Icma.az
close
up
RU
Əbu Məhəmməd əlCulani: “Suriya Əfqanıstana çevrilməyəcək”

Əbu Məhəmməd əlCulani: “Suriya Əfqanıstana çevrilməyəcək”

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əfqanıstan qəbilə cəmiyyətidir, Suriyada fərqli mentalitet var”

“Suriya müharibədən tükənib. Qonşuları və ya Qərb üçün heç bir təhlükə yaratmır”. Bu sözləri Suriyanın faktiki lideri, “Həyat Təhrir əş-Şam” (HTŞ) lideri Əbu Məhəmməd əl-Culani kimi də tanınan Əhməd əl-Şaraa Dəməşqdə BBC-yə müsahibəsində deyib.

Culani Suriyaya qarşı sanksiyaların ləğv edilməsini istəyib.

O iki həftə əvvəl Bəşər Əsəd rejimini devirən ildırımsürətli hücuma rəhbərlik edib. Culani silahlı müxalifətin alyansındakı dominant qüvvə olan HTŞ-nin lideridir.

Culani müsahibəsində HTŞ-nin terror təşkilatları siyahısından çıxarılmasının lazım olduğunu bildirib. Qrup bu siyahıya BMT, ABŞ, Aİ, Böyük Britaniya, Rusiya və bir çox başqa ölkələr tərəfindən daxil edilib - HTŞ 2016-cı ildə “əl-Qaidə”dən qoparaq fəaliyyətə başlayıb.

Əhməd əş-Şaraa bildirib ki, HTŞ terror qruplaşması deyil. Onun sözlərinə görə, onlar mülki əhaliyə və mülki ərazilərə hücum etməyiblər. Əslində onlar özlərini Əsəd rejiminin cinayətlərinin qurbanı hesab edirlər. Üsyançı liderin sözlərinə görə, qurbanlarla təcavüzkarlarla edildiyi kimi, eyni rəftar edilə bilməz.

Əl-Şaraa Suriyanı Əfqanıstana bənzər bir ölkəyə çevirmək istədiyi barədə fikirləri rədd edir. O bildirib ki, bu ölkələr çox fərqlidir, fərqli ənənələrə malikdir: “Əfqanıstan qəbilə cəmiyyətidir, Suriyada fərqli mentalitet var. Xüsusilə, qadınların təhsilinə ehtiyac olduğuna inanıram”.

“İdlibdə universitetlər səkkiz ildən çoxdur fəaliyyət göstərir. Düşünürəm ki, bu universitetlərdə qadınların nisbəti 60 faizdən çoxdur", Culani qeyd edib.

Suriyada spirtli içkilərə icazə verilib-verilməyəcəyi ilə bağlı suala o, belə cavab verib: “Bir çox şeylər var ki, onlar haqqında danışa bilmirəm. Çünki onlar hüquqi məsələlərdir”.

Əl-Şaraa əlavə edib ki, Suriyada yeni konstitusiya layihəsi hazırlamaq üçün hüquq alimlərindən ibarət komitə yaradılacaq: “Onlar qərar verəcəklər. İstənilən hökumət rəhbəri və ya prezident qanuna riayət etməli olacaq”.

Müsahibə boyu mülki geyimdə olan müxalif lider rahat görünüb və qrupunun ekstremist keçmişindən ayrılmadığına inananları arxayınlaşdırmağa çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri