Duran olmasa da, qol vuran var! kolumbiyalı çempionatda nə edib ki?!
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda zədələnən Kamilo Duranın “Sabah”la oyuna çıxması sual altındadı.
Amma kolumbiyalı futbolçunun oynamaması faciə olmayacaq. Çünki o, bu mövsüm ÇL-də nə qədər uğurlu olsa da, çempionatda özünü sübut edə bilmir.
Mövsüm başlayandan sonra gələn, debüt oyununu 3-cü turda Şamaxıda “Karvan-Yevlax”a qarşı keçirən Kamilo 19 mümkün oyunun hamısında meydanda olub, 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 19-cu turda “Şamaxı” ilə oyunda son saniyələrdə vacib qol vursa da, onun mümkün itkisini “Qarabağ” üçün faciə saymaq olmaz. Çünki Musa Qurbanlı da formadadı və bu mövsüm vacib məqamlarda daha çox diqqət mərkəzinə düşüb.
Odu ki, heç bir problem yoxdu, hər iki komanda optimala yaxın heyətlə oynayacaq. Futbolçular onsuz da meydanda olacaq. Amma ürəklə vuruşmaları üçün tribunaları doldurmaq lazımdı, dostlar. Hər birimiz stadionda olaq!
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 28 Fevral 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















