Icma.az
close
up
RU
Dünyanın Şimali Koreya bəlası: Çin və Yaponiya savaş hazırlıqlarına başlayır?

Dünyanın Şimali Koreya bəlası: Çin və Yaponiya savaş hazırlıqlarına başlayır?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şimali Koreyanın bu addımı Koreya yarımadasında da gərgin atmosfer yaradır ki, Pekini də əsas olaraq narahat edən budur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Şimali Joreya qoşunlarının Rusiya tətəfindən Ukrayna müharibəsinə cəlb edilməsindən Çinin narahatlıq keçirməsinə münasibət bildirərkən deyib.

"Şimali Koreyanın uzun müddətdir balistik raketləri sınaqdan keçirməsi, həm də Cənubi Koreyaya qarşı zibillə dolu şarları buraxması onu göstərir ki, bu ölkə təkcə Rusiyaya Ukrayna ilə müharibədə silahlı dəstək verməklə beynəlxalq vəziyyəti gərginləşdirmir, həm də öz regionunda Koreya Respublikası və Yaponiya ilə müharibə riskini artırır", deyə Taleh Əliyev əlavə edib.

Ekspert qeyd edir ki, Pekini Şimali Koreyanın gərginlik yaradan addımları fonunda Koreya yarımadasında vəziyyətin ABŞ-ın xeyrinə dəyişməsi riski daha çox narahat edir:

"Bu baxımdan, Pekinin narahatlığı başa düşüləndir. Çünki Şimali Koreya Cənubi Koreya və ya Yaponiya ilə müharibə aparacağı təqdirdə, onlar üzərində qələbə çalmaq üçün hökmən nüvə silahından istifadə etməlidir. Belə olan təqdirdə isə Cənubi Koreya və Yaponiyanın ən yaxın müttəfiqi olan ABŞ birmənalı şəkildə Tokio və Seulun yanında olacaq. Şimali Koreyanın nüvə silahından istifadəsi fonunda ABŞ-ın da ona adekvat cavab verməsi qaçılmaz olacaq. Mövcud durumda proses Şimali Koreyanın məğlubiyyətilə nəticələnəcək və Koreya yarımadasında qüvvələr nisbəti də ABŞ-ın xeyrinə dəyişəcək. Digər tərəfdən, belə vəziyyətdə nüvə silahının iqlim problemləri yaratması səbəbindən Çinin əhalinin böyük hissəsi də dəhşətli ekoloji fəsadlarla üz-üzə qalmalı olacaq. Yəni sözügedən vəziyyət Çin üçün də təhdidlər yaradır. Bu səbəbdən Pekinin narahatlığı başa düşüləndir. Ona görə də Pekin müharibə riskinin azalması üçün Pxenyana təsir etməlidir".

Qeyd edək ki, Şimali Koreya ordusunun Rusiyanın tərəfində Ukrayna müharibəsinə cəlb edilməsi bir sıra ölkələrlə yanaşı, qonşu Çini də ciddi narahat edir. Ən azından bir sıra Çin rəsmilərinin açıqlaması belə düçünməyə əsas verir. Çünki Şimali Koreyanın müharibəyə qoşulması Cənubi Koreyanı da Pxenyana qarşı daha sərt tədbirlər görməyə vadar edir ki, belə vəziyyət isə Koreya yarımadasında onsuz da gərgin olan durumun daha da kəskinləşməsinə rəvac verə bilər. Həmin səbəbdən də Şimali Koreyanın Ukrayna müharibəsinə cəlb edilməsi Pekinin maraqlarına cavab vermir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Noyabr 2024 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see268

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see233

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see221

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see166

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see126

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri