Əcnəbilərin Rusiyaya girişçıxışının yeni qaydaları tətbiq olunacaq AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva, 28 noyabr, AZƏRTAC
Dekabrın 1-dən etibarən Moskva aeroportlarında və Orenburq vilayətindəki avtomobil nəzarət-buraxılış məntəqəsində əcnəbi vətəndaşların giriş-çıxışı ilə bağlı yeni qaydalar sınaqdan keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, miqrantların Rusiyaya girişi, ölkə daxilində hərəkəti və ölkədən çıxışı ən müasir texnologiyalar əsasında ciddi dövlət nəzarətinə alınmalıdır. Bundan əlavə, Moskvanın səlahiyyətli orqanları miqrantların genom qeydiyyatını və onlara elektron miqrant kartının verilməsini təşkil etməlidirlər.
Medvedevin sözlərinə görə, yeni qaydalar ölkəyə gələn şəxslərin müəyyən edilməsi və monitorinqi üçün etibarlı sistem yaratmağa yönəlib. Söhbət biometrik məlumatların toplanması və emalı, hər bir əcnəbinin rəqəmsal profilinin yaradılmasından gedir. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Noyabr 2024 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















