Icma.az
close
up
RU
Ədalət və İnkişaf Partiyası müasir Türkiyədə nailiyyətlərin aparıcı qüvvəsidir

Ədalət və İnkişaf Partiyası müasir Türkiyədə nailiyyətlərin aparıcı qüvvəsidir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 14 avqust, AZƏRTAC

Fəaliyyəti ilə Türkiyədə əldə olunan nailiyyətlərin rəmzinə çevrilən Ədalət və İnkişaf Partiyası (AKPartiya) avqustun 14-də 24 yaşını qeyd edir.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi və Türkiyənin aparıcı siyasi qüvvəsi kimi çıxış edən ölkənin sayca 39-cu partiyası 2001-ci ildə yaradılıb və o vaxtdan bəri keçirilən bütün parlament seçkilərində qalib gəlib.

Partiyanın qurucuları “Türkiyədə heç bir şeyin bir daha əvvəlki kimi olmayacağını” bəyan ediblər.

Partiyanın yaranmasından iki gün sonra, avqustun 16-da onun rəhbər heyəti müəyyən edilib. Qurucu nümayəndələrin yekdil qərarı ilə Rəcəb Tayyib Ərdoğan Baş katib seçilib.

Beləliklə, yarandıqdan 15 ay sonra, yəni 2002-ci il noyabrın 3-də keçirilən seçkilərin nəticələri əsasında Türkiyənin 58-ci hökumətini quran siyasi qüvvənin uğur yolu başlayıb.

R.T.Ərdoğanın siyasi fəaliyyət qadağası ilə əlaqədar həmin vaxt AKPartiya hökumətinə Abdulla Gül başçılıq etdi. Yalnız Türkiyə Cinayət Məcəlləsinin 312-ci maddəsinə edilən dəyişiklikdən sonra onun yolundakı sədd götürüldü.

2003-cü il martın 8-də Siirt vilayətində keçirilən seçkilərin nəticələrinə görə parlamentə seçilən Ərdoğan daha sonra (15 mart 2003-cü ildə) ölkənin 59-cu hökumətini qurmaq üçün Prezident Ahmet Necdet Sezerdən mandat aldı. Beləliklə, gənc siyasətçinin rəhbərlik etdiyi siyasi partiya uzun illər ərzində Türkiyənin siyasi arenasının tanınmış liderinə çevrildi.

2025-ci il fevralın 23-də Ankarada AKPartiyanın səkkizinci qurultayı keçirilib və ondan sonra partiya nizamnaməsinin 81-ci maddəsinə dəyişiklik edilib. Beləliklə, Ərdoğanın partiyası müasir dövrün çağırışları və tələbləri fonunda zamanla ayaqlaşmağa hazır olduğunu nümayiş etdirib.

Digər məsələlərlə yanaşı, partiyanın Baş katibinin türk dövlətləri ilə əməkdaşlıq üzrə müavini vəzifəsi də təsis edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri