Icma.az
close
up
RU
DVX nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb

DVX nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 may, AZƏRTAC

Çilinin Santyaqo şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) 59-cu Baş Assambleyası keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən, xidmət rəisinin müşaviri Sərxan Həşimov və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin şöbə rəisi Faiq İsazadə təmsil ediblər.

Çili Vergi Xidmətinin təşkilatçılığı ilə baş tutan tədbir cari ildə “Vergidən yayınma və vergi cinayətləri ilə mübarizədə vergi administrasiyalarının rolu”na həsr olunub. Baş Assambleyada Amerika, Avropa, Afrika və Asiyadan 58 ölkənin nümayəndə heyətləri və beynəlxalq təşkilatlar iştirak ediblər. Tədbirdə vergidən yayınma və cinayətkarlıqla mübarizə, informasiya mübadiləsi və institusional əməkdaşlıq, faktura saxtakarlığı, qaçaqmalçılıq və təşkilatlanmış cinayətkarlıq məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.

Səfər çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər vergi inzibatçılığının səmərəliliyini gücləndirmək üçün təlim proqramları üzrə əməkdaşlıq etməyə razılaşıblar. Memorandumu Azərbaycan tərəfdən DVX rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Sərxan Həşimov, CIAT tərəfdən icraçı katib Marcio Ferreira Verdi imzalayıblar.

Qeyd olunub ki, CIAT vergi administrasiyalarının modernləşdirilməsi və gücləndirilməsinə xüsusi texniki yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1967-ci ildə yaradılan Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi vergidən yayınma hallarının qarşısının alınması və könüllü əməletmə vərdişlərinin möhkəmləndirilməsi sahəsində şəffaflıq və etik davranış qaydaları kimi dəyərləri təşviq edir, ölçülə bilən nəticələrin əldə olunması üçün fəaliyyət göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri