Edersonun həyat yoldaşından fanatların etirazına cavab hörmətsizliyi qəbul etməyəcəm
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
''Fənərbaxça'' evdə ''Beşiktaş''a məğlub olduğu kubok matçına ciddi itkilərlə çıxmışdı.
"Football-plus.az" xəbər verir ki, komandaya kömək edə bilməyən futbolçulardan biri də qapıçı Ederson idi. Təcrübəli əlcək sahibi Milad bayramı ilə əlaqədar rəhbərlikdən icazə alaraq vətəninə - ailəsinin yanına yollandı və derbidə iştirak etmək istəmədi. Onun bu hərəkəti heç də bütün fanatların ürəyincə olmadı.
Edersonun həyat yoldaşı Lais Moraeş öz ''instaqram'' səhifəsindən Milad bayramına həsr olunmuş və ailəlikcə çəkilmiş şəkilləri paylaşıb. Bəzi fanatlar həmin şəkillərin altından tənqidi fikirlər səsləndiriblər. Onlar arasında ''Ederson geri dönməsin, elə orda qalsın'' və ya ''komanda burda onlarla futbolçu olmadan canını dişinə sıxıb mübarizə aparır, siz isə orda aldığınız maaşa, gördüyünüz sevgiyə, və marağa hörmət qoymadan rahat tətilinizi davam etdirin'' kimi fikirlər də var.
''Sambaçı''nın həyat yoldaşı bu tənqidlərə belə cavab verib:
''Hörmət tələb edirik. Üzərimizə düşəni yerinə yetiririk və burda heç kimdən hörmətsizlik qəbul etməyəcəm. Bura mənim səhifəmdi. Məni və ailəmi təqib etmək istəyənlər üçündü. Bu səhifənin həyat yoldaşımın peşəkar həyatına aidiyyatı yoxdu. Sadəcə bizi daha yaxşı görmək istəyənlər və hədəflərimizə çatmağımıza dəstək olanlar burda qalsın''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















