Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Düşənbə, 6 noyabr, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistanda yaşayan Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin və media nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Azərbaycanın Tacikistandakı səfiri Elxan Qəhrəman iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək 8 Noyabrın Azərbaycan xalqının milli yaddaşına həkk olunduğunu bildirib.
Diplomat vurğulayıb ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi 44 günlük Vətən müharibəsinin taleyini həll edib. O, tarixi Zəfərin Prezident İlham Əliyevin qətiyyətli siyasəti, uzaqgörən rəhbərliyi, dönməz iradəsi və xalqın birliyi sayəsində əldə olunduğunu qeyd edib.
Səfir Azərbaycanın 30 illik işğal dövründən və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, uzun illər icra olunmayan dörd qətnamədən danışıb. Bildirib ki, 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycan beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Elxan Qəhrəman Azərbaycanın sülh gündəliyinə də toxunub. Qeyd edib ki, müharibədən sonra Azərbaycan Ermənistana sülh təklif edib, sülh sazişinin layihəsi hazırlanıb. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması da diqqətə çatdırılıb.
Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən, ölkənin regional sabitliyin təmin olunmasında, enerji və nəqliyyat əlaqələrinin inkişafında, eləcə də beynəlxalq tərəfdaşlığın genişləndirilməsində rolundan danışıb.
Səfir Azərbaycan diasporunun üzvlərinə təşəkkür edərək onların Azərbaycan həqiqətlərinin təbliğində, iki ölkə arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsində rolunu vurğulayıb. O, gənc nəslin Azərbaycan dilinə, tarixinə və mədəniyyətinə bağlılığının qorunmasının vacibliyini qeyd edib, səfirliyin diaspora təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
Tədbirin sonunda çay süfrəsi arxasında səmimi söhbət aparılıb, iştirakçılar Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşüblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın müxbiri
Düşənbə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Noyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















