Düzgün qidalansanız da, FAYDASI YOXDUR... Həkimdən ÇAĞIRIŞ
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Fiziki aktivlik olmadan düzgün qidalanma sümük sağlamlığı üçün kifayət etmir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, uşaqların sağlam böyüməsi və sümük sisteminin düzgün inkişafı üçün həm fiziki aktivlik, həm də sağlam və balanslı qidalanma vacibdir.
Onun sözlərinə görə, uşaqların qida rasionunda sümük inkişafı üçün əhəmiyyətli olan mineral maddələrlə zəngin məhsullara üstünlük verilməlidir.
"Xüsusilə kalsium, maqnezium və zülalla zəngin qidaların qəbulu vacibdir. Fiziki aktiv olmayan bir insanın sümüyünə nə qədər düzgün qidalanma versəniz də, bu qidaların sümüyə çatması və onun sağlamlığının təmin olunması baxımından fiziki aktivlik çox önəmlidir”, - deyə İ.Şıxbabayev vurğulayıb.
Travmatoloq qeyd edib ki, müntəzəm fiziki aktivlik sümük sıxlığının artmasına və sümük sisteminin möhkəmlənməsinə kömək edir. Buna görə uşaqlarda sağlam qidalanma ilə yanaşı, yaşa uyğun fiziki fəaliyyət də gündəlik həyatın bir hissəsi olmalıdır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















