Icma.az
close
up
RU
DVXnin rəis müavini: Növbəti il Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdə tutulmayıb

DVXnin rəis müavini: Növbəti il Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdə tutulmayıb

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Növbəti il üçün Vergi Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər çərçivəsində karbon qiymətqoyma alətləri ilə bağlı mexanizmlərin, o cümlədən istilik effekti yaradan qazları əhatə edəcək karbon vergisinin tətbiqi nəzərdə tutulmayıb.

Bunu “APA-Economics”ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Samirə Musayeva qeyd edib ki, 2025-ci ildən bu sahədə əlavə təşviqləri nəzərdə tutan müddəalar Vergi Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb. Məsələn, nәqliyyat sisteminin ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması məqsədilə ölkəmizdə yerli avtobus (o cümlədən, elektrik mühərriki ilə işləyən) istehsalına, habelə bərpa olunan enerji mənbələrindən istifadəni stimullaşdırmaq məqsədilə elektrik enerjisi istehsalı layihələri üzrə bir sıra vergi təşviqlərinin tətbiqi Vergi Məcəlləsinin dəyişiklik layihəsinə daxil edilib.

“Tərəfimizdən aparılmış araşdırmaların və sahəvi mütəxəssislərlə məsləhətləşmələrin ilkin nəticəsi olaraq qeyd edə bilərəm ki, karbon qiymətqoyma alətlərinin hər birinin öz üstünlükləri və çatışmazlıqları mövcuddur və bu sahədə “qızıl” standart mövcud deyildir. Başqa sözlə, dünya ölkələri tərəfindən karbon qiymətqoyma alətlərinin tətbiqinə dair konsensus və vahid yanaşma formalaşmayıb. Aİ-nin və digər yuridiksiyaların “Sərhəddə karbon qiymətləri” ilə bağlı atdığı addımlar da məhz karbon emissiyaları yüksək olan sənayelərə tətbiq edilən karbon vergiləri və ya emissiya ticarət sistemlərinin həmin sənayelərin rəqabətqabiliyyətinə mənfi təsirini azaltmağa xidmət edən mexanizmlərdir. Başlıca səbəb ondan ibarətdir ki, hər ölkənin və yurisdiksiyanın özünəməxsus fərqləndirici xüsusiyyətləri mövcuddur. Bu səbəbdən də karbon qiymətqoyma alətlərinin tətbiqi məsələsinə həssas yanaşılmalı, data analitikasına əsaslanan mülahizələr formalaşdırılmalı və sözügedən mexanizmlərin fiskal, sosial və iqtisadi təsirlərinin genişmiqyaslı təhlili aparılmalıdır. Eyni zamanda karbon qiymətqoyma siyasəti formalaşdırılarkən nəzərdən keçirilən mexanizmlər ölkənin iqlim siyasəti və bu sahədə mövcud beynəlxalq öhdəlikləri, ixrac strukturu, bu cür mexanizmlərin mikro-kiçik bizneslərə, sosial-iqtisadi sahəyə təsirləri nəzərə alınmalıdır. Biz “yaşıl” iqtisadiyyata “ədalətli” keçidi təmin etməyə hədəfləyən və geniş təhlilə əsasən vergi siyasəti tədbirləri həyata keçirəcəyik”-deyə DVX rəisinin müavini əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see219

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri