Icma.az
close
up
RU
DYP məktəblilər arasında bilik yarışı təşkil etdi FOTOSESSİYA

DYP məktəblilər arasında bilik yarışı təşkil etdi FOTOSESSİYA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Mayın 20-si 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin əsas binasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi arasında birgə fəaliyyət proqramına uyğun olaraq Bakı şəhəri ümumtəhsil məktəbləri arasında “Yol hərəkəti qaydalarını öyrənək!” mövzusunda bilik yarışı keçirilib.

Avtosfer.az xəbər verir ki, təşkil olunan bilik yarışında Bakı şəhəri 5, 24, 28, 54, 76, 98, 104, 128, 129, 133, 183, 211, 238, 245, 251, 260, 266 nömrəli tam orta məktfəblərin şagirdlərindən ibarət 17 komanda iştirak edib. Yarış iştirakçıları 50 dəqiqə ərzində yol hərəkəti qaydalarına aid nəzəri və praktiki  bilikləri əhatə edən sualları cavablandırıblar. 

Yarışı keçirməkdə məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, sağlam rəqabət mühitində uşaqların öz bilik və bacarıqlarını nümayiş etdirməklərinə zəmin yaratmaqdır.

Bilik yarışında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis kapitanı Pərvanə Muradova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elnur Mahmudov, 1 Uşaq–Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, müəllimlər iştirak edib.

Yarışın sonunda qaliblər müəyyənləşdirilib. Qaliblərinin mükafatlandırma mərasimi mayın 31-i Bakı şəhər Dövlət Yol Polisi idarəsində keçiriləcək və qaliblər medal və diplomlarla təltif olunacaq.

Bakı şəhəri ümumtəhsil məktəblərin şagirdlərinin yarışa hazırlanmasında 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin metodisti Sevda Əsgərova xüsusi köməklik göstərib.

Yarışda  ümumilikdə 85 işaq iştirak edib.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 May 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri