Icma.az
close
up
RU
Rusiya bağırır, amma Azərbaycanın bağrı yarılmır İTV

Rusiya bağırır, amma Azərbaycanın bağrı yarılmır İTV

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biz azərbaycanlılar nəinki zəngəzuru, elə Rusiyaya verilən tarixi torpaqlarımızı da unutmamışıq. Biz demirik ki, bu torpaqları alıb yenidən Azərbaycana birləşdirəcəyik, sadəcə tarixi faktları hər kəsə xatırlatmaqda fayda görürük". 

Ölkə.Az xəbər verir ki, bu sözləri aparıcı Nigar Sabirqızı İTV-nin efirində çıxış edərkən deyib. Rusiyanın vurulan AZAL təyyarəsinə görə Azərbaycandan üzr istəmədiyini xatırladan aparıcı münasibətlərin əvvəlki kimi olmayacağını deyib:

"Kreml bu gün də Azərbaycanla "güləşmək"də davam edir. Dekabr 25-də təyyarəmizi vuran Rusiya bağırır, amma bu dəfə də Azərbaycanın bağrı yarılmır. Moskva çoxdan bizim bağrımızı yara bilmir, son 4 il bunun ən gözəl sübutudur. 

Azərbaycan əvvəlcə Moskvanın dəstək verdiyi Ermənistana diz çökdürdü. Rusiya rəsmiləri dəfələrlə etiraf ediblər ki, Qarabağı itirməsi Ermənistanın öz günahıdır. Yəni "Rusiyaya qalsaydı, buna imkan verməzdi" demək istəyiblər. 

Rusiyanın özünün də Qarabağa qayıdışı baş tutmadı. 100 il əvvəl işğalçı kimi girdiyi Azərbaycanda 100 il sonra heç sülhməramlı kimi də qala bilmədi. Sonra Xankəndidə konsulluq açmaq eşqinə də düşdülər. Bakı buna da imkan vermədi. Yəni Kremlin əlini Qarabağdan çoxdan üzmüşük. Rusiyanın Azərbaycana bugünkü yanıqlı münasibətinin arxasında elə bu dayanır. Bakı-Moskva münasibətləri bu gün ən gərgin dövrünü yaşayır. Hər 2 ölkə səfirlərini xarici işlər nazirliyinə çağıraraq etiraz bildirir. Rusiya rəsmiləri isə birbaşa deyə bilmədiklərini medianın dili ilə deyir. Rusiya heç cür qəbul etmək istəmir ki, təyyarəmizi vurub və buna görə cavab verməlidir. Heç kim bilmir, qara qutulardakı məlumat açıqlanandan sonra Rusiya hansı addımı atacaq, amma bu dəqiqdir ki, Rusiya qəbahətini qəbul etməyincə münasibətlər əvvəlki kimi olmayacaq". 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri