Icma.az
close
up
RU
Düşənbə Sammiti İlham Əliyevin məğrur duruşu və Rusiyanın hesab verməyə məcbur qalması Həsən Qarayev

Düşənbə Sammiti İlham Əliyevin məğrur duruşu və Rusiyanın hesab verməyə məcbur qalması Həsən Qarayev

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

10 oktyabr 2025-ci il tarixində Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının sammiti, diplomatik tarixdə sadəcə rəsmi toplantı yox, həm də geosiyasi balansların dəyişdiyi bir məqam kimi yadda qaldı. Bu tədbir təkcə regional əməkdaşlıq məsələlərini deyil, həm də Rusiya - Azərbaycan münasibətlərində yaranan ciddi gərginliyi müzakirəetmə fürsəti yaratdı. Bu fikirləri SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev demişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə sərgilədiyi məğrur, prinsipial və dövlət maraqlarını önə çəkən duruşu xüsusilə, Rusiya Prezidenti Vladimir Putinlə keçirilən təkbətək görüşdə daha qabarıq hiss olundu. Bu görüş, bir çox təhlilçiyə görə, Rusiyanın Azərbaycana qarşı ilk dəfə hesab vermək məcburiyyətində qaldığı diplomatik hadisə kimi qiymətləndirildi. Bu əsas etibarilə, 25 dekabr 2024 cü-ci ildə Rusiya hava məkanında, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması hadisəsi ilə bağlı baş vermişdir. Bu hadisə, Azərbaycan cəmiyyətində və siyasi dairələrində ciddi narazılıq doğurdu. Rəsmi Bakı, Moskvanın bu məsələyə aydınlıq gətirməsini və məsuliyyət daşımasını tələb etdi.

Düşənbədə hər iki ölkənin Prezidentləri arasında keçirilən təkbətək görüş zamanı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı izahat xarakterli çıxış edərək sərnişin təyyarəsinin texniki səhv nəticəsində vurulduğunu etiraf etdi, məsul şəxslərin müəyyən edilib, onların hərəkətlərinə hüquqi qymət veriləcəyini və Azərbaycan tərəfinə kompensasiya ödəniləcəyini də bəyan etdi. Həmin an bir çoxları üçün aydın oldu ki, Rusiya bu dəfə susmadı, cavab verməyə məcbur oldu. Rusiya Prezidentinin bu görüş zamanı etdikləri və dedikləri bir sıra cəhətdən hesab vermək kimi qiymətləndirilə bilər. Hadisənin təfərrüatlarını izah etməyə məcburqalma, komandirlərin və texniki heyətin araşdırılacağı, Azərbaycanın narahatlığının açıq şəkildə qəbul etməsi və kompensasiya öhdəliyi götürməsi, bütün bunlar Moskvanın diplomatik leksionunda nadir hallarda rast gəlinən haldır. Əgər, bu cür hadisə Ermənistanla, Belarusla və ya digər postsovet ölkələrilə yaşansaydı, Kremlin bu cür izahat verəcəyi sual altında olardı. Bu baxımdan, İlham Əliyevin liderliyi və Azərbaycan diplomatiyasının təsir gücü burda öz təsdiqini tapmış oldu.

İlham Əliyev, Rusiya prezidentinin izahatını təmkinlə qarşılayaraq, beynəlxalq diplomatiyada iradəli və balanslı lider obrazını nümayiş etdirdi. Azərbaycan Prezidentinin bu sammitdəki davranışı həm ölkə daxilində, həm də ölkə xaricində məğrur duruş kimi qiymətləndirildi. Bu duruşun əsas elementləri, milli maraqlardan geri çəkilməmək, diplomatik təzyiqlər qarşısında prinsipial mövqe tutmaq, mədəni və rəsmi üsluba lakin, sərt ismarıclarla çıxış etmək, səmimi, güzəştsiz ünsiyyət qurmaq bacarığıdır.

Düşənbə sammiti göstərdi ki, artıq regionda kiçik dövlətlər böyük güclərlə dialoqda geri durmur, əksinə onların səhvlərinə cavab tələb edir. İlham Əliyevin sərgilədiyi məğrur duruş Azərbaycanın regional güc mərkəzi statusunu daha da möhkəmləndirdi. Bu hadisə, MDB daxilində və postsovet məkanında siyasi münasibətlər sistemində yeni mərhələnin başlandığını göstərir. Burada, artıq “böyük qardaşlıq“ yox bərabərhüquqlu tərəfdaşlıq əsas prinsip kimi ortaya çıxır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri