“Edilməməli səhvlər edildi” Tramp sui qəsddən danışdı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bir il əvvəl ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən ümumilikdə razı olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam”, - Amerika lideri bildirib.
Lakin Tramp hüquq-mühafizə orqanlarının əməkdaşlarının həmin gün səhvlərə yol verdiklərini bəyan edib: “Onların binada adamı olmalı idi. Onlar yerli polislə əlaqə saxlamalı idilər. Edilməməli olan səhvlər edildi”.
Xatırladaq ki, 2024-cü il iyulun 13-də Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində güllələnib. O, yüngül yaralanıb, qulağı zədələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 İyul 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















