Icma.az
close
up
RU
EBRD ASCO ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına dəstək göstərəcək FOTOLAR

EBRD ASCO ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına dəstək göstərəcək FOTOLAR

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iqlim riskləri və imkanlarını müzakirə edib. SİA ASCO-ya istinadən xəbər verir ki, müzakirələr İqlimlə Əlaqəli Korporativ İdarəetmə (Climate related Corporate Governance system - CCG) layihəsinə dair səhmdar cəmiyyət və EBRD, həmçinin layihə üzrə məsləhətçi xidməti təqdim edən “Ernst&Young” (EY) şirkətinin nümayəndələri arasında aparılıb.

Məlumata əsasən, görüş zamanı layihə çərçivəsində aparılmış qiymətləndirmənin nəticələri, iqlimlə bağlı tələblərin ASCO-nun fəaliyyətinə mümkün təsirləri, eləcə də iqlim riskləri və imkanları müzakirə edilib. Həmçinin görüşdə iqlimlə əlaqəli idarəetmə tədbirləri, davamlı maliyyələşdirmə üzrə yol xəritəsinə dair ətraflı məlumat təqdim olunub.

Bundan başqa, görüşdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) S1 (Davamlılıqla əlaqədar Maliyyə Məlumatlarının Açıqlanması) və S2 (İqlimlə bağlı Açıqlamalar) standartlarının tələbləri və bu standartların gələcəkdə tətbiqi imkanları müzakirə edilib.

CCG layihəsi çərçivəsində EBRD ASCO-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına, şirkətin fəaliyyətinin Paris Sazişinin hədəflərinə uyğunlaşdırılmasına dəstək göstərəcək. Eyni zamanda, layihə Davamlılıqla Əlaqəli Maliyyələşdirmə Çərçivəsinin (SLFF) hazırlanmasını nəzərdə tutur ki, bu da ASCO-nun davamlılıqla əlaqəli kreditlər (SLL) və davamlılıqla əlaqəli istiqrazlar (SLB) əldə etməsinə imkan yaradacaq.

Qeyd edək ki, EBRD CCG təsisini yaradan ilk beynəlxalq maliyyə qurumudur. Bu layihə iqlim dəyişikliyinin təsirləri ilə bağlı qərar qəbuletmə, bu istiqamətdə məlumatların açıqlanması, idarəetmənin təkmilləşdirilməsi üçün AYİB-in tətbiq etdiyi qaydalar, təcrübələr və proseslər toplusudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Mart 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri