Icma.az
close
up
RU
Qəbələ Zirvəsi Türk dünyasının birliyini və qlobal gücünü nümayiş etdirdi MÜNASİBƏT BİLDİRİLDİ

Qəbələ Zirvəsi Türk dünyasının birliyini və qlobal gücünü nümayiş etdirdi MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Dövlət Başçıları Zirvə Görüşü regiona və dünyaya güclü mesajlar verdi. Toplantı, Türk Dövlətləri Təşkilatının institusional gücünü və strateji vizyonunu nümayiş etdirən tarixi bir hadisə kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Qəbələ Bəyanatı Türk dünyasının ortaq gələcəyi üçün bir növ yol xəritəsi rolunu oynayır. Yetişmiş insan potensialı, zəngin təbii ehtiyatları, inkişaf edən iqtisadiyyatları və strateji coğrafi mövqeləri ilə Türk dövlətləri artıq qlobal miqyasda yeni bir güc mərkəzinə çevrilir: "Zirvə görüşündə regional sülh, sabitlik və həmrəylik vurğulanıb. Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının dərinləşdirilməsi qərara alınıb. Eyni zamanda, Zəngəzur Dəhlizi, enerji əməkdaşlığı və ortaq əlifba kimi strateji layihələrə dəstək bir daha təsdiqlənib. Kıbrıs türklərinə və Fələstin xalqına həmrəylik mesajları ön plana çıxıb. Ümumilikdə, Qəbələ Zirvəsi Türk dünyasının ortaq iradəsini, müstəqil mövqeyini və beynəlxalq arenadakı artan təsirini nümayiş etdirən tarixi dönüş nöqtəsi kimi yadda qalıb. Qəbələ Bəyanatında üzv dövlətlər bir-birinin suverenliyinə və sərhəd bütövlüyünə hörmət göstərəcəklərini, heç bir ölkənin digərinin daxili işlərinə qarışmayacağını öhdələrinə götürüblər. Ortaq tarix, dil, mədəniyyət və ənənələr əsasında Türk kimliyinin möhkəmləndirilməsi və mədəni irsin qorunması məqsəd qoyulub.

Üzv ölkələr arasında strateji münasibətləri institusional əsasda gücləndirəcək “Strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında saziş”in tez bir zamanda tamamlanması qərara alınıb. Təhlükəsizlik, terrorla mübarizə və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi, məlumat mübadiləsi və potensialın artırılması üzrə mexanizmlərin yaradılması razılaşdırılıb.

Ulaşım və enerji sahəsində Zəngəzur Dəhlizinin və Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi, Orta Asiya–Azərbaycan “yaşıl enerji koridoru” layihəsinin dəstəklənməsi, 2026-cı ildə TDT-SAT kub peykinin birgə orbitə buraxılması, həmçinin nəqliyyat infrastrukturunun və logistika şəbəkələrinin inteqrasiyası planlaşdırılıb. İqtisadi və maliyyə istiqamətində Türk İnvestisiya Fondunun fəal şəkildə işə salınması, üzv ölkələr arasında ticarət və investisiya imkanlarını asanlaşdıran sazişlərin həyata keçirilməsi nəzərdə tutulub. Mədəni sahədə ortaq əlifba üzərində işlərin başlanması, Cengiz Aytmatovun əsərlərinin və “Oğuznamə”lərin bu əlifba ilə nəşri, “Ortaq Muzey Kartı” layihəsinin tətbiqi və 1926-cı il Bakı Türkoloji Qurultayının 100 illiyi münasibətilə ortaq tədbirlərin təşkili qərara alınıb.

TÜRKSOY-un gücləndirilməsi, TDT+ formatında xarici tərəfdaşlarla əməkdaşlıq mexanizminin qurulması və Türkmənistanın Türk Akademiyası ilə Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi üzv kimi qoşulması da qəbul edilən qərarlar sırasındadır. Kıbrıs və Fələstin məsələlərinə dair ədalətli mövqe bir daha ifadə olunub. Kıbrıs türklərinin bərabər hüquqları vurğulanıb, ədalətli həllə çağırış edilib. Qəzzədəki humanitar böhran diqqətə çatdırılaraq, 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılması dəstəklənib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri