Icma.az
close
up
RU
Ədalət Partiyası Anım Günü münasibətilə bəyanat yayıb

Ədalət Partiyası Anım Günü münasibətilə bəyanat yayıb

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədalət partiyası 27 sentyabr Anım Günü münasibətilə bəyanat qəbul edib.

Moderator.az xəbər verir ki, bəyanatda deyilir:

"2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarının işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin yeni mərhələsinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri və digər ərazilər azad edildi. Sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olundu.

Bu qələbənin arxasında minlərlə Azərbaycan oğlunun və qızının fədakarlığı, sarsılmaz əzmi və misilsiz qəhrəmanlığı dayanır. Vətən müharibəsində canından keçən hər bir şəhidimizin həyatı Azərbaycan tarixinin qürurla yazılmış səhifəsidir. Onların qanı torpağımıza qarışdı, adları isə xalqımızın ürəyində əbədi yaşayır.

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi şəhidlərimizə dövlət səviyyəsində göstərilən dərin ehtiramın parlaq ifadəsidir.

Ədalət Partiyası bu müqəddəs gündə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını itirən bütün şəhidlərimizin əziz xatirəsini sonsuz ehtiram, minnətdarlıq və qürur hissi ilə yad edir.

Şəhidlərimizin bizə qoyduğu ən böyük miras yalnız azad edilmiş torpaqlar deyil. Onların bizə əmanəti Vətənə bağlılıq, dövlətə sədaqət, milli birlik və gələcək nəsillər qarşısında məsuliyyət hissidir. Bu əmanəti qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Bu gün şəhid ailələrinin və qazilərimizin daim diqqətdə saxlanılması, onların sosial müdafiəsinin gücləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yaşadılması hər birimizin müqəddəs mənəvi borcudur.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiram və sədaqətlə yad edirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri