Icma.az
close
up
RU
Əbülfəz Elçibəyi tərəfdaşları daşladı, Əkrəm Əylislini də qələmdaşları: Orxan Saffari yazır...

Əbülfəz Elçibəyi tərəfdaşları daşladı, Əkrəm Əylislini də qələmdaşları: Orxan Saffari yazır...

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ədəbiyyatın ən ləyaqətsiz münasibətlərini görən tək yazıçı, çox yəqin, Əkrəm Əylislidir.

Məhz əsərə görə onun qədər tənqid və təhqir hədəfinə tuş gələn ikinci bir yazıçı yoxdur. Amma bu tənqid və təhqirlərdə nə dərəcədə haqq payı var?

Pafosun anası ilə gizli eşq yaşayan “vətənpərvər fahişələr” ona qarşı əmin iddialarla “Vətən xaini”, “Satqın” deməkdən heç vədə çəkinmədilər. Bu, əlbəttə, əxlaqsızlığın son həddi idi.

Əgər doğrudan da Əkrəm Əylisli “vətən xaini”, “satqın olsaydı”, Azərbaycan hakimiyyəti ona bu maddə ilə hələ “Daş yuxular” əsəri çap olunarkən cinayət işi qaldırardı. Yəqin, hər kəs dövlətdən çox bilir-yazıçının “vətən xaini” olduğuna dair əllərində “sübut” var.

Görünür, Əbülfəz Elçibəydən sonra Əkrəm Əylisli də zamanla “çörək verən” kişiyə çevrildi.

Müəyyən adamlar müəyyən zamanlarda ona qarşı olaraq arvad-uşağa yemək də apardılar.

Bir sözlə, Əbülfəz bəyi tərəfdaşları daşlamışdı, Əkrəm Əylislini də qələmdaşları.

Ona qarşı olan vətənpərvər mövqelərin demək olar, hamısı kimlərinsə gözünə girməyə hesablanan mövqe idi, hələ də elədir. Yəni, “mən çıxdaş olunan bu yazıçını bəyənmirəm, milli maraqlarımıza xidmət edirəm.” mesajı.

Bunu müəyyən etmək üçün o adamların kimliyinə, nə işlə məşğul olduğuna baxmaq kifayət edir.

“Nobel almaq üçün erməniləri təriflədi”, “Ermənipərəstdir” kimi iddialar boş, mənasız, əksərən də əxlaqsız intonasiyadır.

Ona görə yox ki, Əkrəm Əylisli həqiqətləri yazmışdı. Heç kim də demir, o, düz deyirdi. Lap belə səhv etmişdi. Amma bu cür münasibət doğru idimi?

Görünür, propaqandaya uyub, təxribatların səmimi köləsinə çevrilib bunca əxlaqsızlıq etməyə də gərək yox idi.

Söz yox, “Daş yuxular” romanı Azərbaycan oxucusunun oxuduğu roman ola bilmədi, hələ uzun müddət də ola bilməyəcək.

Azərbaycan xalqının Əkrəm Əylisliyə nifrəti isə qondarmadır. Bu nifrəti ona deyiblər, özündə yaranmayıb. Elə bir vaxtlar onu “Daş yuxular” romanına görə söyməyə, döyməyə gələn adamların heç biri o romanı oxumamışdı.

Əlbəttə, gün gələcək, Azərbaycan və Ermənistan arasında mütləq şəkildə sülh imzalanacaq. Üstəgəl, səmimi və sifarişli olmaqla məhz bu barışıq naminə yazılar, şeirlər, romanlar yazılacaq. İctimai-siyasi adamlar xalqların dostluğundan tribunalarda tər tökəcək.

Nədir, bəlkə kimlərsə daimi düşmənçilik düşünür? Bax məhz onda, bu proseslər başlayanda da, ortasında da, bitəndə də Əkrəm Əylisliyə vətən xaini deyən yazıçılar, şairlər utanmalı, ruhları narahat olmalı, daha dəqiq, ölüb yerə girməlidirlər.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri