Icma.az
close
up
RU
ECO nun Xankəndi Zirvə görüşü: geopolitik münasibətlərin yeni mərhələsinin mühüm tərkib hissəsi kimi...

ECO nun Xankəndi Zirvə görüşü: geopolitik münasibətlərin yeni mərhələsinin mühüm tərkib hissəsi kimi...

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinə ev sahibliyi edir. Lakin Xankəndi Zirvə görüşü geopolitik münasibətlərin yeni mərhələsinin mühüm tərkib hissəsi kimi xüsusi və mühüm tarixi əhəmiyyət kəsb edir. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın işğaldan azad edilmiş ərazisində - Qarabağda keçirilir.

Azərbaycan, bu sammiti Xankəndində keçirməklə XANKƏNDİNİ dünyanın yeni və mühüm diplomatik və iqtisadi xarakterli tədbirlərin keçirildiyi mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir. Azərbaycan eyni zamanda həm də dünyaya nümayiş etdirir ki, 44 günük müharibədən təkcə sadəcə ərazi bütövlüyünü bərpa və süverenliyini təmin edən qalib bir dövlət kimi yox, həm də daha böyük hədəflərə nail olmağa qadir güclü bir dövlət kimi çıxıb. Azərbaycan bunu həm 30 illik işğal zamanı vəhşicəsinə dağıdılmış,daşı-daş üstə qalmayan ərazilərimizin qarşılıqlı hörmət və faydalılıq prinsipi əsasında nümunəvi əməkdaşlıq arenasına çevirməsi, Qarabağın sürətli bərpasının real nəticələri və həm də ölkəmizin regionda uzunmüddətli sülh və etimadın formalaşmasına böyük töhfəsinin timsalında beynəlxalq aləmə çox əyani şəkildə nümüyiş etdirir.Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki:”İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir... Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir... İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.”

Bu Sammitin Xankəndidə keçirilməsi İqtisadi Əməkdaşlıq Təşkilatının həm Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin, həm də Qarabağın beynəlxalq əməkdaşlıq məkanına çevrildiyinin göstəricisidir. Bu, həm də dünyanın diqqətini Azərbaycanın səyləri hesabına bölgədə sülhə,əməkdaşlığa xidmət edən dəyişikliklər barədə real təsəvvür yaratmaq baxımından mühüm addımdır ki, Qarabağ artıq münaqişə yox, sülh,əməkdaşlıq, sabitlik,iqtisadi dirçəliş və dayanıqlı inkişaf məkanıdır.

Xankəndi Zirvə görüşü geopolitik münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlandığı sürətlə dəyişən dünya düzəni şəraitində Azərbaycanın beynəlxalq diplomatiyadakı rolunu və regional əməkdaşlıq niyyətini daha da gücləndirəcək əlamətdar hadisədir. Bu kontekstdə Xankəndi Zirvə görüşü həm də Azərbaycanın beynəlxalq arenada artan rolunu şəraitində işğaldan azad edilmiş Qarabağımizin regional əməkdaşlıq mərkəzinə çevrilməsinin real təsdiqini ifadə edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulması məsələlərinə həsr olunmuşdu. Azərbaycanın regionda apardığı bərpa-quruculuq işləri, yaşıl enerji zonası yaratmaq planları həm bu Zirvə görüşünün mahiyyətinə, həm də yaşadığımız bölgənin yeni strategiyasına uyğundur. Toplantıda üzv ölkələr arasında iqtisadi inteqrasiya, ticarət, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və sair bu kimi məsələlərin müzakirəsi əsas yer tutdu. Bu sammitin yenilik kimi qiymətləndirilə bilən cəhətləri də var.Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirildi. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edildi.

Zirvə görüşündə səsləndirilən İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyasının qəbul edilməsi və burada orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən edilməsi;ticarət, sərmayə, nəqliyyat,enerji,sənaye,kənd təsərrüfatı,ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı,innovasiya,süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilməsi;əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafı; “ECO invest” uzunmüddətli proqramının qəbul edilməsi və özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionumuzda perspektivli layihələrə cəlb edilməsi,sərmayə mühitinin daha şəffaf və cəlbedici olması üçün tədbirlər komplkeksinin həyata keçirilməsi və sair bu kimi məsələlər xüsusi əhəmiyyət kəsb edir.İslahatlar kontekstində bu tədbirlərin sisemli və davalı olaraq həyata keçrilməsi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əməkdaşlığını yeni səviyyəyə qaldıracaq, təşkilatın beynəlxalq nüfuzunu və təsirini gücləndirəcəkdir.

Bu toplantıda verilən mesajlar, qəbul olunan qərarlar və yolu açılan layihələr təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji nəticələr doğuracaq.Zirvə Görüşü həm də Azərbaycanın beynəlxalq diplomatiyada fəal və müəyyənedici ölkə kimi rolunun daha da möhkəmləndiyini nümayiş etdirdi.

Xankəndi sammiti yalnız İqtisadi Əməkdaşlıq Təşkilatının illik forumu deyil. Bu, həm də Azərbaycanın beynəlxalq münasibətlərdə irəli sürdüyü yeni strategiyanın canlı nümunəsidir. Bu strategiyanın əsas xəttini sülh vasitəsilə inkişaf,tərəqqi və dayanıqlı gələcək təşkil edir.

Xankəndi Zirvə görüşündə səsləndirilən fikirlər və təkliflər ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq. Xankəndi Sammiti ölkəmizin iqtisadi əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsinə, eləcə də region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək.

Əli Məsimli,

Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyul 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see233

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see198

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see148

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see128

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see126

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see126

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see124

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see124

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see122

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see121

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri