Icma.az
close
up
RU
Səmədin SƏSİ Əlisanın KÜYünü, külə çevirdi... Ayyət Əhməd yazır

Səmədin SƏSİ Əlisanın KÜYünü, külə çevirdi... Ayyət Əhməd yazır

Icma.az, Bakivaxti-ə istinadən məlumat verir Səmədin SƏSİ Əlisanın KÜYünü, külə çevirdi... Ayyət Əhməd yazır.

Neçə gündür, Səməd Vurğun dillərə dastandır. Hal-qəziyyə belədir ki, bir Əlisa Nicat Səməd Vurğun zirvəsinə daş atıb, o daş da heç boyundan yuxarı qalxmayıb və düşüb öz ayağına.

Bunun belə olacağı əvvəlcədən məlum idi. Ona görə ki, bu xalqın təhtəlşüurunda formalaşdırdığı dəyərlər sisteminə “mina” qoyaraq, partladıb, genetik kodlarla ötürülən bağları qoparmaq sadə və mümkün proses deyil.

Maraqlı olan bilirsiniz nədir? Niyə məhz indi, niyə məhz Səməd Vurğun? Cavab aydındı, çünki o, zirvədədir və həyatda olmasa belə, diri olan Əlisa Nicatdan daha çox bar, bəhrə verir. Bar verən ağaca daş atan çox olur axı. Amma ömrünün ahıl, saçının çal, başının şal yaşında olan Əlisa Nicat Vurğun zirvəsinə daş atanda 10, 100, 1000 dəfə düşünməli idi... Ədəbiyyat adamı, filosof (belə deyirlər) olmağını qoydum bir kənara. Köhnəlməyən kişilər ölənin arxasınca danışmırlar axı, Əlisa Nicat! Bir dəfə də olsun şahidi olmadım ki, Ə.Nicat S.Vurğunun övladları -Vaqif və Yusif Səmədoğlular həyatda olanda onların atalarının arxasınca “məddah” desin. Deyə bilməzdi.

Ə.Nicatla bağlı yazılan məqalələri oxuduqca şahidi oldum ki, adamın işi-peşəsi mərhumların qarasınca deyinmək olub. Əslində kimlərinsə arxasınca söylənmək Ə.Nicatın şəxsiyyət olaraq da yerinin, mövqeyinin daim arxada olmasının aydın təcallasıdır. Yəni, adam həmişə arxalarda olub.

Yox, yanlış anlaşılmasın, S.Vurğunu bütə çevirməyin tərəfdarı deyiləm. Onun əsərlərinin sənətkarlıq baxımından müzakirəsi və ya tənqid edilməsinin lehinəyəm, amma həyatda olmadığı üçün cavab verə bilməyəcək şəxsi “məddah” adlandıraraq, şəxsiyyətini alçaltmağa cəhd göstərmək yumşaq desək, marazm əlamətidir.

Əlisa Nicat, Səməd Vurğun dünyasını dəyişəndə sizin 20 yaşınız olub. Bəs niyə bu illər ərzində rejim əleyhinə şeirlər yazıb, “qəhrəmanlıq eşqi”nə düşmürdünüz? İndi ərgən yaşlı gənc kimi parlamağa, önə çıxmağa həvəs göstərən Ə.Nicatın qulağına pıçıldamaq lazımdır ki, daha qatar gedib. Bu proseslərdə xoşagələn hal odur ki, Səməd Vurğunu dəstəkləyənlərin sayı küyə düşüb, onu tənqid, hətta təhqir edənlərdən daha çoxdur. Çünki xalq öz dəyərini qorumağa məhkumdur.

Müzakirələrdən məlum oldu ki, bu mövzuda iki tərəf var. Faktlarla danışan, prosesləri dövrün, quruluşun pəncərəsindən boylanıb, rejimin tələblərini düzgün qiymətləndirib, Səməd Vurğuna layiq olduğu dəyəri verən SƏSlər, bir də “Əlisa Nicatın mərəz və qərəz dolu iddiasına qoşulub, KÜYə çevrilənlər. Tarix, zaman isə həmişə səsi yaşadır, küylər elə kara qaval, kora güzgü, lala mikrofon verib, özlərini külə döndərməklə məşğul olur və tarixin əsərinə deyil, toz basmış maklaturasına çevrilirlər. Təəssüf ki, Ə. Nicat da öz yerini, mövqeyini bu cür müəyyən edib. O deyib: “1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular. Sürgün edəcəkdilər. O vaxt hamıya yalandan "xalq düşməni" adı vururdular. Çünki Moskvadan verilən "planı" doldurmaq lazım idi. Yoxsa, Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb.

Bütün yer üzünün xoş gələcəyi

Hər zövqü, səfası partiyamızdır".

Bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar”.

Məncə, Ə.Nicatın məlum ziddiyyətli fikri arif oxucularda bu fiflosof haqqında müəyyən rəy formalaşdıracaq. Adam bir tərəfdən S.Vurğunun həbsindən bəhs edir, digər yandan onun yaltaq olduğunu iddia edir. Məntiqi eynəklə axtardım, yenə  tapmadım. O, hələ də dərk etmir ki, müdrik adamlar düşdükləri çətinliklərdə boğulub, qalmırlar, oradan çıxış yolu axtarırlar. Səməd Vurğun da başını başısızlardan qorumaq, özünü sabun çəkilmiş ölüm kəndirindən xilas etmək üçün çıxış yolu axtarırdı və onu da bu cür şeirlərdə tapdı. Əlisa Nicat, həyatınızda 10 şirinin xatirinə bir acı yeməmisinizmi? Kiməsə sosial şəraitinin ağırlığından dolayı üstdən aşağı intonasiya ilə yanaşmaq həyat kredoma yad yanaşma və anlayışdır, ancaq məsələ özünü cəmiyyətdə “cəsarət mücəssəməsi” kimi qələmə verməkdən gedirsə, burada yalanın şah damarını doğrayıb, həqiqəti üzə çıxarmaq zəruridir, hətta məcburidir.

Əlisa Nicat, Səməd Vurğun özünü Mircəfər Bağırovun ölüm dəzgahından, “ət maşını”ndan xilas etmək üçün şeirlərə müraciət edirdi, amma siz günün-günorta çağı, soyuqdan xilas olmaq üçün xalqa səsləndiniz, qaz pulu, işıq pulu istədiniz. Bu müraciətlərin arasındakı faciəvi miqyasa diqqət edin. Özünüz soyuğa dözməyib, əzilirsiniz, əyilirsiniz, Səməd Vurğuna isə ölüm kəndirini rəva bilirsiniz? Ona görə deyiblər ki, böyük şəxsiyyətlər haqqında yalnız böyük şəxsiyyətlər obyektiv danışa bilərlər, əks təqdirdə palitra qarışır.

Əlisa Nicat, quruluşa, partiyaya, rəhbərə yazılan şeirə görə Səməd Vurğunu yaltaq, məddah hesab edirsinizsə, bu minvalla istedadlı və nakam şairimiz Mikayıl Müşfiqin də ünvanına yaltaq, məddah yarlığını yapışdıracaqsınız. Bilməmiş deyilsiniz ki, Mikayıl Müşfiq proletar ədəbiyyatı yaratmaq uğrunda gedən mübarizənin öz sıralarında dayanıb və M.Müşfiq “Duyğu yarpaqları” adlı şeirinin sonuncu bəndində yazır:

Nə bir həsrətim var, nə bir qəmim var,

Dostlarım bilir ki, nə aləmim var,

Stalin əslinə ithaf etməyə,

Bir şair ürəyim, bir qələmim var.

Bundan başqa, iddia edirlər ki, Səməd Vurğun Stalinə “Atam” deyib. Amma Mikayıl Müşfiq Stalin haqqında qələmə alıb: “Mən kiməm o böyük Leninin oğlu”. Bu da M.Müşfiqin misrasıdır. Ə.Nicat məntiqi ilə M.Müşfiqi də məddah adlandırmalıyıq. Mənsə, Əlisa Nicatdan fərqli olaraq, M.Müşfiqi bu misralarına görə məhşər ayağına çəkməkdən uzağam. Adam bu misraları ilə özünü xilas edib, hələ neçə dənə

Oxu tar, oxu tar,

Səni kim unudar

yazacaqdı. Ümumlikdə isə Səməd Vurğuna qarşı mübarizədə M.Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad “kartı”ndan istifadə faktsızlığın, kəmfürsətliyin və ədəbi fəhmsizliyin təcallasıdır.

Xoşbəxtlikdən Əlisa Nicat özü Sənəd Vurğunun həbs olunduğunu yazır. Mən də burada yola çıxaraq, bir araşdırma etdim, Əlisa Nicatın bəh-bəhlə təriflədiyi Mircəfər Bağırov Səməd Vurğunu niyə həbs etmək istəyirdi və kim ona imkan vermədi? Faktlarla danışacağam, Əlisa Nicat, çünki faktın sənədin dili acı olur.

Oxuyaq:

Səməd Vurğun 1928-ci ildə başlayaraq 1953-cü ilə, yəni Stalin ölənə qədər təqib və təzyiqlərlə üzləşib. Sistemin Azərbaycandakı rəhbəri Mircəfər Bağırov S.Vurğunu izlətdirirdi. Mircəfər Bağırovun məhkəməsində 1953-cü ildən 1981-ci ilə qədər SSRİ-nin baş prokuroru olmuş Roman Rudenko ona sual ünvanlayıb ki, niyə Səməd Vurğunu, böyük bir şairi qətlə yetirmək istəmisən? M.Bağırovun özünün bu suala dair rəsmi izahatı var. M.Bağırov izahatında deyir: “1935-1939-cu illərdə millətçi şairlərə qarşı mübarizə aparılanda Səməd Vurğunla da bağlı çoxlu donoslar var idi. Onun şeirlərində millətçilik və türkçlük ruhu üstünlük təşkil edirdi, amma istedadlı şair olduğuna görə Stalinin sankisiyası onu həbs və cəzadan xilas etdi”. Bu, Mircəfər Bağırovun rəsmi izahatıdır. M.Bağırovun bu izahatı Moskvadan, arxivdən gətirilmiş sənəddir, bu sənəd çap olunub. Bəzən Səməd Vurğunu anti-milli şair olmaqda günahlandırırlar, amma  anlamaq lazımdır ki, “Azərbaycan” şeiri həmin dövrdə, elə indi də Azərbaycançılıq ideologiyasının poetik düsturu idi, düsturudur.  Azərbaycançılıq mövzusunda yazılan ən nümunəvi şeirdir. Ulu Öndər, ümumilli lider Heydər Əliyevin məhz “Azərbaycan” şeirini deyib, kövrəlməsi də Səməd Vurğunun nə qədər milli şair olmasının aydın təzahürüdür.

Eyni zamanada həmin izahatda M.Bağırov vurğulayır: “Günlərin birində Səməd Vurğun mənə dedi ki, Hüseyn Cavid və Abbaszadə Şərifzadəni xilas etmək mümkündürmü?  Onun bu müraciətindən sonra Səməd Vurğunu daha ciddi şəkildə tənqid və təqib etdim”. Bundan başqa qeyd edək ki, 1930, 1940, hətta 1960-cı illərdə yazılan məqalələrdə Səməd Vurğun türk şairləri- Əbdül Həkamid, Tofiq Fikrət, Namik Kamal və başqa şairlərdən təsirlənməkdə və pantürkist olmaqda ittiham olunurdu. Çox qəribədir, Səməd Vurğun yaşadığı dövrdə pantürkist və millətçi şair olaraq təqib edilib, indi onun mədhiyyəçi şair olduğu iddia olunur. Ümumilikdə Səməd Vurğunun Hüseyn Cavidə isti münasibəti olub. 1926-cı ildə Səməd Vurğun “Sızıltılarım” adlı şeiri H.Cavidə ithaf edib. Görkəmli partiya və dövlət xadimi, keçmiş baş prokuror İlyas İsmayılov yazıb: “Hələ Azərbaycanın Respublika Prokroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şaiyələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər. Səməd Vurğun dahi şair olmaqla bərabər həm də böyük vətəndaş idi. O, bir çox kimsəsiz insanlara bacardığı qədər kömək etmiş, hətta qardaşaına yazdığı məktublardan birində özünü əzilənlərin hamisi olduğunu və bunu əsrin bəbəyinə sancacağına and içmişdi. Müasirləri onda həqiqətən də bu xüsusiyyətlərin mövcud olduğunu bildirirlər. Qısacası, ölkəmizin görkəmli şəxsiyyətləri haqqında cəmiyyətimizdə yayılan bu cür informasiyaların heç bir əsası yoxdur və onların qəsdən yayıldığını, tarixi şüurumuza zərbə vurmaq məqsədilə daşıdığını, əsli olmayan bir millət olduğumuza bizi inandırmaq məqsədi güddüyünü düşünürəm. Belə zərərli fikirləri ifadə edərkən hər kəsi ehtiyatlı olmağa çağırıram".

Hətta 1937-ci ilin aprelində S.Vurğunun Yazıçılar İttifaqının katibliyindən çıxarılmasının əsas səbəbi Hüseyn Cavid və Mikayıl Müşfiqi qanadının altına alması olub. Buna dair həmin dövr mətbuatında kifayət qədər məqalə yer alıb. O dövrün mətbuatını vərəqləmək bəs edər ki, aydın təsəvvür yaransın. 1937-ci lin sentyabrında Səməd Vurğun Yazıçılar İttifaqının katibliyindən çıxarılır, SSRİ Yazıçılar ittifaqının idarə heyətinin üzvü olduğuna görə Moskvada onun şəxsi məsələsinə baxılır, iyunda isə M.Müşfiq və H.Cavid artıq tutulmuşdu. Bu barədə Cəlal Qasımovun “Repressiyadan deportasiyaya” adlı kitabı var. Kitabda qeyd olunur ki, S.Vurğun iki dəfə həbs olunub. Hətta Vaqif Səmədoğlu müsahibəsində bildirib ki, Səməd Vurğunun ailəsinin Qazaxıstanın hansı vilayətinə sürgün ediləcəyi artıq məlum idi. 1918-ci ildə Qori müəllimlər seminariyasına daxil olan Səməd Vurğun Seminariyada keçirilən tədbirlərdə həmişə türk şairlərinin şeirlərinə mürsciət edib. Seyfulla Şamilov Səməd Vurğunla tələbə yoldaşı olub və onunla bağlı xatirələrində yazır ki, Səməd Vurğun türk şairlərindən şeirlər səsləndirdiyi üçün daim təqib və təzyiqlərə məruz qalırdı. Əslində repressiya 1920-ci ildən etibarən başlayıb,Səməd Vurğun 1934-cü ildə qələmə alıb:

Üzərimdə qara-qara ilan başlı buludlar var

Gərir sinəm hücumlara ayğır dalınca toz qoparır

1935-də yazıb:

Döyür pəncərəmi qışın rüzgarı

Vaxtsız olümmüdür, üstümə gələn

Çəkilsin gecənin qaranlıqları

Ömrə son sözümü deməmişəm mən 

Səməd Vurğunu yaxşı oxumaq lazımdır. Onun “Komsomol” poemasında belə bir fikir yer alıb:

“İnəklərin yad əllərdə sağılır, Gəray bəy!”

 Bunun özü etiraz idi. Yəni şair demək istəyirdi ki, ölkəmizi yad adamlar sağıllar.

Həmin dövrün qəzetlərini vərəqləmək yetir ki, Səməd Vurğun 1928-ci ildən 1953-cü ilə qədər təqib və repressiyaya məruz qalmasının şahidi olaq. Məhz bu təzyiqlər nəticəsində 1955-ci ildə də ağır xəstəliyə tutulub və 1956-cı ildə dünyasını dəyişib. Onun vaxtsız ölümündə bu təqib və təzyiqlər mənfi mənada böyük rol oynadı.

Sonda qeyd edim ki, bütün şairlər özlərini misraları ilə müdafiə ediblər:

Səməd Vurğun deyib:

Ağılsız köpəklər ulduza hürər.

Bu misrası ilə S.Vurğun özünün ulduz kimi daim zirvədə olacağını, xalqın, millətin qaranlıq gecələrində ulduz kimi parlayıb, onların mənəvi, ədəbi-bədii həyatlarına işıq saçacağını bilirdi.  Bir sözlə, Səməd Vurğun ədəbiyyat karvanını ucalara uğurlayan ulduzdur. Ulduz isə nə ləkə tutur, nə də palçıq.

Bəs Əlisa Nicat kimdir?

Yazıçı Anar Ə.Nicat haqqında:

“Əlisa Nicat mənim atam Rəsul Rza haqqında da ağzına gələni danışırdı, ona şər atırdı. Halbuki sağlığında atamın yanından əl çəkmirdi, ətrafında fırlanırdı. Həmin Əlisadır. İndi də Səməd Vurğunu şərləyir. Əlisa Nicata 1 il təqaüd verdik. Ona görə də Yazıçılar Birliyini söyür. Bu da nanəcibliyin nümunəsidir. Əvvəlcə gəlib yalvarırlar, deyirlər, ehtiyacım var və s. Sonra da məlum olur ki, ehtiyacları da yoxdur. Tonlarla kitablarını nəşr edirlər. Əlisa təqaüdü alandan sonra deyir ki, Yazıçılar İttifaqı lazımsızdır. Əgər lazımsızdırsa, gəl üzvlükdən çıx da”.

Jurnalist Aydın Can qeyd edib:

Yaltaq Əlisa Nicatın özüdür – İsa Məmmədova (İsa Məmmədov 1970-1981-ci illərdə Lənkəran Şəhər Komitəsinin birinci katibi olub) qulluğu və QULluğu ilə!

İsa Məmmədov – o dövrün Şir Ürəkli Riçardın icra başçıları kimi, birinci özü yatağından keçirdib ərə verdiyi qızların ərinə vəzifə verəndə bu Əlisa Nicat neyləyirdi? İsa Məmmədovu güllələməyə cəhd etmişdi, yoxsa ona şam tutanlardan biri idi?

Lerikdən gəlib yaşadığı Lənkəranda hansı prinsiplə yaşayırdı: lənkəranlılara qarşı İsa Məmmədov etnogenosidinə qarşı çıxırdı, yoxsa hətta qohumlarını da yaxın buraxmırdı, onların yaralı barmağına ilkin tibbi yardım göstərmirdi ki, mən “ağa nökəri olan” filosofam? Belə bir adamın haqqımı var kimisə yaltaqlıqda ittiham edə? İngilis şairənin “cavansınız, amma saçlarınız ağarıb” sarkazmına Səməd Vurğun Londonda cavab vermişdi: Uca dağların başı həmişə qarlı olur! Səməd Vurğun Azərbaycan poeziyasının uca dağı da deyil e, o dağın başındakı qardır: əbədi əriməz!

Əziz oxucular, bax budur, Səməd Vurğun zirvəsi və Əlisa Nicat çökəkliyi arasındakı məsafə...

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:24
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şolts: Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir

10 Fevral 2025 07:45see135

Emin Hüseynovun dövlətə olan borcu artdı

10 Fevral 2025 09:06see131

Bu gün hansı bürcün bəxti gətirəcək?

10 Fevral 2025 08:11see123

Transformatora girən meymun bütün ölkənin elektrik enerjisini kəsib

10 Fevral 2025 08:20see120

“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO

10 Fevral 2025 15:13see115

Kosmosdan qayıtmayanlar: Tarixin dönüşü olmayan səfərləri

10 Fevral 2025 08:44see113

XİN: Nikolay Valuyevin Azərbaycana qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir

10 Fevral 2025 14:45see112

Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? SORĞU

10 Fevral 2025 18:03see110

Suğra Bağırovadan ETİRAF: “Bu, mənə Allahın ən böyük hədiyyəsidir”

10 Fevral 2025 14:20see110

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see109

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see109

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see109

Vüqar Əsədli: Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi

10 Fevral 2025 18:01see109

Tramp bu rüsumları da kəskin artırır

10 Fevral 2025 14:40see108

Tramp: Putinlə geniş söhbətimiz olacaq

10 Fevral 2025 14:26see108

İlon Mask TikTok u alacağına dair iddialara cavab verib

10 Fevral 2025 08:18see108

Meymun ölkədə kütləvi elektrik kəsilməsinə səbəb olub

10 Fevral 2025 07:01see108

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see107

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see107

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri