Icma.az
close
up
RU
Dünyasını dəyişən vətəndaşların pensiya kapitalı bu şəxslərə çatacaq AÇIQLAMA

Dünyasını dəyişən vətəndaşların pensiya kapitalı bu şəxslərə çatacaq AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Hazırkı qanunvericiliyə əsasən, əgər ailə başçısı vəfat edibsə və onun 18 yaşına çatmamış övladları varsa, həmin uşaqlara vəfat etmiş valideynin aldığı pensiya tam şəkildə 18 yaşına qədər ödənilir. Eyni zamanda ailə başçısını itirməyə görə ikinci valideyn – yəni həyat yoldaşı da ödəniş ala bilir. Bu ödənişlər pensiya kapitalından deyil, sosial sığorta sistemi vasitəsilə həyata keçirilir".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, buna baxmayaraq, faktiki olaraq ailə başçısının pensiyası həm övladlarına, həm də həyat yoldaşına ödənilmiş olur:
"Lakin bu məbləğlər pensiya kapitalından ayrılmış ödənişlər hesab edilmir, çünki hazırda belə bir mexanizm mövcud deyil. Əgər vəfat edən şəxs pensiya yaşına çatmayıbsa, himayəsində 18 yaşına çatmamış övladı və həyat yoldaşı yoxdursa, onun topladığı kapital dövlət Sosial Müdafiə Fondunun hesabında qalır. Dünyanın bir sıra ölkələrində isə özəl pensiya fondları fəaliyyət göstərir. Orada vətəndaşlar öncədən razılaşma əsasında pensiya kapitallarının müəyyən hissəsini (30%, 50% hətta 70%-ə qədərini) əvvəlcədən ala bilirlər. Bu da onlara pensiya yaşını gözləmədən kapitaldan istifadə imkanı verir".
Ekspert bildirib ki, Azərbaycanda da özəl pensiya fondlarının yaradılması barədə təkliflər uzun illərdir müzakirə olunur:
"Lakin hələlik konkret qanun layihəsi qəbul edilməyib və icra mexanizmləri formalaşmayıb. Ən çox narazılıq doğuran məqam isə budur: vətəndaş topladığı pensiya kapitalını istifadə edə bilmədən vəfat edərsə, həmin vəsait nə onun ailəsinə, nə də vərəsələrinə ödənilir. Bu məsələ illərdir müzakirə olunsa da, hələ həllini tapmayıb. Böyük ehtimalla, yaxın illərdə, bəlkə də 2026-cı ildə bu istiqamətdə dəyişikliklər ola bilər".
Qeyd edək ki, vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunması təklif olunub.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri