Icma.az
close
up
RU
Düşünülmüş addım, yoxsa məqsədli plan? İsrail HƏMAS razılaşması

Düşünülmüş addım, yoxsa məqsədli plan? İsrail HƏMAS razılaşması

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

HƏMAS–İsrail müharibəsi iki ildən sonra ABŞ, Türkiyə, Misir və Qətərin səyi ilə münaqişə tərəfləri arasında ilkin sülh razılaşmasının əldə olunması ilə başa çatıb.

ABŞ Prezidenti Donald Tramp İsraillə HƏMAS-ın sülh planının birinci mərhələsini imzaladığını elan etməsini təkcə Qəzzada deyil, bütövlükdə Yaxın Şərqdə sülhün əldə edilməsi kimi xarakterizə edib.

2 illik İsrail–HƏMAS müharibəsi…

7 oktyabr 2023-cü ildə HƏMAS-ın silahlı qruplaşması sərhədi keçərək İsrailə qarşı hücuma keçdi. İsrail tərəfi bu təxribatçı hücumdan faydalanaraq əks-hücuma keçdi və Qəzzada tam nəzarəti ələ keçirməklə yanaşı, HƏMAS-ı zərərsizləşdirmək üçün genişmiqyaslı hərbi əməliyyata başladı. Beynəlxalq aləmin dəstəyi ilə münaqişə tərəfləri arasında bir neçə dəfə atəşkəsə nail olunsa da, bu atəşkəslər uzunmüddətli olmadı və yenidən pozuldu. Nəticədə Qəzzada təxminən 70 minə yaxın insan həyatını itirdi; bunların arasında yüzlərlə media nümayəndəsi də var.
Bu müharibədə İsrail tərəfi də böyük itki verdi. İsrail Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, 1152 hərbçi itirilib.

Düşünülmüş, yoxsa hansısa məqsədlərə xidmət edən plan

Soyuq beyinlə düşünən insanlar HƏMAS-ın İsrailə qarşı bu təxribatını hansısa məqsədlərə xidmət edən hərəkət hesab ediblər. Sadəcə bunu kim tərəfindən başladıldığı geniş ictimaiyyətə məlum deyildi. Düzdür, çox dar çərçivədə, xüsusən də kəşfiyyat orqanlarının və bir çox ölkə rəhbərlərinin bu təxribat planının kimlər tərəfindən və hansı məqsədlərə xidmət etməsi barədə məlumatı olub.

SEPAH-ın “Qüds” komandiri, briqada generalı Esmail Qaani bu günlərdə İran televiziyasına verdiyi müsahibədə HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücum planı ilə bağlı maraqlı bir detalı açıqlayıb. SEPAH generalının sözlərinə görə, Fələstinin HƏMAS qruplaşmasının 2023-cü ilin oktyabrının 7-də İsrailə qarşı həyata keçirdiyi “Əl-Əqsa fırtınası” əməliyyat planı o qədər ciddi məxfilik şəraitində həyata keçirilib ki, hətta HƏMAS Siyasi Bürosunun mərhum lideri İsmayıl Haniyə və ya Hizbullah lideri Seyid Həsən Nəsrullah belə hücumun vaxtı barədə məlumatlandırılmayıb.

“Maraqlısı o idi ki, nə bizə, nə Seyid Həsənə, nə də hətta HƏMAS-ın yüksək səviyyəli liderlərinə bu əməliyyatın dəqiq vaxtı barədə məlumat verilməmişdi. Qəzza əməliyyatı elan ediləndə İsmayıl Haniyə İraqa səfər etmək üçün hava limanına gedirdi və yolda xəbər tutdu”, — iranlı general qeyd edib.

Türkiyənin “Haber7” nəşrinin bu günlərdə İsrail–Fələstin münaqişəsi ilə bağlı yayımlanan məqaləsində “HƏMAS əvvəlcədən Türkiyənin dediklərinə qulaq assaysaydı vəziyyət bu həddə çatmazdı” fikri yer almışdı. Bu isə onu deməyə əsas verir ki, hansısa qüvvələr HƏMAS-ı bu oyuna təhrik edib.

Tehranın hədəfi

Tehranın məqsədi İsrail–Fələstin münaqişəsini qızışdırmaqla Yaxın Şərqdəki böhranı İranın daxilinə keçməməsi üçün özündən kənarda saxlamağa çalışmaq olub. Növbəti hədəf isə İranın Yaxın Şərqdəki geosiyasi maraqlarını təmin etmək olub.

İsrail–ABŞ tandemi isə yaranmış vəziyyətdən istifadə edərək HƏMAS-ı tamamilə zərərsizləşdirmək, Qəzzada tam nəzarəti təmin etmək və İranı Yaxın Şərqdən çıxarmaq niyyətində olub. Nəticədə İsrail–ABŞ tandemi öz bəhrəsini gördü. İranın Yəməndəki husilərdən başqa Yaxın Şərqdəki digər proksi gücləri indiki halda tamamilə olmasa da, zərərsizləşib. İranın proksi qüvvələrinin yenidən təşkilatlanmasının qarşısını almaq istiqamətində isə proseslər davam edir.

İsrail–ABŞ tandeminin HƏMAS–İsrail müharibəsindən faydalanmaqla Yaxın Şərqi yenidən dizayn edərkən digər əsas oyunçular olan Rusiya, Çin və Avropa ölkələrinin mövqeyini maksimum dərəcədə zərərsizləşdirməyə nail olduğu iddia edilir.

İsrail–HƏMAS savaşında U dönüşü

Yaxın Şərqi yenidən dizayn etmək ABŞ-nin maraqlarına xidmət etsə də, İsrailin bölgədə çox güclü dövlətə çevrilməsində Ağ Ev maraqlı deyil. Xristian dünyası güclü və böyük İsraili özlərinə ciddi rəqib görür və bunun tarixi səbəbləri var.

Təl-Əvivin Qəzzada, Livanda və Suriyada əldə etdiyi uğurlardan sonra böyük İsrail dövlətinin yaranması üçün şansların olduğunu düşünərək bu istiqamətdə planlar həyata keçirməyə çalışdığı müşahidə olunur. Lakin bu plan Qərb və xristian dünyası tərəfindən əks reaksiyalarla qarşılandı. Son bir ildə Avropanın və dünyanın bir çox xristian ölkələri İsrailə qarşı sərt mövqe sərgiləməyə başladı. Avropa ölkələri həm də Yaxın Şərqdəki mövqelərini itirməmək, maraqlarını qorumaq üçün İsrailə qarşı sərt mövqe tutdular. Hətta vəziyyət o həddə çatdı ki, Avropa və dünyanın bir çox xristian ölkələri Fələstini müstəqil dövlət kimi tanımağa başladılar.

Xristian dünyasının İsrailə qarşı sərt mövqeyi ABŞ-nin özünün supergücdəki mövqeyini qorumasına və İsrailin planlarının qarşısının alınmasına xidmət edir. Buna görə də dünya ölkələrinin İsrailə qarşı genişmiqyaslı təzyiq kampaniyası və “ikili dövlət prinsipi” çərçivəsində Fələs­tinin dövlət müstəqilliyinin tanınması prosesində Ağ Ev müşahidəçi rolunda çıxış etdi. Tramp administrasiyasının bu mövqedən faydalanması yəhudi lobbisinin təsirini balanslaşdırmaq məqsədinə xidmət edib.

Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı dediyi “Mən ona (Netanyahuya) İsrailin bütün dünya ilə döyüşə bilməyəcəyini söylədim. O, bunu çox yaxşı bilir” fikri də bu məqamı təsdiqləyir.

Ankara faktoru

Ağ Ev HƏMAS-ı razı salmaq üçün daha çox Ankaranın mövqeyinə üstünlük verib. O vaxta qədər nə Qətər, nə də Misir bu məsələdə həlledici rol oynaya bilmədi. Ankaranın prosesə müdaxiləsindən sonra İsrail–HƏMAS arasındakı danışıqlarda ciddi irəliləyiş əldə olundu.
Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında müzakirə olunub. Ərdoğan Azərbaycanda TDT Zirvə görüşündən geri dönərkən jurnalistlərə bildirib ki, Tramp ondan 29 sentyabrda açıqlanan planı qəbul etməyə və HƏMAS-ı razı salmağa xahiş edib. Ankara danışıqlarda aktiv iştirak edərək HƏMAS-ı razı salmağa nail oldu.
Sentyabrın 25-də Ərdoğanla ikitərəfli görüşdən sonra Tramp 29 sentyabrda Ağ Evdə Netanyahu ilə görüşərək müsəlman liderlərin rəyi əsasında hazırlanmış planı yekunlaşdırdı və həmin gün birlikdə elan etdi.

Sentyabrın 30-da MİT direktorunun Qətərə səfəri zamanı Səudiyyə Ərəbistanı, Misir və İordaniya nümayəndə heyətləri ilə birlikdə HƏMAS-ı planı razılaşdırmağa çalışdıqları bildirildi. Oktyabrın 3-də Tramp Ərdoğana zəng edərək mediaya “Mən Ərdoğanla danışdım. O, böyük adamdır. O, Qəzza razılaşması üçün çox səy göstərir və HƏMAS ona böyük hörmət bəsləyir” deyib. Qısa müddət sonra HƏMAS planı prinsipcə qəbul etdi və İsrail əməliyyatını dayandırmağa məcbur oldu.

Nəticə

Ağ Ev administrasiyasının Suriya, Qəzza, Cənubi Qafqaz və digər məsələlərdə Ankaraya etimad göstərməsi Trampın Yaxın Şərqin yenidən dizaynında Türkiyəyə xüsusi yer ayırmaq istədiyini göstərir. Oktyabrın 9-da Parisdə Fransa və Səudiyyə Ərəbistanının birgə ev sahibliyi edəcəyi Fələstin–Qəzza görüşünə ABŞ, Aİ və İƏT nümayəndələrinin qatılacağı bildirilib. Tramp həmçinin sülh anlaşması ilə bağlı Misirə və hətta Qəzzada bəzi yerlərə səfər edəcəyini bəyan edib.

İsrail–HƏMAS arasındakı sülh anlaşmasının nə qədər uzunmüddətli olacağı isə zaman göstərəcək. Yaxın Şərqdə maraqları toqquşan qlobal güclər mövcud olduğundan dayanıqlı sülhün yaxın zamanda əldə olunacağı inandırıcı görünmür.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see305

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see168

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see163

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see155

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see143

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see140

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see138

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see137

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see136

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see136

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see133

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see132

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see129

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see128

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see128

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri