Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Əcnəbi dillər AZƏRBAYCAN DİLİnə təhdiddirmi? Ayyət Əhməd yazır

Əcnəbi dillər AZƏRBAYCAN DİLİnə təhdiddirmi? Ayyət Əhməd yazır

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda rusdilli, fransızdilli, türkdilli, ingilisdilli məktəblər bağlanmalıdırmı?

Bu, sanki "dejurnıy" mövzudur. Yazmağa mövzu olmayanda redaktorlar IP xatirinə ya Səməd Vurğunu xalq düşməni elan edən mövzular müəyyən edirlər, ya dil məsələsini qabardırlar, ya da Manaf Ayağyevin "Maybax"ından yazırlar. Açığı, açılan müzakirələrdə dişədəyər bir yanaşma, ağlabatan fikir, düşündürən fəlsəfi qat olmur. Bəzən söz yığınağı, bəzən qərəzli yanaşma, bəzən də naşı düşüncələrə rast gəlirsən.

Sualın cavabı nədir? Tələsməyin izah edirəm.

Gəlin, öncə dil və nitq anlayışını bir-birindən fərqləndirək. Dil nədir, nitq nədir? Dil beynimizdə formalaşmış bioloji, tarixi hadisədir. Milli yaddaşımıza həkk olunmuş, anadan, atadan keçmə bir instinkt və ya varlıqdır.

Nitq isə dildən istifadə bacarığıdır. Məsələn, kimsə Azərbaycan dilini bilir, amma bu dildə düşüncələrini səlis ifadə edə bilmir, bu, onun dil deyil, nitq problemidir. Digəri isə Azərbaycan dilini bilir və dildə düşüncələrini rəvan, səlis ifadə edə bilir. Bu, artıq onun nitq bacarığıdır.

Fransız dilçi alim Ferdinan dö Sossür dil, nitq və dil fəaliyyətini fərqləndirmək üçün üç fransız terminini - "la langue" (dil), "la parole"(nitq), le langage(nitq fəaliyyəti) terminlərini dilçiliyə daxil edib. F. dö Sössür insanın danışmaq qabiliyyətini, bacarığını bütövlükdə nitq fəaliyyəti (langage) adlandırır. Ümumi fenomen olan nitq fəaliyyəti daxilən dil (langue) və nitq (parole) deyə iki yerə ayrılır. Müəllif nitq aktını nitq hesab edir. Dil anlayışı (langue) ümumiyyətlə, dil fəaliyyəti anlayışı (langage) ilə uyğun gəlir. Nitq fəaliyyəti dilin yalnız müəyyən bir hissəsidir. İndi gələk, məsələnin əsas mustafasına.

Bəs biz hansı halda xarici dilləri öyrənməliyik? Əgər ailədə övlad valideynləri ilə ana dilində danışırsa, özünü biləndən, gözünü açandan bu dildə sözlər eşidibsə, ana laylasını Azərbaycan dilində eşidibsə, bu uşağın orta məktəbi hansı dildə oxuması fərq etmir. Bəli, iddia edəcəksiniz ki, xarici dil öyrənmək həm də başqa ölkənin ədəbiyyatı, mədəniyyətini əxz etməkdir. Bu, doğrudur, amma o qədər də təsiredici gücə malik deyil. Əgər ailə, cəmiyyət və media olaraq, öz mədəni irsimizi övladlarımıza təlqin edə bilməmişiksə, müqəssir bizik, burada xarici dilin günahı yoxdur.

Fakt:  Çox yaxın bir qohumun övladı rusdilli məktəbdə təhsil alır. Düşüncələrini Azərbaycan dilində tərtəmiz ifadə edir, rus dilində Azərbaycan tarixi və sivilizasiyasını öyrənir. Azərbaycan tarixi ilə bağlı çox da gözəl bilik və bilgilərə malikdir, bu informasiyaları rus və ingilis dillərində olduqca səlis şəkildə ifadə edir. Yəni bir debata çıxsa, bu dillərdə səlis və rəvan nitqi ilə tutarlı cavablar verə biləcək səviyyədədir. Üstəlik, Azərbaycan dili dərslərini də əla oxuyur və qrammatik qaydaları mükəmməl şəkildə əxz edir. Bu məqamda Azərbaycan dilinə zərrə də təhlükə yoxdur. Ona görə ki, uşaq dil deyil, nitq bacarığını dəyişib. Dil olaraq, Azərbaycan dili ona genetik kodlarla ötürülüb və öz ana dilimizdə hər gün danışır, təhsilini də alır. Sadəcə nitq bacarığından istifadə edib, düşüncələrini rus dilində ifadə edir. İnanıram ki, bura qədər aydındır.

Bəs Azərbaycan dilinə təhlükə hansı məqamda yara bilər? Əgər bir azərbaycanlı ailəsində valideynlər gündəlik məişət dilində, öz doğma dili deyil, rus, fransız və başqa dilləri istifadə edərsə, uşağın qulaq yaddaşı o dildə olan sözlərlə dolarsa, daha sonra təhsilə də bu dildə başlayarsa, onda "Kərəmi ağlamaq tutur". O uşaq birmənalı "şikəst" olur. Müzəffər Azərbaycanda bütün sənədləşmələr, rəsmi üslubda, ana dilimizdə həyata keçirilir. Belə olan halda bu uşaq böyüyüb ölkəmizdə mütəxəssis olarsa, sənədləşmələrdə və gündəlik müzakirələrdə "lal- kar" qalacaq. Odur ki, hər bir millət üçün öncə öz ana dili ailəsində, ocağında aparıcı olmalıdır. Uşaq laylanı ana dilində eşitməlidir. Bir uşaq laylanı ana dilində eşidibsə, ona zaval yoxdur.

P.S. Təxminən 3 il olar, xarici ölkələrin birindəki Azərbaycan səfirliyində çalışan bir müəllim mənimlə əlaqə saxladı. Ki, uşağıma onlayn fransız dili öyrədin. Onu da əlavə etdi ki, övladı 5 dil bilir, fransız dilini də öyrənmək istəyir. Siz öyrədin hörmətiniz nədir, necədir edəcəyəm. Sual etdim ki Azərbaycan dilini bilirmi? Cavab məyusedici oldu: Xeyr! Dedim onda "va-t-en!"- yumşaq tərcümə etsək: get…

Öz dilinə hörmət etməyənin mənə hörmət etməsi olmaz olsun! Bax, yanaşmam belədir! Xarici dil bilmək vacibdir, amma Ana dilini bilməkdən vacib və zəruri deyil!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri