Icma.az
close
up
RU
Durnaların yox, insanların bağrı daşa dönsün...

Durnaların yox, insanların bağrı daşa dönsün...

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Payız fəslinin həyatımıza qədəm qoymasından hələ bir on gün əvvəldən, yəni sentyabrın ikinci bazarından durna köçü başlanar. Qanadlanıb dəstə-dəstə isti ölkələrə yollanan, havada nazlana-nazlana süzən, estetik görünüşü ilə könülləri oxşayıb insanı şeir misralamağa səsləyən durna qatarları...

Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Çoxdandır, gözə dəymir durna qatarları. Yoxsa artıq dünyada durna yaşamır? Haradadır durnalar? Nə gedən, nə qayıdan zaman gözə dəymirlər. Bəlkə başımız qarışıb dünyanın gərdişinə, nə onları yola salır, nə qarşılayırıq? Bəlkə internet dünyasına təslim olan bizlər heç kompüter qarşısından qalxa, əlimizdən telefonu yerə qoya bilmirik? Başımız hey aşağıya doğrudur, elə hey sosial platformalarda gəzintidəyik.

Bəlkə də başımızı yuxarı qaldırıb bir göyə nəzər salsaq, durnaları görə bilərik? Nə üçün yadımızdan çıxıb onlar? Bəli, çıxıb, həm də lap çoxdan. Bəlkə elə buna görə durnalar köçüb, nə istidə gəlir, nə soyuq düşməmiş gedir, bəlkə də özlərinə başqa bir məkan seçiblər...

Deyərsiniz ki, durnalar istini sevir, bu, onların həyat tərzidir, bunu dəyişə bilməzlər, ölər, məhv olarlar. Yox, belə deməyin, biz insanların da müəyyən həyat tərzi vardı və heç vaxt düşünə bilməzdik ki, zaman gələcək, bu həyatı başqa bir həyatla əvəzləşdirəcək, onu nəyəsə qurban edəcəyik. Lakin baxın, biz tamamilə dəyişmişik. Bizim dünya ilə, başqa ölkələrlə nə işimiz var? Gəlin özümüzdən danışaq. Danışaq, görək, biz məgər əvvəlki insanlarıq? Həyatımız dünənki həyatdırmı? Əsla...

Vaxt vardı ki, durnalar gəlirdi, payıza qalmış gedirdi. O zamanlar bizim başımız yuxarıya qalxa bilirdi, durnaları da görürdük. Uzun illərdir, adət-ənənələrimizi arxada qoya-qoya bir yolçuluğa çıxmışıq. Bu yolçuluqda elə ki, başımız sosial şəbəkələrin içərisinə pərçim oldu, ta nə o başlar yuxarı qalxdı, nə də “durnaları gördüm”,- deyən oldu.

İndi biz ancaq yaşamaq üçün yeyir, ayaq üstündə dayanmaq üçün bir neçə saat yatır və səhərdən-axşama kompüter qarşısında çalışır, saatlarla televizor önündə heç özümüzün də olmayan serialları izləyirik. Hansı ki, seriallarına tamaşa etdiyimiz ölkələrin bir vətəndaşı belə bizim bir filmimizin, serialımızın adını bilmir. Smartfon telefonlar əlimizdə sosial şəbəkələrdə gəzir, hələ üstəlik ağsaqqal-ağbirçəyimizi söhbətə tutub lağlağılıq edir, bunu çəkir, Tik-toka yerləşdirir, “like” axtarışına çıxırıq. Körpə, gül kimi övladlarımızın hərəkətini, yeməsini, yatmasını, rəqsini çəkib insanlara göstərməkdən həzz alırıq.

Hələ canlı açıb özünəbənzər “kütləsi” ilə saatlarla məntiqsiz söhbətlər edən insanları demirəm. Hələ bədəninin müəyyən yerlərini bu şəbəkələrdə insanlara göstərənləri, onların tənqidinə gözünü yumub, tərifinə gözlərini dörd açanları demirəm. Toyda-düyündə “arxalı” qadınların kollektiv rəqsinə tamaşaya yığışanları demirəm.

Yediyini-içdiyini-süfrəsini, nə geyindiyini, necə makiyaj etdiyini, yataq otağından “reportajları” insanlara təqdim edənlər də var. Mağazaların satdığı iç geyimləri geyinib utanmadan milyonlarla insana reklam edənlər var. İtinə, pişiyinə ad günü keçirib tort kəsənlər, onlara özü ağılda tanışlarının aldığı hədiyyələri bizə göstərənlər də var. “Sevgilisinin” hədiyyə etdiyi maşını, bahalı hədiyyələri bu platformalarda gənc oğlan və qızlara təqdim edib onların beyninə mental dəyərlərimizə naməlum olan toxum səpənlər var.

Deyir, dərdli danışqan olar. Günlərlə danışsaq da, bitən deyil bu kimi söhbətlər. Elə buna görə də durnalara qayıdım. Hə, ay durnalar, gözə dəymirsiniz. Ya dediyim kimi, başımızı yuxarı qaldıra bilmirik, bu səbəbdən sizi də görə bilmirik. Ya da sizlərin də bir dərd-səriniz var. Azalmısınız, yoxa çıxmısınız, dəstə başlaya bilmirsiniz.

Əgər azalırsınızsa, nəsliniz kəsilməyə doğru gedirsə, bunun də səbəbkarı insandır. Yuvalarınızın yerləşdiyi yerlərində xam torpaqların şumlanıb əkilməsi, kənd təsərrüfatı işləri zamanı yuvalarınızın dağıdılması, insanların gəlir əldə etməsi naminə əkin yerlərinə səpdiyi kimyəvi dərmanların yediyiniz dənə sıçrayaraq sizi kütləvi zəhərləməsi, intensiv mal-qara otarılması, çoban itləri sayəsində qarşılaşdığınız problemlər və brakonyerlik-bunların hər biri insan əli ilə bağrınıza çəkilən dağ deyilmi?

Azalmayıb, nə edəsiniz? Nəsliniz kəsilməsin, nə etsin? Axı insanla bir təbiətdə yaşayırsınız. Hər gün yaşadığı heyrətamiz təbiəti heyrət ediləcək qədər məhv edən insan. Piknik etdiyi hər yeri xarabalığa çevirən, ağacların qol-budağını kəsən, yaşıllıqları ayaqlayan, əlinə keçəni təbiətin başına çırpan, gəlir, qazanc əldə etmək üçün havanı zərərli qazlarla çirkləndirən, təbiətin qoynunda yaşamalı olan heyvanları anasının qucağından alıb dörd divarın arasına həbs edən, onların həyatını əlindən alan insanlar. Külli gəlir üçün heyvanların xəz dərilərini diri ikən boğazından çıxarıb özünə paltar edən insan. Ağacları kəsib mebel biznesi ilə məşğul olan, milyoner insan. Bir sözlə, təbiətin hansı tərəfinə gedirsə, orada özündən sonra “izini” qoyan insan...

Görəsən heç bircə dəfə düşünür ki, axı təbiətdə çoxsaylı heyvan, quş, həşərat yaşayır, mən onlara nə üçün bu divanı tuturam? Bircə dəfə narahat olur ki, axı təbiətin bizə verdiyi qarşısında ona nə qaytarırıq? Bircə dəfə xəyalından keçirir ki, axı bu canlı təbiəti əllərimizlə məhv edirik: suyunu, ağacını, yaşıllığını, daşını, torpağını, hər şeyini...

Bütün bunları həyatında bircə dəfə başını telefondan qaldırıb ətrafa baxan, serialların bir bölümünü ixtisara salmaqla televizordan gözünü çəkib təbiətə nəzər salan, sosial şəbəkələrdən bir neçə dəqiqə ayrıla bilib səmada durnaları axtaran hər kəs aydın görə bilər. Görə bilər ki, artıq durnalar neçə illərdir, görünmür, gözə dəymir. Axı illər öncə biz onları qarşılayıb, yola salırdıq. Durna qatarı gözdən itənədək izləyir, bu füsunkar görünüşü yaddaşımıza köçürüb estetik ehtiyacımızı ödəyirdik. Onların səmada süzməsi son nə vaxt qeydə alınıb?..

Maraqlıdır, bəlkə gizli gəlib, gizli gedirlər? Bəlkə qəsdən gözə görünmürlər ki, onlardan xəbər alacaq, xəbər yollayacağıq? Bəlkə hələ onlar bu şeirin bu bəndinin təsirindən çıxa bilmirlər?

Zakirəm, od tutub alışdı cigər,

Var isə canandan sizdə bir xəbər,

Təğafül etməyin, Allahı sevər,

Dönməsin bağrınız daşa, durnalar!

Yox, məncə belə deyil. Kimdir onlardan Zakir kimi cananı xəbər alan? İndi cananından xəbər almaq istəyənin hər birinin əlində bir telefon, dəqiqəbədəqiqə zəngləşir, mesajlaşır. Xəbər də alır, kef-əhval da tutur. Bəlkə də Zakirin bir vaxtlar durnalardan cananını xəbər aldığını eşitsələr, hansı ki, indi əksər gəncin bu şeirdən xəbəri yoxdur, ona rişxənd də edərlər ki, ay Zakir, durnalar nə bilsin sənin cananın haradadır. Zakirin nə demək istədiyini anlayan çox az adam var, təəssüf ki...

Sizin deyil, bizim bağrımız daşa dönsün, durnalar. Sizə nə etdisə, insan övladı etdi. Sayınızı azaltdı, nəslinizi kəsdi, iqlim dəyişmələrinə səbəb olub ayağınızı buralardan kəsdi. İnsan əlləri ilə baş verən qlobal istiləşmə sizi çaş-baş aldı. Qarışdı beyniniz, payız oldu yay, yay oldu payız. Meşə yanğınları canınızı aldı, sel və daşqınlar yurdunuzu-yuvanıza dağıtdı...

Bəlkə də bunun bizimlə nə əlaqəsi var deyər insan. Lakin elə deyil. Təbiətdə nə baş verirsə, müəllifi insandır. Onun illərlə yazıb tamamladığı “əsəridir” təbiət. Belə isə qoy bağrı daşa dönsün sizin səmada süzməyinizi əngəlləyən insanların. Qoy daşa dönsün bağırları ki, yuvanızı uçurur, sizi pərişan edir, ehtiyatsızlıq ucbatından yeminizi zəhərləyir. Qoy bağrı daşa dönsün o insanların ki, gözü dünya malından doymur, gəlirini, qazancını daha artıq etmək üçün təbiətə hakim kəsilir, sizin payınızı əlinizdən alır. Qoy bağrı insanın daşa dönsün ki, əməlləri ilə siz yalnız təbiət qoruqlarında qorunma altındasınız. Digər yerlərdə insan sizin qəniminizdir. Yoxsa, qaqqıldaşa-qaqqıldaşa gəlişiniz, gedişinizi də görə bilərdik, boynumuz ağrıyanadək başımız yuxarı-sizi gözdən itənədək izləyə də bilərdik, hələ canandan, qəribçilikdə olanımızdan xəbər də ala bilərdik.

Nə qədər ki, başımız aşağıya enib, deməli, görməli olacaqlarımızı görməyəcək, görmədikcə də durna qatarını da gözdən uzaq edəcəyik. Çünki baş aşağı olanda insan heç öz yaxın ətrafında olanı görmür, haradan da qala sizi görə, DURNALAR. Qoy bağrı daşa dönsün başını aşağıdan yuxarıya qaldırmayan hər kəsin.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see265

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see249

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see240

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see239

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see233

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see233

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see226

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see220

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see215

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see213

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see212

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see205

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see203

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see201

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see198

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see190

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see185

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see180

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see175

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri