Icma.az
close
up
RU
Ədəbiyyatımızın Anar və Rəsul Rza problemi

Ədəbiyyatımızın Anar və Rəsul Rza problemi

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya yaranandan bəri mövcud olan “atalar və oğullar” problemi Azərbaycan ədəbiyyatında başqa cür, müstəsna bir biabırçılıqla təzahür edib.

Söhbət, əlbəttə, Rəsul Rza və Anardan gedir.

Adam heç bilmir ki, atanın dərdini çəksin, ya balanın?

Məsələn, bu məqamda Azərbaycanın heç nə oxumayan oxucusuna bir sual əta olunur:

Görəsən, Anar daha istedadsızdır, ya atası?

Yaxşı, yaxşı, əsəbiləşməyin.

Anar daha istedadlıdır, yoxsa mən?

Offf. Aldatdım başınızı, siçan yedi qaşınızı.

İndi deyin görüm, Anar daha istedadlıdır, yoxsa atası?

Cavab şəxsən mənə aydındır. Onların hər ikisi ayrı-ayrılıqda ortabab istedada malik olsalar da, ancaq ümumilikdə ikisi də bir-birindən istedadsız birinci dərəcəli qohumlardır.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının ayrılıqda da Anar adlı yekə problemi var. Fəqət yanına Rəsul Rzanı qoşanda məsələ daha da böyüyür.

Maraqlıdır, görəsən, ata oğula görə tanınanda yaxşıdır, ya oğul ataya görə?

Real fakt budur ki, Rəsul Rza çoxdan unudulub gedərdi. Ancaq Anar öz adı ilə atasını müvəqqəti yaşadır. Ancaq bütün bu təbliğatlatlar belə yenə də Rəsul Rzanı oxutdura, sevdirə bilmir. Anar imkan vermədi ki, atası özü öz taleyini yaşasın. Bir görək ədəbiyyatda yeri varmı? Allah ömür versin, bir gün Anar da dünyasını dəyişəndə atası ikinci dəfə “öləcək”.

Ümumiyyətlə, Anar daim vəzifəsindən istifadə edərək atasını təbliğ edib, diri saxlayıb. Çünki özü də yaxşı bilir ki, özü kimi atası da xatırlanmağa layiq adam deyil. Üstəlik, istedad olmadığı üçün keçməməyinə baxmayaraq, vəzifə sevdası onlarda irsidir.

Bəli, dəhşət odur ki, Azərbaycan ədəbiyyatına bir evdən iki nəfər: həm ata ziyan vurub, həm də oğul.

Bu gün Azərbaycan Yazıçılar Birliyi sözün həqiqi mənasında Anara atasından miras qalıb.

Onlar hər ikisi kreslo fatehləridir.

Bu yolda ədəbiyyatdan keçiblər, lazım olsa, canları şirindir, ondan yox, bir də ədəbiyyatdan keçərlər.

Bəli, ona görə də bu gün Rəsul Rzanı oxumaq yox, sadəcə tanımaq məcburiyyətindəsən. Həmişə onun poeziyası ilə deyil, adı ilə qarşılaşırsan. Misralarını yox, portretini görürsən. Kitabdan əvvəl tərcümeyi-halını bilirsən, şeirdən əvvəl də vəzifəsini.

Rəsul Rza sovet dövrü ədəbiyyatının ən “rahat yerləşmiş” simalarından biridir. Rahat deyəndə, istedad baxımından yox, sistem içindəki mövqeyi baxımından.

Rəsul Rzanın Azərbaycan ədəbiyyatındakı ən möhkəm mövqeyi şeirlə yox, nəsil əlaqəsi ilə qorunur.

İrsi yolla böyük sənətkarlıq yox, vəzifə hərisliyi keçib.

Nə ata, nə də oğul-heç biri bir-birini yaxşı şeylərlə kölgədə qoya bilmədi. İkisi də bir-birinin kölgəsinə sığındılar.

Azərbaycan ədəbiyyatının bu gün problemi ona görə böyükdür ki, təkcə Rəsul Rzanı yox, elə Anarı da unutmalıdır.

Allah var, Rəsul Rzanın xeyli nəsildaşı bu gün azdan-çoxdan oxunur. Özünü də Anar oxutmağa çalışır. Ancaq nə oxuyasan? Ümumiyyətlə, nə var ki, oxuyasan?

Kim Rəsul Rza oxuyub deyib ki, ilahi, bu nədir, möhtəşəm, sənət? Əlinizi vicdanınıza qoyub deyin: Kim gedib Rəsul Rza yaradıcılığını axtarıb? Kitab alıb, heç adicə internetdə açıb oxuyub ki, bu gün Rəsul Rzadan mütaliə edəcəm?

Rəsul Rzanı oxuyandan sonra ancaq “Dartma, yaxam cırıldı”, “Şəlalə, darıxdım, çıx palqona” demək olar. Yaradıcılığın ağır çəkisi də yoxdur ki, heç olmasa, Anarı ona bağışlayasan.

Məsələn, bu mənada, Səməd Vurğunu bəzən Vaqif və Yusif Səmədoğlu kimi sənətkarlara görə bağışlamaq olur.

Anarı kimə, nəyə görə bağışlayasan? Hansı yaxşı əməlinə? Atasının hansı əsərinə?

Sözsüz ki, heç nəyə.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Yanvar 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri