Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

ECO nun Xankəndi Zirvəsi: Azərbaycanın geosiyasi gücünün təsdiqi

ECO nun Xankəndi Zirvəsi: Azərbaycanın geosiyasi gücünün təsdiqi

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanın Xankəndi şəhəri tarixi bir tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Quruma üzv ölkələrin liderləri tədbirdə iştirak etmək üçün Azərbaycana gəliblər. Xankəndidə yüksək səviyyəli sammitin keçirilməsi ölkəmizin ECO çərçivəsində mühüm rol oynadığını, eyni zamanda, regional və beynəlxalq müstəvidə artan nüfuzunu göstərir. Azərbaycan üzv olduğu digər beynəlxalq təşkilatlarla yanaşı, ECO-da da önəmli təşəbbüslərlə, layihələrlə çıxış edir, bu qurum daxilində dinamizmin artmasına, əməkdaşlığın inkişafına, dərinləşməsinə öz töhfəsini verir.

Yada salaq ki, ECO hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Bu təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan ECO-ya qoşulub və hazırda qurumun 10 üzv ölkəsi var. ECO-nun genişləndiyi həmin gün təşkilatın təqvimində “ECO günü” kimi qeyd edilir.

ECO-nun hədəfləri İzmir müqaviləsində  - təşkilatın fəaliyyətini tənzimləyən əsas sənəddə əks olunub. Onun əsas məqsədləri ECO regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meylləri nəzərə alaraq region daxili və regionlararası ticarəti genişləndirmək, həmçinin qarşılıqlı nəqliyyat əlaqələrinin inkişafıdır. 

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006 və 2012-ci illərdə qurumun Zirvə toplantılarına ev sahibliyi edib, bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb. 

Azərbaycan ECO vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə Bakıda ECO Tədqiqat Mərkəzinin təsis edilməsinə dair Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilib. Bundan əlavə, Azərbaycan təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, kommunukasiya, enerji, ətraf mühit, aqrar sektor, sənaye və bir sıra digər istiqamətlərdə əməkdaşlıq edir, nəqliyyat dəhlizlərinin regional səviyyədə genişlənməsində vacib rol oynayır.

Ölkəmizin üzv dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı artan xətlə davam edir. Azərbaycan həmin ölkələrdən ikisi – Türkiyə və Özbəkistanla rəsmi olaraq müttəfiqdir. 

Qeyd edək ki, İƏT-in sonuncu sammiti 2023-cü ildə Özbəkistanda keçirilib. Azərbaycan lideri sammitdə iştirak edib. 

Prezident İlham Əliyev Zirvə toplantısında çıxışında deyib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır: “Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.

Dövlət başçısı deyib ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir: “Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır”.

Milli Məclisin deputatı Azər Badamov “525”ə bildirib ki, Azərbaycanın regionda və dünyada nüfuzu artır. Bu kontekstdə beynəlxalq təşkilatlar və dövlətlərlə münasibətlərin yeni müstəviyə keçirilməsi Azərbaycanın nə qədər marağındadırsa, qarşılıqlı şəkildə ayrı-ayrı dövlətlər və təşkilatlar da Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə xüsusi maraq göstərirlər. Onun sözlərinə görə, bu amilin özü Azərbaycanın yerləşdiyi mövqe ilə bağlıdırsa, daha vacibi isə dövlətimizin sərgilədiyi münasibətlə birbaşa əlaqəlidir. 

Deputat bildirib ki, Azərbaycan istənilən əməkdaşlıqda hörmətə, qarşılıqlı marağa söykənir, münasibətlərin hər iki tərəfə dividendlər gətirməsinə önəm verir: "Belə tərəflərdən biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. İqtisadi sahədə əməkdaşlığı ana xətt kimi müəyyənləşdirən bu təsisatla əlavə olaraq siyasi, mədəni, elmi və humanitar sahələr üzrə fəaliyyətin möhkəmləndirilməsi önəm kəsb edir. Azərbaycan bu və digər təşkilatlarda müşahidəçi qismində çıxış etmir, fəal üzv, təşəbbüskarlıq nümayiş etdirir. Azərbaycanın nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi onu daha da cəlbedici edir. Bu baxımdan da Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr xüsusilə vurğulanmalıdır. Nəzərə alsaq ki, ECO-ya üzv ölkələr Avropa və Çin arasında yerləşirlər, deməli, siyasi və iqtisadi mübadilənin arealı olduqca genişdir. Təşkilat daxilində ortaq təşəbbüslərin və aktivliyin olması həm də böyük bir regionun təhlükəsizliyi, iqtisadi inkişafı və sosial rifahı baxımından ölçüyəgəlməz töhfədir".

Millət vəkili qeyd edib ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan Azərbaycan tranzit imkanlarının maksimum genişləndirilməsinə çalışır: "Bu genişləndirmə prosesində təşəbbüskar ölkə kimi çıxış edərək, ziddiyyətlər zamanı uzlaşdırıcı mövqedən də çıxış edir. Cənab Prezident İlham Əliyevin sadalanan məqsədlərə çatmasında göstərdiyi yanaşma ECO-ya üzv ölkələr tərəfindən də yüksək dəyərləndirilir. Dövlət başçımızın da bildirdiyi kimi, nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulması ondan xəbər verir ki, Avrasiya məkanının nəqliyyat və logistika mərkəzlərinə çevrilmək işində əməli addımlar atmışıq. Yükdaşımaların həcminin genişləndirilməsi üzərində işlərin reallaşdırılması bütün üzv ölkələrin iqtisadiyyatlarına müsbət dividendlər qazandıracaq.

Mövcud ziddiyyətlərə və çətinliklərə baxmayaraq, regional həmrəylik, strateji tərəfdaşlıq gücləndirilməlidir. Bu işdə ortaq iradə nümayiş etdirilməlidir.

Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi ölkəmizə göstərilən etimaddır. Bu, həm də təsisat daxilində artan rolumuzun göstəricisidir. Deməli, Azərbaycanın göstərdiyi səylər müsbət qəbul olunur. Azərbaycan təsisatın möhkəmlənməsinə, onun fəaliyyətinin böyük bir regiona fayda gətirməsinə çalışır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyul 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17259

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1035

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see173

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see149

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see131

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri