DYP: Hərəkət edən maşında ayaqlarını pəncərədən çıxaran şəxs cərimə olunub VİDEO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"“Mercedes” markalı nəqliyyat vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb".
APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən olunaraq dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qayda pozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu kimi məsuliyyətsiz davranışlar nəinki avtomobildə olan şəxslərin, eyni zamanda digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün təhlükə yaradır. Qanunvericiliyin tələblərinə yalnız sürücülər deyil, sərnişinlər də əməl etməli, hər bir yol hərəkəti iştirakçısı şəxsi təhlükəsizliyinə biganə yanaşmamalıdır. Yolda şou yox, məsuliyyət olmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















