Icma.az
close
up
RU
Düşənbə görüşü: “Rusiya ilə münasibətlərin yeni formatı və çərçivələri müəyyən olunacaq”

Düşənbə görüşü: “Rusiya ilə münasibətlərin yeni formatı və çərçivələri müəyyən olunacaq”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Böhran təyyarə məsələsindən başladı və təyyarə məsələsi ilə də bitməlidir".

Bunu “Yeni Sabah”a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov bildirib.

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Vladimir Putin arasında görüşündə əsas müzakirə mövzu olmuş AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması olub. Vladimir Putin İlham Əliyevə hadisəyə dair istintaqın getdiyini, yaxında başa çatacağını, faciə ilə bağlı məmurların hərəkətlərinə hüquqi qiymət veriləcəyini və zərərçəkənlərə kompensasiya ödəniləcəyini deyib. Toyuqlu pizza

F. Məmmədovun fikrincə, Azərbaycan və Rusiya arasında münasibətlərin tam miqyasda bərpa ediləcəyi hətta bundan sonra da real görünmür:

“Böhran təyyarə məsələsindən başladı və təyyarə məsələsi ilə də bitməlidir. Bu dövr ərzində qarşılıqlı olaraq, kifayət qədər ciddi addımlar atılıb. Düşünmürəm ki, Azərbaycan-Rusiya münasibətlərini tam miqyasda bərpa etmək mümkün olsun.

Rusiya ilə münasibətlərin yeni formatı və çərçivələri müəyyən olunacaq. Biz hazırda bu dövrün astanasındayıq”.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycanda qapadılan Rusiya strukturlarının yenidən öz fəaliyyətinə tam miqyasda başlayacağı inandırıcı deyil:

“Görünən odur ki, Rusiya prezidenti gələcəkdə atılacaq addımların anonsunu verdi. Bakıda bu addımların necə və hansı formada atılmasını diqqətlə izləyəcəklər. Həmin dövrdə müəyyən xoşməramlı addımlar da həyata keçiriləcək.

Düşünmürəm ki, Azərbaycanda qapadılan Rusiya strukturları yenidən öz fəaliyyətinə başlayacaq. Başlayacaqsa belə, bu yeni şərtlər və prioritetlər əsasında ola bilər. Amma strateji layihələrlə bağlı fikirlər eynidir. O mənada ki, onlar reallaşmalıdır. Çünki qarşılıqlı mənfəət gətirir”.

F. Məmmədov deyib ki, regionda yeni reallıqlar formalaşır: “Amma Azərbaycan öz xarici siyasətində müstəqilliyini qoruyub saxlayacaq. Bu sözsüzdür. Həm də regionda yeni reallıqlar formalaşır. Bu yeni reallıqlarda Rusiya öz yerini və rolunu tapmaq məcburiyyətindədir. Düşünürəm ki, bu da öz növbəsində, Rusiya prezidentini təyyarəsinin vurulması ilə bağlı tələbləri qəbul etməyə vadar edib”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri