Icma.az
close
up
RU
Ədibə İsmayılova: Milli Kitabxananın 8 milyondan çox virtual oxucusu var

Ədibə İsmayılova: Milli Kitabxananın 8 milyondan çox virtual oxucusu var

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 noyabr, Fidan Əlizadə, AZƏRTAC

Kitabxanaların qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin artan informasiya tələbatını qarşılamaqdır. İnformasiya bolluğu dövründə insanlar daha çox geniş resurslara malik, internetlə təmin olunmuş müasir kitabxanalara üz tutur. Bu baxımdan ölkəmizin ən zəngin kitab fonduna sahib qurumlardan biri Azərbaycan Milli Kitabxanasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova deyib.

Onun sözlərinə görə, Milli Kitabxananın fondunda həm Azərbaycan ədəbiyyatının geniş arxivi, həm də dövr mətbuatının zəngin nümunələri toplanıb.

“Bu gün kitabxana həm cari Azərbaycan nəşrlərini, həm dövr mətbuatını, həm də müxtəlif xarici dillərdə ədəbiyyatları fondunda toplayaraq düzgün komplektləşdirməyə böyük əhəmiyyət verir. Məhz bu düzgün komplektləşdirmə oxucuların kitabxanaya marağını artırır və onların daha çox müraciət etməsinə şərait yaradır. Təbii ki, kitabxanaya cəlb edən təkcə resurslar deyil, həm də burada yaradılmış şəraitdir”,- deyə Ə.İsmayılova əlavə edib.

Oxucuların böyük əksəriyyətinin gənclər olduğunu diqqətə çatdıran direktor müavini söyləyib: “Onların 80 faizini gənclər təşkil edir. Gün ərzində kitabxanamıza 700–800 oxucu müraciət edir. Bununla yanaşı, virtual oxucuların sayı daha yüksəkdir. Milli Kitabxananın elektron resurslarına 8 milyondan artıq istifadəçi müraciət edib. Bu rəqəmlər kitabxananın həm fiziki, həm də rəqəmsal mühitdə nə qədər böyük rol oynadığını göstərir. Oxucu tələbatına nəzər saldıqda maraqlı bir məqam ortaya çıxır ki, illərdir dəyişməyən ənənə olaraq, Milli Kitabxananın oxucuları daha çox elmi ədəbiyyata üstünlük verirlər. Bədii kitablara olan maraq da var, lakin elmi nəşrlərə yönələn tələbat hər zaman daha yüksək olub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri