Icma.az
close
up
RU
Ulu Tolstoyun ulu babası... türk idi

Ulu Tolstoyun ulu babası... türk idi

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulu Tolstoyun ulu babası... türk idi

Ulu Tolstoyun ulu babası... türk idi.

Amma onun almanlarla qohumluğu da istisna olunmur.

Deməli, məsələ belədir: son vaxtlar rus mətbuatınn yazdığına görə, bəzi şovinist ruslar Lev Tolstoyu alman əsilli olduğuna görə qınayır, hətta onun əsərlərinin dərsliklərdən çəxarılmasını... istəyirlər.

Bəs əsl həqiqətdə Tolstoy kimdir..? Bu gün təsadüfən bir neçə il öncə yazdığım kiciçik bir yazı qarşıma çıxdı... Təqdim edirəm.

Ulu Tolstoyun ulu babası... türk idi. Amma onun almanlarla qohumluğu da istisna olunmur.

Vaxtilə qələmə aldığım bir sıra yazılarda türk kökənli rus sərkərdə, alim və yazıçılar barədə məlumat vermişəm. Qəribədir, bəzi rusbaşlılar nədənsə bu mülahizələrdən qısqanıb, qeyzlənib və ortada tutarlı faktların olmadığını yazıblar. Bəribaşdan deyim ki, mənim bu konuda olan fikir və yazılarım məhz rus mənbələrinə söykənib.

Bəli, vaxtilə yazmışam ki, Fyodor Dostoyevski əslən türkdür, özü də Aslan Mirzə (Murza) Çələbi nəslindəndir. Çələbilər (yəni Dostoyevskinin ulu babaları) Qızıl Ordanın nüfuzlu başçılarından olmuşlar. Bu, mənim “kəşfim” deyil, ruslar özləri bu deyilənləri əsaslandırıblar. Məsələn, Rus tədqiqatçısı V. Arsenyev 1934-cü ildə Afinada dərc edilən “Novika” məcmuəsində Dostoyevskinin şəcərəsini təqdim edərkən onun nəsil-nəcabatı haqda da məlumat verib.

İvan Turgenev də türk kökənli yazıçıdır. Bunu ədib özü də yaxşı bilirdi və ilk yazılarını “Mirzə Turgen” imzası ilə dərc etdirmişdi.

Hər iki yazıçı dünyaca məşhurdur və əlbəttə, heç kəs onların “rusluğunu” əlindən ala bilməz.

Bildiyimiz kimi, 19-cu yüzilliyin üç dahi sənətkarı digər həmkar və əsrdaşlarından yaradıcılıq diapozonunun genişliyi ilə fərqləniblər. Bu məşhur “üçlüyə” Tolstoy, Turgenev və Dostoyevski daxildir.

Dediyim kimi, artıq iki görkəmli sənətkarın soykökü haqda rus mənbələrinə isnadən və istinadən öz mülahizələrimi vaxtilə Azərbaycan və rus dillərində çap etdirmişəm.

Bəs Tolstoyun soykökü barədə nə bilirik?

Dahi yazıçının özü və onun tədqiqatçıları dəfələrlə qeyd ediblər ki, Lev Nikolayeviç əslən knyaz Qlinskilər nəslinə mənsubdur.

Bəs Qlinskilər nəslinin özü barədə nə demək olar? Məsələ burasındadır ki, Qlinskilər Qızıl Orda hakimi Mamay xanın (1335-1381) törəmələridir. Mamay əslən xan nəslinə mənsub olmayıb. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra Mamay öz yaxın qohumu Berdi bəyin dəstəyi ilə (o, Berdi bəyin bacısı ilə evlənmişdi) hakimiyyəti ələ almış, Qızıl Ordanın möhkəmlənməsində misilsiz işlər görmüşdür. Mamay xanın övladlarından biri Mansur xan idi. (Məşhur çar generalı və diplomatı Aleksandr Mansurov da məhz həmin Mansur xanın törəmələrindəndir).

Tarixdə Mansur Kiyatoviç kimi tanınan knyazın nəslinin bir qolunu Qlinskilər təmsil edirdi. Qlinskilər nəslinin ən məşhur nümayəndəsi Mixail Lvoviç Qlinski olmuşdur. Mixail Qlinskinin bacısı qızı Yelena Qlinskaya isə 4-cü İvan Qroznının anası olmuşdur.

Bir sözlə, Tolstoyun ulu babalarının məşhur Qlinskilər nəsli ilə eyni kökdən olması tarixi faktdır. Yazıçı Mamay xan və Mansur xanla da tarixən qohum idi.

Və təbii ki, Tolstoy rus yazıçısıdır.

Firuz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 07 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri