindən yaxşı texnologiyalar gətirib istehsal sahələri yaratmaq olar. Bir çox sahələrdə Çinin təcrübəsindən yararlanmaq olar.

Çin dünyanın ən nəhəng dövlətlərindən biri olduğundan və getdikcə dünya iqtisadiyyatında çəkisi artdığından Azərbaycan bu dövlətlə əməkdaşlığını artırmalı, iqtisadi və digər sahələrdə münasibətləri daha da gücləndirməlidir. Bu həm ixracın və idxalın regional diversifikasiyana gətirib çıxaracaq, həm də ölkəmizi daha ucuz keyfiyyətli texnologiya və məshulla təmin etməyə xidmət edəcək.

Beynəlxalq iqtisadi tədqiqat mərkəzlərin proqnozlarına görə, Çin iqtisadiyyatı sürətlə böyüyəcək. Çinin və Azərbaycanın daha çox potensialı var və bu imkanlardan isitfadə edilsə hər iki tərəf xeyir görər. Çin keyfiyyətli və ucuz məhsullar ixrac edir. Nəticədə dünya bazarında qiymətlərin ucuzlaşmasına təsir göstərir.

Biz Çindən müxtəlif istehsal avadanlıqları, müasir texnologiyalar gətirib zavod və fabriklər aça bilərik. Birgə müəssisələr yarada bilərik. Belə nümunələr ölkəmizdə var və uğurludur. Çin çirkətləri Azərbaycanda böyük layihələrin icarçısı kimi çıxış edir, bunların bir çoxu texnoloji layihələrdir. Çinlə bütün sahələrdə əməkdaşlığı gücləndirmək ölkəmizin mənafelərinə xidmət edəcək.

Çin dünyada ABŞ və Rusiya ilə birgə 3 superdövlətdən biridir və BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu dövlətlə yaxın iqtisadi tərəfdaşlıq siyasi münasibətləri də yaxınlaşdırır.

Azərbaycan Çin iqtisadi inkişaf modelini öyrənməli və tətbiq etməlidir.

Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri