Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan təhsil sistemi yeni dizaynda… Ayyət Əhməd yazır

Azərbaycan təhsil sistemi yeni dizaynda… Ayyət Əhməd yazır

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin maaşının iş saatına görə hesablanmasına dair açıqlaması son günlərin ciddi müzakirə predmetinə çevrilib. Rəylər, yanaşmalar müxtəlifdir.

Hesab edirəm ki, Əmrullayev də məhz bu fərqli yanaşmaları, fikir müxtəlifliyini müşahidə etmək, onların içərisindən ən faydalı olanları seçib, yeni islahat paketinə əlavə etmək niyyəti ilə məsələni cəmiyyətin, elm və təhsil cameəsinin müzakirəsinə buraxıb, nəbzləri yoxlayır. Əslində bu, belə də olmalıdır, ona görə ki təhsil kollektiv şüurdur və bu gün yol verilən bir yanlışlıq, sabah cəmiyyətin hansısa bir sahəsində ciddi boşluqlar yarada bilər. Bu mənada nazirin addımını alqışlayır və dəstəkləyirəm. Amma əmma da olmamış deyil.

Nədir bu əmma?

Mütəmadi olaraq bütün sosial platformları izləyirəm, bu mövzuya dair “dişə dəyər” bir təklifə rast gəlmirəm. Əksinə bəzi qüvvələrin qızışdırıcı ladda paylaşılan postları sadəcə ürək bulandırır.  “Filan saylı məktəbin damı sızır”, “filan məktəbdə sanuzelin qapısı sınıb” kimi mahiyyətdən kənar rəylər yazırlar. Azərbaycan təhsil sisteminə bəzən üstdən aşağı intonasiya ilə yanaşırlar. Bəzən sarkazm, bəzən çoxdan gülünüb qurtarılmış məsxərə janrı ilə fikir yürütməyə çalışırlar. Amma yürüdə bilmirlər, çünki həqiqət olmayan, fakta, fundamental elmə və beynəlxalq təcrübəyə söykənməyən fikir yürüyə bilmir, yarıyolda havaya sovrulur.  Sabun köpüyü misalı. Axı ortaya qoyulan fikrin, təklifin siqləti olmalıdır. Bu siqlət yoxdursa, yerdə qalan sadəcə söz yığını olacaq. Şübhəsiz ki, təhsil emosiya və hisslərdən ibarət söz yığını, hövlnak, eləcə də darqursaq yanaşma deyil, soyuq və dəmir məntiqin işidir.

İslahat paketində qarşı səsləndirilən əks-arqument budur: Niyə müəllim, məktəbdə 8 saaat qalmalıdır?

Gəlin, səmimi olaq! Hər birimiz hansısa özəl və ya dövlət müəssisəsində çalışırıq. Bir dərzi, fermer, rəngsaz, mühəndis və həkimin gündə 8 saat işləməsi mübah sayılır, amma olduqca strateji missiya ilə məşğul olan, ölkənin kadr bazasını formalaşdıran, dövlətin gələcəyini yetişdirən müəllimlər 8 saat işləyəndə, bu, günah hesab olunur?! Əlbəttə, bu, ritorik sualdır. Yəni cavab sualın öz canında var. 

Bundan başqa,  Elm və Təhsil Nazirliyinin ortaya qoyduğu konsepsiyanı müxtəlif anlaşılmaz məcralara yozanlar çox oldu, olur. Bir sözlə, “hər kəs düşündüyü, düşüncəsi boydadır” söyləmi bu mənada öz təzahürünü tapır.  Emin Əmrullayev isə ictimaiyyətdən gələn təpkiləri təmkinlə axıra qədər dinləyib, sonda İTV-nin “Diqqət Mərkəzi”ndə diqqətləri təhsilin mərkəzinə çəkə bildi.

Öncə bir qələm adamı, yazar, müəllim və ən əsası vətəndaş olaraq, cənab nazirə minnətdaralığımı ifadə edirəm ki, heç bir sualdan qaçmır, zərurət yarandığı anda medianın önünə çıxıb, yaxşını da, pisi də, təqdiri də, tənqidi də dilə gətirir. Hesab edirəm ki, bu, hesabatlılığın və şəffaf çalışmanın ən bariz təcallası və presedentidir.

Keçək mətləbə…

Sirr deyil ki, nazir İTV-də rəqəmlərin və onların bəxş etdiyi faktların dili ilə danışdı. Təhsil sistemi və pedaqoji işin yenidən dizayn edilməsinə dair konsepsiyanın “kodları”nı açdı:ETN-nin təhsil strategiyasını təqdim etdi:

1. Təhsilin keyfiyyətinin artırılması

2. Müəllim peşəsinin nüfuzunun artırılması və təhsilverənin rifahının yüksəldilməsi

3. Tədris və öyrənmə mühitinin yaxşılaşdırılması.

Gəlin, nazirin ortaya qoyduğu tezislərə diqqət edək.

Nazirlik təhsilin keyfiyyətinin artırılması üçün bu illər ərzində nələr edib?

Nazirliyin bu istiqamətdə həyata keçirdiyi ilk yenilik müəllimlərin diaqnostik qiymətləndirilməsinin tətbiqidir. Bu halda müəllimlərin həftəlik dərs yükü norması 12 saatdan 18 saat yüksəldildi və aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırıldı. İkinci məsələ isə sertifikatlaşdırmanın tətbiqidir.

Sertifikatlaşdırma təhsil sistemimizə nələr bəxş etdi və nələr aldı?

Bu proses nəticəsində uğur qazanmış heyətin (təxminən 50 min müəllim) əmək haqqısına 10 faiz, yüksək nəticə əldə etmiş heyətin (təxminən 24 min müəllim) maaşına isə 35 faiz əlavə edildi. Prosesin ağrılı tərəfi isə bu oldu ki, hər iki cəhddən uğur qazana bilməyən 9 faiz, yəni 8 minə yaxın müəllim 0-29 bal arası topladığ üçün onların əmək müqaviləsinə xitam verildi. Əlbətttə, kimlərinsə işini itirməsi bizi sevindirmir və bu hal təəssüf doğurur. Onu da məxsusi vurğulayım ki, nazirlik həmin şəxsləri taleyin ümidinə buraxmadı. Onları tədris prosesindən uzaqlaşdırsa da, müəyyən şöbələrdə işlə təmin etdi. Əlbəttə, uzun illər özünü gəlişdirməyib, öz sahəsi, ixtisası, predmeti ilə bağlı “çöpü-çöp üstünə qoymayan” , təhsilə, tədrisə  “çörək yeri”,  pensiya fondu kimi yanaşan müəllimlərin o cür nəticə göstərəcəkləri məlum idi. Xatırladım ki, ilk cəhddən uğur qazana bilməyən müəllimlərə, ikinci dəfə şans verildi. Həmin müəllimlər yenə də lazımi nəticəni qazana bilmədilər. Deməli, ümmanda gedəcəyi yeri bilməyən gəmi kapitanına allah da yardımçı ola bilmir. Bu gün təhsilə “çörək yeri” kimi yanaşanlara “göz yumacağıqsa”, sabah kimlərinsə balalarının “intellektual kor”luğunu sakitcə seyr etməli olacağıq.

Baxın, şair, dramaturq Abbas Səhhətdən soruşublar: “Sən həkimsən, niyə  müəllimlik edirsən?” O, unikal cavab verib: “Mən millətin “intellektual korluğunu” müalicə edirəm”.

Nə qədər yerində verilmiş cavabdır. Təhsil bütün nəsnələrin, hətta çörəyin də fövqündə dayanmalıdır. Həm də anlamaq lazımdır ki, ölkədə Dövlət Sosial Müdafiə Fondu var və o  Fondda “Məşğulluq proqramı” mövcuddur. Ora müraciət etmək lazımdır. Təhsildə güzəşt vətənə xəyanətdən də ağır cinayətdir. Öz predmetini bilməyən müəllimi auditoriyaya buraxmaq ən böyük xənayət olardı və bunun qarşısı alınır, alınacaq. İxtisasını, peşəsini yaxşı əxz etməyən müəllimdən müsbət keyfiyyət gözləmək, suya yazı yaza bilmək kimidir. 

Sertifikatlaşdırmanın müsbət tərəflərinə diqqət edək!

Sertifikatlaşdırma ölkədə saxta diplomla fəaliyyət göstərən və ya ixtisasını yetərincə mənimsəyə bilməyən xeyli “müəllimi” üzə çıxardı. Əminliklə iddia edə bilərəm ki, 9 faiz müvəfəqqiyyət qazana bilməyən 8 minə yaxın müəllimin əksəriyyəti saxta diplomlular idi. Təsəvvür edirsiniz?! XXI əsrdə saxta diplomla müəllimlik etmək “iştaha”sında düşənlər var. Axı müəllim ev tikmir, yol çəkmir, tərəvəz yetişdirmir ki, deyəsən əyri tiksə söküb yenidən inşa edərik. Təhsil tərəvəz deyil ki, düşünək, bu il məhsul az oldu, növbəti il bol olacaq. Kişilər, müəllim vətəndaş yetişdirir. İstedadlı müəllimi olmayan cəmiyyət əssasız kor kimidir. Müəllimin yetişdirdiyi kadr və vətəndaşın hər biri ölkə, cəmiyyət və  dövlət quruculuğunda iştirak edir. Korafəhm, kəmfürsət müəllimin formlaşdırdığı vətəndaş şübhəsiz ki, kamil olmayacaq. Belə olan halda əziyyəti yenə dövlət çəkəcək. Bir sözlə təhsilin inkişafı, tədrisin keyfiyyəti bilavasitə müəllimin intellektual keyfiyyətindən asılıdır.

FAKT: Tanıdığım Nuriyə Qurbanova (ad, soyad şərtidir) adlı müəllim, saxta diplomla ibtidai sinif müəllimi kimi çalışırdı. Sertifikatlaşdırmanın hər iki cəhdindən 9 bal topladı və auditoriyalardan kənarlaşdırıldı. Öz ixtisasından 9 bal yığan müəllim, görün, indiyə kimi neçə şagirdi “ağ günə çıxarıb?!”

Sertifikatlaşdırma bu sayaq, onlarla, yüzlərlə faktı aşkarladı və o cür şəxslərin sinif otaqlarına burxalmamasını təmin etdi. Sual edirəm: “Bu, yaxşıdır, yoxsa, pis?” Əlbəttə, yaxşıdır, çünki qazanan ailələr, vətəndaşlardır. Sertifiklatlaşdırmanın digər müsbət tərəfi isə o oldu ki, prosesi uğurla verənlər və yüksək nəticə qazananların əmək haqlarına artımlar edildi ki, bu da onların həyat şəraitlərinin yaxşılaşmasına yol açır.

İslahat paketinin ana xəttini təşkil edən ikinci tezisə - Müəllim peşəsinin nüfuzunun artırılması və onun rifahının yüksəldilməsi- nəzər yetirək.

Əslində bu tezis özlüyündə daha başqa neqativ məsələlərin qarşısını alır: təhsilin ayrı-ayrı evlərdən çıxarılıb məktəblərə qaytarılması, repetitorluğun yaratdığı “ağlar və qaralar” kateqoriyasının ləğvi,  məktəblərin metastaz vermiş Xərçəng xəsətliyi kimi təhsili ağuşuna almış repetitorluqdan xilas olması,  məktəblərdə müəllimlərin “xalturası”na son qoyulması,  məktəblərin “təhsil maklerləri”ndən yaxa qurtması.

Məktəblərdə “xaltura” ilə məşğul olanlar kimlər idi?

Birmənalı olaraq, bu işlə məşğul olanlar, məktəb partalarını, evlərinə daşıyıb hazırlıq keçən müəllimlərdir. Onlar üçün məktəb potensial “öyrənci-müştəri bazası” idi. Yəni, həftədə 2 dəfə gəlir, öz piarını aparır, məktəbdəki təhsilin keyfiyyətini kölgə altına salır, universitetə yüksək balla qəbul olunmuş abituriyentlərinin siyahısını təqdim edib, cazib bir obraz yaradır. Bununla da şagirdləri ovsunlayaraq, onları məktəb və  dərs mühitindən “soyudub” evinə, kursuna cəlb edir. Qısası, bu cür müəllimlər şagirdləri 50, 100, 150 azn cildində görürlər. Müşahidəmə əsasən nazirliyin islahatına qarşı dirəniş göstərənlər də məhz bu sayaq müəllimlərdir. Onlar valideyn, məktəb və şagird üçbucağını tamamilə inkar edir. Əllərində səlahiyyət olsa, məkəblərin bağlanmasına müyəssər olarlar.

FAKT: Tanıdığım Əmirxan Əliyev (ad, soyad şərtidir) adlı Azərbaycan dili və ədəbiyyat müəllimi, elə dərs saatı götürüb ki, həftədə 2 dəfə səhər saatlarında məktəbə gedir, repetitorluqla bağlı təbliğat-təşviqat işini  qurur. Xeyli abituriyenti “tələsi”nə salıb, evinə dəvət edir. O, tələbələrə hazırlıq keçdikdən sonra isə fermer təsərrüfatı ilə məşğul olur. Anlayırıq, adam “para” qazanmaq istəyir, amma onu da gözəl dərk edirik ki, məktəbdən ruhən, mənən qopmuş müəllimin adının məktəbdə qalması “xaltura”dan başqa bir şey deyil. Yəni başqalarının bədbəxtliyi üzərində özünə xoşbəxtlik piramidası ucaltmaq marazm əlamətidir. Nazirlik də məhz bunun qarşısını almağa çalışır. Müəllimin məktəbə sıx tellərlə bağlı olmasının vacibliyini qeyd edir. Əslində bu işdə cəmiyyət “əlini daşın altına qoyub”, nazirliyin işinə dəstək ifadə etməlidir. Çünki bu islahatda birbaşa dövlətin və vətəndaşların maraqları müdafiə olunur. Nazirlik müəllimə deyir ki, evində verdiyin təhsili məktəbdə ver,  ona uyğun vəsaiti bizdən tələb et. Burada qazanan isə milli təhsilimiz və repetitorlara pul tökərək, “soğan kimi soyulan” ailələrdir.

Üçüncü tezisə - Tədris və öyrənmə mühitinin yaxşılaşdırılması- baxaq.

Öncə onu qeyd edək ki, tədrisin keyfiyyətinin artırılması müəllimin rifah halının yaxşılaşdırılmasından keçir. Bu mənada, yeni islahat paketində müəllimlərin əməkhaqlarının artırılması vacib detal kimi ortaya qoyulur. Üstəgəl, iş saatı rejimi ilə işə cəlb olunan müəllim yüksək əməkhaqqı almaqla yanaşı, digər sertifikatlaşdırma imtahanlarına qatılmayacaq. Onların əməkhaqları artırılacaq, iş şəraiti yaxşılaşdırılacaq. Müəllimlərin normal iş masası olacaq. Onların dərsə hazırlaşmaları, şagirdlərin işlərinin yoxlanılması, valideynlərlə effektiv görüşlərin təşkil edilməsi üçün şərait yaradılacaq.

FAKT: Məktəbli övladı olan valideyn kimi dəfələrlə şahidi olmuşam ki, müəllim valideynlərlə açıq məkanda, yağışlı havada, qaç-qovda görüşür. Hər valideynə 2 kəlmə söz deyib, evinə tələsir. Yəqin ki, övladı təhsil alan valideynlər bu halı ən azı bir dəfə müşahidə ediblər. Yəni şagird-məktəb, məktəb-valideyn bağları qoparılıb. Artıq yeni sistem bu sayaq halların aradan qalxmasına töhfə verəcək. Həm müəllimlərin iqtisadi rifah halına, həm də təhsilin keyfıyyətinə yeni “qan vurulacaq.” Təhsilverənin nüfuzu yüksələcək, müəllimin gözü hansısa valideynin cibində qalmayacaq. Məktəbin fəlsəfəsi, təhsilin ruhu, müəllimin reputasiyası özünə qayıdacaq. İnsanlar təhsilə, məktəbə: “Əli heç yerə çatmasa gedib, müəllim, işləyər” yanaşması ilə deyil, “Mütləq övladım oxuyub müəllim olacaq” düşüncəsi ilə yanaşacaq.

Bir sözlə, Azərbaycan təhsil sistemi və pedaqoji iş yenidən dizayn olunur. Yeni ishalat paketi ilə nazirlik milli təhsil brendi yaradaraq,  gələcəkdə “milli beyin bankı” nın formlaşmasına nail olmağı hədəfləyir. ETN təhsilin “ASAN xidmət” modelini yaradır. Məktəb anlayışına yeni formul verilir. Son gəlişmələrdən yola çıxaraq, hesab edirəm ki, ali məktəblərə qəbul qaydalarının Avropanın aparıcı ölkələrindəki kimi imtahansız keçirilməsinə gedən yol uzaqda deyil. 

Keyiyyətli tədris, sanballı təhsil və nüfuzlu müəllim bərabər olur sağlam vətəndaş və güclü dövlətə…

Yəqin, Petrov Qriqorun “Ağ Zanbaqlar Ölkəsi” əsərini oxumusunuz, əsərin qəhrəmanı Snemlanın da fəaliyyəti ilə tanışsınız… Ümid böyükdür!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri