Əbu Dabidə adada yarım milyardlıq toy edəcəklər?
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur.
Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidən "ilin ən bahalı toyu" adlanan məclis cütlüyə 500 milyon rubla (10 milyon manatdan çox) başa gələcək.
Mərasimdə çıxış edəcək 26 ulduzun qonorarları, rayderləri və logistika xərcləri üçün 350 milyon rubldan çox vəsait ayrılacaq. Toyun oktyabrın 1-2-də "Al Maya Island & Resort" istirahət məkanında keçirilməsi planlaşdırılır. Qonaqların məkana qayıqlarla çatdırılması nəzərdə tutulur.
Sənətçilər Dubaydakı beşulduzlu “Le Royal Meridien” kurort hotelində yerləşdiriləcəklər. Proqramda Sergey Lazarev, “Tatu”, Valeri Leontyev, Basta, Stas Mixaylov, Lyubov Uspenskaya, İrina Alleqrova, “Leninqrad”, “Diskoteka Avariya”, “Mumiy Troll” və Yuri Antonovun çıxışları yer alır. Qriqori Leps həm ifaçı, həm də tədbirin aparıcısı olacaq. 250 milyon rubldan çox vəsait sənətçilərin qonorarlarına, təxminən 50 milyon rubl rayderlərə, daha 30 milyon rubl isə uçuş və transfer xərclərinə sərf olunacaq.
Nəşrin məlumatına görə, özəl adanın toy üçün hazırlanmasına təxminən üç gün lazım olacaq. Büdcədə canlı güllər və dekorasiyalar üçün təxminən 50 milyon rubl, menyu və toy tortu üçün isə 20 milyon rubl nəzərdə tutulub.
Valentina "Super.ru"ya açıqlamasında yayılan iddialara münasibət bildirib:
"Hazırda heç bir toy planlaşdırılmır. Bəli, münasibətim var. Bu barədə dəfələrlə danışmışam. Bir neçə gün əvvəl də sevgilimlə video paylaşmışdım. Amma indiki zamanda 500 milyon rublluq toy xəbərlərini oxumaq, əlbəttə ki, gülməlidir".
Baxış sayı:86
Bu xəbər 19 Sentyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















