Icma.az
close
up
RU
ECO Zirvəsi Azərbaycanın regional liderliyini və diplomatik gücünü nümayiş etdirdi

ECO Zirvəsi Azərbaycanın regional liderliyini və diplomatik gücünü nümayiş etdirdi

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xankəndi şəhərinin ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın tarixində və diplomatiyasında əlamətdar hadisə kimi yadda qalacaq. İllərlə separatizmin və qanunsuzluğun simvoluna çevrilmiş bu şəhər artıq beynəlxalq əməkdaşlığın, iqtisadi inteqrasiyanın və sabitliyin platformasına çevrilir. Bu zirvə təkcə yüksək səviyyəli diplomatik tədbir deyil, həm də Azərbaycanın suverenliyinin və regionda artan nüfuzunun rəsmi və beynəlxalq təsdiqi oldu. Zirvə görüşünün məhz Xankəndidə təşkil edilməsi həm coğrafi, həm siyasi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Vaxtilə Ermənistanın işğalı altında olan və separatizmin yuvasına çevrilmiş Xankəndi bu gün Azərbaycan dövlətinin tam nəzarətində olan, təhlükəsiz və sabit şəhərdir. Prezident cənab İlham Əliyev də çıxışında bu məqamı xüsusi vurğuladı və Azərbaycanın ərazi bütövlüyünün bərpası fonunda şəhərin yenidən qurulması və beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin əhəmiyyətini qeyd etdi. Bu hadisə həm də Qarabağın postmünaqişə dövründə beynəlxalq legitimliyinin və hüquqi statusunun praktiki təsdiqidir.

Azərbaycan son illərdə istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda öz mövqeyini xeyli gücləndirib. ECO Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan regionda sabitlik, əməkdaşlıq və inkişaf ideyalarının fəal daşıyıcısı və təşəbbüskarıdır. COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi, Zəngəzur dəhlizi, Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi iri layihələrdə önəmli rol oynaması Azərbaycanın qlobal və regional əhəmiyyətini sübut edir. Zirvə görüşündə iştirak edən dövlətlərin əksəriyyəti – Türkiyə, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digərləri – Azərbaycanla dost və strateji tərəfdaşdır. Təşkilat üzvü olan ölkələrin hər biri ilə Azərbaycanın iqtisadi əlaqələri sürətlə inkişaf edir. Təkcə Türkiyəyə 24 milyard dollardan çox investisiya yatıran Azərbaycan artıq Pakistana da iri miqyaslı sərmayə qoyuluşlarına hazırlaşır.

Zirvə görüşü zamanı qəbul edilən qərarlar və təqdim olunan təşəbbüslər ECO daxilində inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər arasında “ECO Tədqiqat Mərkəzi”, “Təmiz Enerji Mərkəzi”, “ECO Həftəsi” kimi yeniliklər regionun inkişafına töhfə verəcəkdir. Şuşada keçirilən Biznes Forumu, Laçında Qadınlar Forumu və Ağdamda Gənclər Forumu kimi tədbirlər də bu yanaşmanın real tətbiqləridir. Bütün bunlar işğaldan azad olunmuş ərazilərin yalnız yenidən qurulması deyil, həm də beynəlxalq əməkdaşlıq platformalarına çevrilməsi deməkdir. Prezident cənab İlham Əliyevin də çıxışında vurğuladığı kimi, Azərbaycan artıq münaqişə sonrası bərpa mərhələsini geridə qoyaraq sülh və tərəfdaşlıq arxitekturası yaradan ölkəyə çevrilib. Zirvə görüşündə müzakirə olunan əsas mövzulardan biri də qlobal problemlərə qarşı ortaq yanaşmaların hazırlanması oldu. İqlim dəyişiklikləri, ekoloji problemlər, su ehtiyatlarının azalması, ərzaq və enerji təhlükəsizliyi kimi çağırışlar yalnız regional deyil, qlobal yanaşma tələb edir. Azərbaycan bu məsələlərdə həm texniki, həm maliyyə, həm də diplomatik dəstək verməyə hazır olduğunu nümayiş etdirdi. Zirvə çərçivəsində xüsusilə texnologiya transferi, təhsil, qadın və gənclərin rolu, islamofobiya ilə mübarizə və informasiya təhlükəsizliyi kimi sahələrdə əməkdaşlıq gündəliyinə dair ortaq razılaşmalar əldə olunması təşkilatın yalnız iqtisadi deyil, sosial və humanitar platforma kimi də inkişaf etdiyini göstərir. Bu tədbir bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü artıq təkcə hərbi və hüquqi fakt deyil, eyni zamanda beynəlxalq tədbirlərlə möhkəmləndirilmiş, praktiki şəkildə təsdiqlənmiş reallıqdır. Vətən müharibəsinin hərbi-siyasi nəticələri, 2023-cü ilin antiterror tədbirlərinin uğurla həyata keçirilməsi, ardınca isə Xankəndi kimi bir şəhərdə beynəlxalq zirvə görüşünün təşkili Azərbaycanın yeni dövrə qədəm qoyduğunu göstərir. Bu gün Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın daxili regionları deyil, həm də beynəlxalq iqtisadi və siyasi əməkdaşlığın real məkanına çevrilməkdədir. Azərbaycanın xarici siyasət xətti – sülh, əməkdaşlıq və dayanıqlı inkişaf – artıq konkret nəticələrlə özünü təsdiqləyir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyul 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see221

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see208

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see133

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see132

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see132

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see132

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see131

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see129

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see121

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see119

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see119

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see118

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri