Icma.az
close
up
RU
Xəzər Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbazalt arasında əməkdaşlıq memorandumu imzalanıb

Xəzər Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbazalt arasında əməkdaşlıq memorandumu imzalanıb

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda Xəzər Aqrar Tədqiqatlar Mərkəzi (CARCAS) ilə "Azərbazalt" Elmi-İstehsalat Birliyi MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Oxu.Az xəbər verir ki, sənəd kənd təsərrüfatı texnologiyaları, dayanıqlı əkinçilik və regionun aqrar-sənaye sektoruna innovativ mineral komponentlərin, xüsusilə bazalt tozunun tətbiqi sahəsində elmi-praktik əməkdaşlığın inkişafına yönəlib.

Əməkdaşlıq torpağın strukturunu yaxşılaşdırmaq, məhsuldarlığı artırmaq və kənd təsərrüfatı bitkilərinin xarici təsirlərə davamlılığını gücləndirmək məqsədilə bazalt tozunun birgə tədqiqatlarını, pilot layihələrini və çöl sınaqlarını nəzərdə tutur.

"CARCAS Xəzər regionunun aparıcı tədqiqat mərkəzi kimi Azərbaycanın və qonşu ölkələrin kənd təsərrüfatı təcrübəsinə yeni həllərin inteqrasiyasında, o cümlədən ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün təbii mineral komponentlərin istifadəsində böyük perspektivlər görür", - deyə CARCAS-ın Müşahidə Şurasının sədri Rifat Sultanzadə bildirib.

Görüşdə "Azərbazalt" və "Azchemco" arasında bazalt tozunun tədarükü sahəsində strateji tərəfdaşlıq protokolu imzalanıb. Tərəflər "Azchemco Black Terra" substrat xətti üçün "Azərbazalt" məhsullarının tədarükü sahəsində əməkdaşlıq etməyi və onları xarici bazarlara - Türkmənistana və Körfəz Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrə (Bəhreyn, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və BƏƏ) təqdim etməyi planlaşdırırlar.

"İldə 360 min ton üzvi gübrə istehsal etməyi planlaşdırırıq. Müəssisə qabaqcıl Azərbaycan texnologiyaları əsasında fəaliyyət göstərəcək. Əsas xammal Göygöl rayonundakı Çaykənd yatağından çıxarılan yüksəkkeyfiyyətli bazalt olacaq", - deyə "Azərbazalt"ın təsisçisi və baş icraçı direktoru Rafət Əliyev bildirib.

Bundan əlavə, "Azərbazalt" və "Azchemco"nun fəaliyyəti karbon izlərinin azaldılmasına və təbii ehtiyatlardan davamlı istifadəyə yönəlmiş COP28 və COP29 beynəlxalq iqlim təşəbbüslərinin məqsədlərinə uyğundur. Kənd təsərrüfatında bazalt tozunun və bazalt əsaslı gübrələrin istifadəsi torpağın münbitliyini artırır və kimyəvi gübrələrə olan ehtiyacı azaldaraq istixana qazlarının emissiyasını aşağı salmağa kömək edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Avqust 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri