Dzeko hansı ölkəyə gedir?
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
"Fənərbaxça"dan ayrılan Edin Dzeko yenidən İtaliyada çıxış edə bilər.
News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.
O, 39 yaşlı hücumçu ilə adı açıqlanmayan iki klubun danışıq apardığını bildirib.
Türkiyənin "Sözcü" qəzeti isə "Komo"nun Dzeko ilə razılıq əldə etdiyini yazıb.
Qeyd edək ki, Edin Dzeko daha əvvəl İtaliyada "Roma" və "İnter"də də oynayıb.

