Icma.az
close
up
RU
Ərəb mediası ECO nun Xankəndi Zirvə görüşü ilə bağlı silsilə materiallar yayıb

Ərəb mediası ECO nun Xankəndi Zirvə görüşü ilə bağlı silsilə materiallar yayıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 5 iyul, AZƏRTAC

Ərəbdilli media İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünü və bu çərçivədə keçirilən ikitərəfli görüşlər barədə silsilə materiallar dərc edib.

AZƏRTAC-ın məlumatına görə, Bəhreynin rəsmi xəbər agentliyi, BƏƏ-nin rəsmi xəbər agentliyi, Misirin “Vatan”ı, “əş-Şuruq”, Səudiyyə Ərəbistanının “Səhm”, arabi21, “Əl-ummə” və digər xəbər portallarında, eləcə də Əl-Cəzirə telekanalında sammit çərçivəsində müzakirə olunan iqtisadi əməkdaşlıq məsələlərinə diqqət ayırıb. Yazılarda ECO-ya üzv dövlətlərin nəqliyyat və logistika, energetika, iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya və digər sahələrdə əməkdaşlığın inkişafı baxımından Xankəndi sammitinin əhəmiyyəti vurğulanıb.

Bəhreynin rəsmi xəbər agentliyi qeyd edib ki, Xankəndi görüşündə bir sıra sahələrdə, o cümlədən ticarət, xarici investisiyaların cəlb edilməsi və yaşıl enerji layihələrinin inkişafı sahələrində əməkdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəliblər.

Əl-Cəzirə portalında yayımlanmış təhlil yazıda Əfqanıstanın hazırkı hökumətinin nümayəndə heyətinin ilk dəfə olaraq ECO-nun yüksəksəviyyəli sammitində iştirak etdiyi qeyd edilir. Bildirilir ki, Əfqanıstanın bu sammitdə iştirakı Talibanın regional bloklara açılmaq strategiyasında mühüm mərhələ sayılır.

Səudiyyə Ərəbistanının “Səhm” portalında “Xankəndi sammiti: İqtisadi Əməkdaşlıq Təşkilatının nüfuzunun gücləndirilməsinə yeni təkan və Azərbaycanın nailiyyətlərinə diqqət” ünvanlı məqaləsində müəllif Əbdülhəmid Həmid əl-Kəbbi qeyd edir ki, Xankəndidə keçirilən bu sammit İqtisadi Əməkdaşlıq Təşkilatının regional əməkdaşlıq platforması kimi artan rolunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və infrastruktur sahələrindəki uğurlarını ön plana çıxarır. Sammit, həmçinin Azərbaycanın regionda sabitliyin və inteqrasiyanın təşviqində oynadığı əsas rolu və postmünaqişə dövründə həyata keçirdiyi bərpa və inkişaf strategiyalarını beynəlxalq səviyyədə təqdim etmək üçün mühüm fürsət oldu.

Qeyd edilir ki, tədbir üzv ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, enerji, nəqliyyat və ticarət sahələrində strateji əməkdaşlıq layihələrinin irəli aparılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan bu sammiti Qarabağın qəlbində keçirməklə, həm beynəlxalq aləmdə artan nüfuzunu möhkəmləndirdi, həm də ECO-nun qlobal səhnədə roluna yeni təkan verdi. Azad edilmiş ərazilərin sürətli bərpası və regionun dayanıqlı inkişaf modelinə çevrilməsi Azərbaycanın regional lider kimi mövqeyini bir daha təsdiqlədi”, - deyə müəllif bildirir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see453

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri