DYP cərimələrində “35% endirim” tələsi KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
DYP cərimələrini 35 faiz endirimlə ödə… Qarşınıza çıxan belə paylaşımlara aldanmayın.
KONKRET.az xəbər verir ki, onlayn platformalarda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin guya endirimlə ödənilməsi ilə bağlı müxtəlif paylaşımlar yayılır.
Həmin səhifələri idarə edən şəxslər bildirirlər ki, yol hərəkəti qaydalarını pozmağa görə gələn cərimlərin məbləğində guya endirim etmək mümkündür.
Apardığımız müşahidələr göstərir ki, belə saxta paylaşımlara inanların sayı az deyil. Bəzi hallarda vətəndaşlar göstərilən kart hesablarına pul köçürsələr də, cərimələr təbii ki, silinmir. Buna baxmayaraq, yenidən həmin dələduzların kartına köçürmə edənlər olur.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qeyd olunan internet səhifələrinin rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər də vətəndaşları diqqətli olmağa çağırır. Bildirilir ki, bu kimi halların məqsədi vətəndaşları aldadaraq maddi və şəxsi məlumatlarını ələ keçirməkdir.
Baxış sayı:97
Bu xəbər 10 May 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















