Durov Fransadan çıxaraq bu ölkəyə getdi
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Telegram"ın qurucusu Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edərək Dubaya gedib.
Metbuat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisdə saxlanılaraq həbs edilmiş, daha sonra isə azad edilmişdi.
Qeyd edək ki, bir milyarda yaxın istifadəçisi olan “Telegram” Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqının digər respublikalarında xüsusilə təsirlidir. “Facebook”, “YouTube”, “WhatsApp”, “Instagram”, “TikTok” və “Wechat”dan sonra əsas sosial media platformalarından biri hesab olunur.
Rusiya əsilli Durov “Telegram”ı 2013-cü ildə qardaşı ilə birlikdə yaradıb. O, 2014-cü ildə satdığı “VKontakte” sosial media platformasında hökumətin müxalifət icmalarını bağlamaq tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib.
Bəzi analitiklərin müharibə üçün “virtual döyüş meydanı” adlandırdığı “Telegram” Ukrayna Prezidenti Volodimir Zelenski və onun rəsmiləri, habelə Rusiya hökuməti tərəfindən sıx şəkildə istifadə edilən platformaya çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















