Əcnəbilərin Ukrayna ordusuna kütləvi axını... Nazir
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müdafiə Nazirliyi döyüş bölmələrinin gücləndirilməsi və ukraynalı hərbçilərin həyatının qorunması məqsədilə əcnəbilərin hərbi xidmətə cəlb olunması bazarını açır. Məqsəd piyada qüvvələrinin 30–50 faizini əcnəbilərlə doldurmaqdır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Mixail Fedorov Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, əsas məsələ Müdafiə Qüvvələrində ən uzun müddət xidmət edən və döyüş tapşırıqlarında ən çox iştirak edən hərbçilərə qarşı ədalətin təmin olunmasıdır.
Nazir bildirib ki, belə şəxslər üçün ilin sonunadək mərhələli şəkildə hərbi xidmətdən tərxis prosesi başlayacaq:
“Bu, genişmiqyaslı transformasiyanın yalnız ilk mərhələsidir. İkinci mərhələ isə hərbi xidmətə qəbul və səfərbərlik prosesinin kompleks şəkildə yenilənməsidir. Biz aydın qaydaları olan və hərbçiyə hörmət göstərən ordu qururuq. İnsan həyatı ən böyük dəyərdir. Əsas vəzifəmiz cəbhə xəttində döyüşən hərbçilərin həyatını qorumaq üçün mümkün olan hər şeyi etməkdir. Məhz belə bir ordu Ukraynaya müharibənin başa çatdırılması üçün güclü mövqe qazandıra bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















