Icma.az
close
up
RU
ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ Professorun məqaləsi AzPolitika onlayn siyasiictimai qəzet

ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ Professorun məqaləsi AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının görkəmli dövlət xadimi, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, dövlət müstəqilliyinin banisi olaraq, cəmiyyət həyatının bütün sahələrini əhatə edən əvəzsiz xidmətləri ilə adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk edib.

Azərbaycan xalqının sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatının bütün sahələrində yüksəliş həmişə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndər hər zaman dövlət və xalqımızı ən ağır sınaqlardan güclü çıxararaq Azərbaycanın gələcəyə yönəlik möhkəm və sarsılmaz təməlini formalaşdırıb. Azərbaycanın beynəlxalq müstəvidə bugünkü nüfuzu, dahi Rəhbər tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasının genişləndirilməsi ilə bağlı olub. Məhz Ümummilli Liderin azərbaycançılıq ideyası milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin formalaşdırmışdır.

Siyasi liderlik özündə müxtəlif sahələri ehtiva edən (beynəlxalq münasibətlər, müdafiə, vətəndaşların iqtisadi və sosial rifahı, mədəniyyət və incəsənət) daha geniş kontekstdə həyata keçirildiyi üçün daha böyük məsuliyyət tələb edir. Hər zaman göz bəbəyi kimi qoruduğu Azərbaycanın bütün sahələrdə məsuliyyətini ləyaqətlə öz çiyinlərində daşıyan Ümummilli Liderin idarəetmə fəlsəfəsinin başlıca ideya – siyasi istiqamətlərinin səciyyəvi xüsusiyyətləri - xalqın milli özünüdərketməsinin yüksəlməsi, eləcə də milli özünüifadə, milli qürur və milli şüurun genişlənməsindən ibarət olub. Beynəlxalq tarixi təcrübəyə görə, siyasi liderlərin formalaşmasının əsas aspektləri - liderin şəxsi keyfiyyətlər nöqteyi-nəzərindən mənəvi (etik) dəyərlər və insanlar tərəfindən müsbət dəyərləndirilən keyfiyyətlər yığımına sahib olması, insanlara münasibətdə sərgilədiyi uyğun davranış tərzi, davamlı olaraq effektiv ola bilməsi üçün konkret situasiyaya uyğun olan adaptiv liderlik üslubundan istifadə etməsi ilə şərtlənir. Məhz həqiqi liderlərə xas bu xüsusiyyətlər Heydər Əliyev şəxsiyyətində ən yüksək səviyyədə təmsil olunub.

Liderlərə xas möhkəm siyasi iradə, cəsarətli milli mövqe, dönməz mübarizə əzminə malik dahi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlı tərəfindən dərin məhəbbət və yüksək ehtiram ilə yad edilir. XX əsrin II yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddaratında həlledici rol oynayan Ulu Öndər Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qoruyub saxlanması və inkişaf etdirilməsi üçün böyük addımlar atıb. Azərbaycanda Sovet İttifaqının ən sərt dövrlərində Heydər Əliyevin özünəməxsus siyasətlə azərbaycançılıq istiqamətində həyata keçirdiyi tədbirlər gələcək dövlət müstəqilliyinin təməl sütunlarına çevrildi.


Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmiz, millətimiz üçün çox mürəkkəb dövrlərə təsadüf edib. Müdrik rəhbər və uzaqgörən siyasətçi olan Heydər Əliyev hər dəfə mövcud problemləri müvəffəqiyyətlə həll edərək, xalqın ona bəslədiyi ümidləri layiqincə doğrultmuş və qətiyyət nümunəsi göstərərək, Azərbaycan xalqının gələcək taleyi ilə bağlı məsələlərdə böyük fədakarlıqla prinsipial vətənpərvərlik mövqeyini nümayiş edirib.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları idi. Ulu Öndər bu istiqamətdə hər zaman var qüvvəsi ilə və böyük əzmkarlıqla çalışırdı. Dahi rəhbər Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Qarabağ məsələsi Azərbaycanın müstəsna səlahiyyətinə daxildir və onu Azərbaycan Respublikası özü həll etməlidir. Çıxış yolu birdir, dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur” .

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə əvəzsiz işlər görmüş Ümümmilli Lider Heydər Əliyev hər zaman qurur hissi ilə xatırlayacağımız bir dahidir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan bir şəxsiyyətdir. Azərbaycan tarixinin ən ağır zamanında - 1993-cü ilin iyun ayından etibarən ikinci dəfə respublika rəhbərliyinə qayıdan Ulu Öndər bu dövrdən başlayaraq, ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin təşkilatçısı olmuşdur. İslahatların həyata keçirilməsində hər bir sahəyə məxsus olan spesifik xüsusiyyətləri nəzərə alan Ümumilli Lider bu islahatların son nəticə etibarilə sosialyönümlü olmasının hədəf kimi seçilməsini xüsusilə zəruri hesab edirdi. Ulu Öndərin iqtisadi islahatların həyata keçirilməsi istiqamətində baxışlarını səciyyələndirən ən vacib xüsusiyyət – islahatların həyata keçirilməsinin istiqamətlərini düzgün proqnozlaşdırmaqdan ibarət idi. Yeni təsərrüfatçılıq formalarının meydana gəlməsi, kiçik sahibkarlığın inkişafı, təşəbbüskarlığın genişləndirilməsinə imkan verən iqtisadi islahatlar Heydər Əliyev tərəfindən bazar iqtisadiyyatına gedən yolda əsas vasitə kimi dəyərləndirilib.

Azərbaycanın inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ümumilli Lider Heydər Əliyevin zəngin irsi dövlətçiliyimizin tərəqqisi naminə xalqımız üçün böyük qürur mənbəyidir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982 və 1993-2003) hər zaman Azərbaycanın milli maraqlarını uca tutub.

Bəli, qürur və fəxarət hissi ilə deyirik ki, ölkəmizin bügünkü inkişafı dahi şəxsiyyət Heydər Əliyev tərəfindən hazırlanmış mükəmməl bir proqramdır. Heydər Əliyev mövqeyi və ideyaları xalq tərəfindən qəbul və təsdiq edilən Ümummilli Lider konsepsiyasıdır. Bu onunla əlaqədardır ki, Azərbaycan tarixinin müdriklik zəkasından qaynaqlanan Heydər Əliyev ideyaları milli mentalitetimizin bütün atributlarını və prioritet məsələlərini sistemli şəkildə əhatə edir. Heydər Əliyev şəxsiyyəti ümumxalq zəkası ilə ayrılmaz bir vəhdətdə, vahid bir ideyada birləşir. Heydər Əliyev Azərbaycan xalqının yaradıcılıq potensialına müstəqillik ideyalarında birləşdirən Ümummilli Lider və böyük rəhbərdir.

Ümummilli Lider Heydər Əliyev böyük bir şəxsiyyət kimi cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bütün zəruri tədbirləri həyata keçirib. Ulu Öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir dəyərləri özündə birləşdirən yeni inkişaf strategiyasının təməlini təşkil edib. İctimai-siyasi sabitlik bu strategiyanın əsas dayaqlarından biri kimi çıxış edib. Əlbəttə ki, sabitliyə nail olmadan yeni və daha mütəşəkkil idarəetmə sisteminə keçidi reallaşdırmaq mümkün deyildir. Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində də fəal diplomatik əlaqələrə malikdir.

Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası həmişə yaşar, uzaqgörən və əbədidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətdə Ulu Öndər deyib: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir”. 

Ümummilli Lider canından çox sevdiyi Azərbaycan xalqının və dövlətinin taleyini böyük uzaqgörənliklə öz layiqli ardıcılına etibar edib.

Bütün varlığı ilə Azərbaycana bağlı olan Böyük Şəxsiyyət, görkəmli dövlət xadimi, dahi Lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Ulu Öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirilməsinə xidmət edən Layiqli Davamçısını yetişdirməsidir. Bü gün yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsinə malik, praqmatik lider olan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır və Azərbaycanı dayanıqlı inkişafa və işıqlı gələcəyə doğru aparır.

Azərbaycan xalqı üçün 2020-ci ilin payızı tarixinin ən şərəfli dönəmlərindən biri hesab edilir. 44 günlük müharibə dövrü ərzində Ali Baş Komandan Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək, xalqın uzunmüddətli həsrətinə son qoymuşdur. Rəşadətli Azərbaycan Ordusunun Prezident İlham Əliyevin mükəmməl hərbi strategiyasının nəticəsi olan bu Şanlı Qələbəsinin mənəvi töhvəsi olan ruh yüksəkliyi Azərbaycan cəmiyyətində xalqın özgüvəninin yüksəlməsi, qamətinin dikəlməsi, onun qalib obrazı və xarakterinin formalaşması üçün müstəsna rol oynamışdır. Bu gün müasir Azərbaycan dövlətinin memarı, xalqının və dövlətinin müstəqilliyi naminə böyük işlər görmüş, ürəyi daima xalqın səadəti uğrunda döyünən Ulu Öndər Heydər Əliyevin Ruhu əlbəttə ki, şaddır. Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilmiş, Qarabağ əbədi azadlığına qovuşmuşdur. Bu Böyük Qələbə Ümummilli Liderin möhtəşəm siyasətinin layiqli davamı olmaqla onun əbədiliyini bir daha sübut edir.

Tarixi zəfərlə başa çatmış Vətən müharibəsində Qarabağın Ermənistanın 30 illik işğalından azad edilməsi Ulu Öndər Heydər Əliyevin sadiq davamçısı, böyük sərkərdəlik məharətinə, güclü iradəyə, qətiyyətli əzmə malik Ali Baş komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi rəşadətli qələbələrlə yanaşı həm də diplomatiya meydanında da müvəffəqiyyətli zəfərlərlə şərtlənir. Başqa sözlə, İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər hərbi-diplomatik qələbə kimi tarixdə qalacaqdır. Ümummilli Liderin layiqli davamçısı və ardıcılı olan İlham Əliyev həm Ata vəsiyyətini yerinə yetirmiş övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Qədirbilən xalqımız öz Ümumbəşər Lideri Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur və onu hər zaman böyük ehtiramla yad edir!

Quliyeva Şəfa Tofiq qızı

İqtisad elmlər doktoru, professor

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Dekabr 2024 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see231

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see188

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see168

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see141

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see135

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see134

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see128

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri