Icma.az
close
up
RU
Ədəbi yazıların kölgəsində qalan ədəbiyyat Səddam Laçın

Ədəbi yazıların kölgəsində qalan ədəbiyyat Səddam Laçın

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Səddam Laçının yeni yazısını təqdim edir.

Oxuduğum əsərlər haqqında tənqid və təhlilləri də oxumağı sevirəm. Bu, onları yenidən kəşf etmək, gözdən qaçırdığım məqamları başqalarının gözündən görmək imkanı yaradır. Elə hallar olur ki, öncə bəyənmədiyim bir obraz, bir dialoq və ya süjet xətti başqa birinin təhlilində tamam fərqli məna qazanır. Məsələn, Orxan Həsənin “Anka” hekayəsi boyu cəmi iki dəfə quruldayan qurbağa haqqında Qismətin bir cümləlik izahı hekayəyə ayrı bir ab-hava qatdı.

Oxumaqla yanaşı dostlarla bir araya gələndə də əsərlər haqqında müzakirələr edirik. Hər kəsin fərqli yanaşması olur: kimisi süjetin axıcılığına toxunur, kimisi obrazların xarakteristikasını önə çəkir, kimisi də müəllifin ideyalarına fokuslanır. Bu müzakirələr bəzən yeni kitablar oxumaq həvəsi doğurur, bəzən isə oxuduqlarımı daha dərindən düşünməyə vadar edir.

Lakin son zamanlar oxuduğum yazıların əksəriyyəti əsərlərin peşəkar tənqidindən çox yazı müəlliflərinin özlərini ustalıqla tərifinə xidmət edir. “Ustalıqla” sözünü əbəs yerə xüsusi qeyd etmirəm. Çünki bu şəxslər özlərini açıq-aşkar tərifləməyəcək qədər ağıllı və təcrübəlidirlər. Onlar bunu daha fərqli yollarla, sətiraltı məqamlarla edirlər: məsələn, bir əsəri təhlil edirmiş kimi görünərək, hər cümlədə dolayısı ilə öz yazdıqlarına eyham vururlar, ya da müqayisə ilə özlərini ön plana çıxarırlar. Oxucuya hansısa müəllifin yazdığını yox, öz yazdıqlarını, oxuduqlarını göstərirlər.

Bu da bir növ tənqid janrının mahiyyətindən uzaqlaşmasıdır. Əsl tənqid – bir hadisəni, bir əsəri, bir insanı və ya hər hansı bir mövzunu diqqətlə nəzərdən keçirərək, onun müsbət və mənfi xüsusiyyətlərini, üstünlüklərini və çatışmazlıqlarını təhlil etmək və şərh etməkdir. O, nə yazıçının şəxsi reklamı, nə də oxucuya “kimin daha yaxşı yazdığı”nı sübut etmək vasitəsi olmalıdır.

Bütün bunlar ölkədə peşəkar tənqidçilərin barmaqla sayılacaq qədər az olması ilə də əlaqədardır. Bu gün ədəbi mühitdə tənqid ya jestidir, ya da şəxsi ambisiyaların ifadəsi. Orta yolu tutub əsl tənqidlə məşğul olan Mətanət Vahid, Cavanşir Yusifli kimi bir neçə vicdanlı adam var ki, onlar da bütün prosesi təkbaşına daşıya bilməzlər. Belə olanda isə yenə iş yazıçıların üstünə düşür. Onlar da yazanda "Mən daha yaxşısını yazmışam", "Mən daha yaxşısını yazaram" intonasiyası ilə yazır- təhlil adı altında rəqabət aparırlar.

Ədəbiyyat isə nə yarış meydanıdır, nə də şəxsi komplekslərin kompensasiya yeri. Əgər təhlil və tənqidlə yalnız özümüzü ön plana çıxarmağa çalışırıqsa, bu, nə yazara, nə oxucuya, nə də ədəbiyyatın özünə fayda verir. Əksinə, onsuz da bir ovuc olan oxucunu kitabdan ayrı salır. Oxucunun da, yazıçının da ehtiyacı olan tək şey dürüst, obyektiv yazılardır.

Düşünürəm ki, bu vəziyyətdən yeganə çıxış yolu tənqidin bir akademik sahə kimi inkişaf etdirilməsi, bu sahəyə təhsilli, obyektiv və araşdırma ruhlu yeni nəsil qələm adamlarının gəlməsidir.

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də peşəkar oxucuların və vicdanlı tənqidçilərin varlığı ilə mümkündür.

AKİ Oskar qazanmış filmin təqdimatını keçirib Ceki Çan təltif olundu "Gülnisə kimi günahkar, əlləri ölümə bulaşmış ananın qızı olmaq..." - Samirə Əşrəf
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri