Icma.az
close
up
RU
Edamından 50 il sonra çəkilən portret: Məqsəd nə idi?

Edamından 50 il sonra çəkilən portret: Məqsəd nə idi?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Milli Portret Qalereyasında saxlanılan Anna Boleyn portreti böyük ehtimalla onun İngiltərə və İrlandiya kraliçası olmuş qızı I Elizabetlə nəzərəçarpacaq oxşarlığını göstərmək məqsədilə çəkilib.

Qaynarinfo xəbər verir ki, "The Independent” nəşrinin yazdığına görə, bu rəsm Anna Boleynin edamından təxminən 50 il sonra yaradılıb.

Araşdırmaçılar hesab edirlər ki, portret I Elizabetlə onun anası arasında əsas oxşar cizgiləri önə çıxarmaq üçün xüsusi olaraq işlənib və bununla da Elizabetin monarx kimi legitimliyini gücləndirmək hədəflənib.

Boleyn ailəsinin nəsil mülkü olan Hever qalasında keçirilən yeni sərginin həmmüəllifi, doktor Ouen Emmerson bildirib ki, I Elizabetin hakimiyyəti dövründə ailəsinə bənzəməsi onun siyasi mövqeyi baxımından mühüm əhəmiyyət daşıyırdı və hakimiyyətini möhkəmləndirməyə xidmət edirdi.

Həmin dövrdə I Elizabet katolik kilsəsinin güclü təzyiqi altında idi ki, bu da onun taxt-tacına real təhlükə yaradırdı.

"Onu kilsədən çıxarmışdılar və Roma Papası tabeliyində olanlara ona qarşı çıxmağa və onu devirməyə icazə vermişdi. Təhdidlər onun artıq uşaq dünyaya gətirmə yaşını keçməsi və subay qalması ilə daha da artırdı. Bu səbəbdən legitimliyini irəli sürmək imkanları məhdud idi”, deyə Emmerson qeyd edib.

Onun sözlərinə görə, məhz bu dövrdə bir neçə Anna Boleyn portretində onun qızına xüsusilə bənzədilməsi müşahidə olunur. Doktor Emmersonun fikrincə, bu, keçmişə baxaraq I Elizabetin taxt-tac iddiasını möhkəmləndirmək və onun legitimliyini təşviq etmək üçün düşünülmüş hiyləgər addım idi.

Anna Boleyn dövlətə xəyanət və zina ittihamları ilə edam edildiyi üçün onun əcdadlara bənzər şəkildə təsvir olunması vacib sayılırdı. Dövründə I Elizabetin VIII Henrinin qızı olmadığı barədə şayiələr də yayılmışdı və bu səbəbdən sonradan onu Tyudor nəslinin nümayəndəsi kimi vizual olaraq təqdim etməyə çalışıblar.

Anasının ölümündən onilliklər keçməsinə baxmayaraq, I Elizabet artan siyasi narahatlıqlar fonunda obrazlardan bir növ təbliğat vasitəsi kimi istifadə edirdi. Ehtimal olunur ki, bu portreti onun saray əyanlarından biri ictimai nümayiş üçün sifariş edib və bununla kraliçaya sədaqətini göstərmək istəyib. XVI əsrdə savadlılıq səviyyəsi aşağı olduğundan cəmiyyət əsasən vizual dilə yönəlirdi və bir çox mesajlar məhz portretlər vasitəsilə ötürülürdü.

Qeyd edək ki, Anna Boleyn (1507-1536) İngiltərə kralı VIII Henrinin ikinci xanımı, İngiltərə kraliçası olub. 1536-cı ilin aprelində vətənə xəyanətlə təqsirləndirilib və 2 mayda həbs edilərək London qəsrinə göndərilib. 15 may günü keçirilən məhkəmə işinin ardından krala xəyanət, qardaşı Corcla insest münasibət və krala sui-qəsddə təqsirli görülüb, 4 gün sonra edam olunub.

Kral ailəsinin portretləri

Daha əvvəl bildirildiyi kimi, Böyük Britaniya kralı Çarlz və kraliça Kamilla rəsmi tacqoyma portretlərini təqdim ediblər. Kralın portretinin müəllifi Piter Kuxfeld, kraliça Kamillanın portretini isə Pol Benni çəkib. Hər iki rəssam kral ailəsi ilə uzunmüddətli peşəkar əlaqələrə malikdir. 1986-cı ildə Çarlz Kuxfelddən oğulları Uilyam və Harrinin portretlərini çəkməyi xahiş edib. Benni isə 2015-ci ildə kraliça II Elizabeti at sığallayan vəziyyətdə təsvir edib, 2022-ci ildə isə Çarlz ona Bukingem sarayında sərgi üçün Holokostdan sağ çıxan şəxslərin portretlərini çəkməyi tapşırıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri