ECB rəsmisi iyun ayında faiz dərəcəsinin artırılmasını gözləyir
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ECB rəsmisi iyun ayında faiz dərəcəsinin artırılmasını gözləyir.
Banco.az xəbər verir ki, Belçika Mərkəzi Bankının rəhbəri “Bloomberg” televiziyasına verdiyi müsahibədə bildirib ki, münaqişə Avropa Mərkəzi Bankını (ECB) yenidən inflyasiya probleminin başlanğıc mərhələsinə qaytarıb. ECB rəsmisi bu il faiz dərəcələrinin hər biri 0,25 faiz bəndi olmaqla üç dəfə artırılması ilə bağlı gözləntiləri “məqbul” adlandırıb.
Frankfurt şəhərində çıxışı zamanı Pyer Vunş deyib: “Əgər münaqişə iyun ayına qədər həll olunmasa, faiz artımı ehtimalının kifayət qədər yüksək olduğunu düşünürəm. Müəyyən məqamda reaksiya verməli olacağıq, çünki inflyasiya artıq 3 faiz səviyyəsindədir.”
Rəsmilər müharibənin yaratdığı qiymət təzyiqlərinin iqtisadi artıma mane olmasına baxmayaraq, daha yüksək faiz dərəcələrini zəruri edib-etmədiyini müəyyənləşdirməyə çalışırlar. Analitiklər və investorlar gələn ay bu istiqamətdə addım atılacağını gözləsələr də, bir çox siyasət müəyyənedicisinin hələ yekun qərar vermədiyi görünür.
Yüksək inflyasiya və zəif iqtisadiyyatla yanaşı, Avropa Mərkəzi Bankı ABŞ-nin İranla danışıqlarda irəliləyiş əldə edə bilməməsi və enerji qiymətlərinin hələ də yüksək qalması ilə bağlı narahatlıqların səbəb olduğu istiqraz satışlarını da nəzərə almağa məcburdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 20 May 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















