Icma.az
close
up
RU
Əbədiyyətə aparan yol və ya “Təlqin” Əntiqə Kərimzadə yazır…

Əbədiyyətə aparan yol və ya “Təlqin” Əntiqə Kərimzadə yazır…

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

 Bir neçə gün əvvəl efirdə Elnarə Xəlilovanın “Təlqin”i oxuduğunu gördüm. Həmin an təxminən 15 il əvvələ qayıtdım. Həm də o mahnını eşidəndə keçirdiyim hisləri xatırladım. Qəribədir, o zaman 15 yaşım olsa da hər dəfə ANS.tv-də “Təqlin”in klipini görəndə çox qorxurdum. Heç nə anlamırdım. Uzun zaman o mahnını dinləmədim. Onunla yanaşı Elnarənin digər mahnılarından da özümü məhrum etdim. Səbibini bilmirəm. Bəlkə də bilirəm, amma… Bəzən həyatımızda da hər şey belə cərəyan edir- ammalarla.

Bir  neçə gün əvvəl illər sonra yenidən dinlədiyim bu ifa, yəni Təqlin məni düşünməyə məcbur etdi. Bir zamanlar qorxduğum mahnını təkrar- təkrar dinlədim. Hər dinlədikcə anlaşılmaz qorxularımın səbəbini tapırdım. Və yenidən “qorxurdum”. Bu dəfə isə mahnı yox, mahnının reallıqla səsləşməsi canıma qorxu saldı..

“Qan” qrupu ilə Elnarə Xəlilovanın birgə əməyi sayəsində ərsəyə gələn bu əsərin sözlərinin müəllifi Vahid Naxışdır. “Qan” qrupunu da Vahid Naxış yaratmışdı. Qrupda solist olaraq Elnarə Xəlilova çıxış edib,bek vokal solo gitara isə Hafiz Baxışlı ifa edirdi , Zakir Qasımov ritm gitara, Fərdi Ramazanov, Emin Velimetov da bas gitara və bek vokaldan ibarətdir.

Dünya bir oyundur. Qəhrəmanı isə insandır. Bu oyunda udan da olur, uduzan da. 

İslamda həyat müvəqqəti bir imtahandır. Ölüm isə əbədi həyata keçiddir. Mahnının quruluşu “səhər, günorta, axşam”- insanın həyat yolunu simvolizə edir. 

Səhər- doğuluş, yəni qədərə dair fikirlər- “qəltan olan sir daşım”kimi ilahi idarə və ya sınaq anlamına gəlir.

Günorta- həyat sınaqları, yəni döyüşlər, səhvlər,xəyanətlər v.s kimi məna kəsb edir.

Axşam- son, yəni ölüm və Qiyamət gününə hazırlıq (daş, qəbir, matəm) deməkdir. Bütün bunlar dünyəvi həyatın keçiciliyini və mənəvi hazırlığın vacibliyini söyləyir.

Diqqətlə fikir versək, “qorxuram” ifadəsi bir neçə dəfə təkrarlanır. İslamda təqva( Allah qorxusu) ən şərəfli keyfiyyətlərdən biri sayılır. 
“səhv addımlardan qorxuram” demək isə  səhvlərdən, bəlkə də günahlardan qorxmaq anlamına gəlir. Bu isə tövbəyə işarədir.

Keçə bilmədiyim imtahanlar isə Allahın verdiyi və keçə bilmədiyimiz imtahanlardır. 

Mahnıda Qiyamət gününə işarələrdən biri isə “kitablar sol əldə” kəlməsidir. Ki, bu kəlməyə  müqəddəs “Qurani- Kərim”də rast gəlmişik. İslamda imanlı insanlar əməllərinin kitabını sağ, günahkarlar isə sol əllə alacaqlar. “Paklardan yuxarıda duran” ifadəsi isə mələklərə və yə  Allaha, eləcə də saf ruhlara işarədir. Qəhrəman(insan) onlara çata bilməməkdən qorxur. Bu, onun ruhuna olan səmimi qorxusunu, öz salehliyindən əmin olmamasını və ölüm sonrası narahatlığını göstərir.

İnsan həyatında mühim məqamlardan biri də tövbədir. Günah və tövbə- mənim düşüncəmdə bu sözlər həmişə bir- birini “qucaqlayıb”. Deyərdim ki, insan həyatında ən ali məqam  tövbədir. 

Təlqini mahnıdan çox, musiqili etiraf kimi qəbul etmişəm. Bu, ağrılar, qorxular, itkilər və dərin düşüncələrlə dolu çətin bir yol keçmiş qəlb fəryadıdır.

 Eyni zamanda həyat haqqında fəlsəfi bir düşüncə, kömək üçün bir çağırış və əzabların mənasını tapmaq cəhdidir.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri